Icma.az
close
up
RU
Qənirə Ataşova Ülviyyənin daha bir əməlini ifşa etdi: qurban hansı aktrisadır? VİDEO

Qənirə Ataşova Ülviyyənin daha bir əməlini ifşa etdi: qurban hansı aktrisadır? VİDEO

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Bəsti Hacıyevanın əməliyyatdan sağ çıxması sevindirici xəbərdir, amma məsələ bununla bitmir. Hazırda Bəsti xanım reanimasiyada olsa da, bu əməliyyatın kölgəsində gizlənən ciddi faktlar var.

Publika.az bu sözləri ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkədə bildirib.

"Azərbaycan mətbuatında bəzi mənbələr Ülviyyə İlyasovanın bu əməliyyatla bağlı rolunu gizlətmək üçün məlumatlar tirajlayır. Lakin məndə bu məsələyə işıq salacaq faktlar mövcuddur. Ülviyyə İlyasovanın əməliyyatdan sonra hadisə yerində necə gizləndiyini əks etdirən sübutlarım var. Hətta onun bacısının telefonundan xəstə yaxınlarına zəng edib, “Məni ələ verməyin, tutulsam xəstənizin xərclərini ödəməyəcəm”, deyə insanları qorxutduğuna dair məlumatlar mövcuddur", - deyə o qeyd edib.

Jurnalist vurğulayıb ki, Bəsti xanım varlı deyil, maliyyə baxımından çətinlik çəkir və Ülviyyənin onun üçün ödəyəcəyi yardıma möhtacdır: "Amma hüquq-mühafizə orqanları bu məsələni diqqətlə araşdırmalıdır. Ülviyyənin günahını hansısa saxta “həkim” öz boynuna götürübsə, bunun səbəbləri də açıq şəkildə üzə çıxarılmalıdır. Ülviyyə İlyasovanın fəaliyyətini davam etdirdiyini sübut edən daha bir video paylaşımı da təqdim edəcəyəm. Bu dəfə söhbət azərbaycanlı aktrisa Mila Bekovadan gedir. Həmin videoda görəcəksiniz ki, Ülviyyənin əməlləri Mila xanımı hansı psixoloji, fiziki və mənəvi əzablarla üz-üzə qoyub. Öz gözlərinizlə izləyib nəticə çıxarın. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının addım atması və ədalətin təmin olunması hər birimizin gözləntisidir. Bu hadisələr yalnız fərdi insanlara deyil, bütövlükdə cəmiyyətə zərbə vurur. Biz isə susmamalı, həqiqətləri işıqlandırmalıyıq".

Qeyd edək ki, Qənirə Ataşova "Instagram" sosial şəbəkəsində 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları qeyri-qanuni əməliyyatlar etməkdə günahlandırmışdı.

Bu il aprelin 16-da Ülviyyə İlyasovanın “liposaksiya-piysovurma” əməliyyatı etdiyi və öz eltisi olan 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra öldüyü məlum olmuşdu.

Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğu məlumat yayaraq bildirib ki, toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

İlyasovanın bu yaxınlarda əməliyyat etdiyi daha bir xəstənin vəziyyətinin yaxşı olmadığı iddia olunmuşdu, o isə “Günə bax” verilişində bildirib ki, hazırda işini dayandırıb və heç bir əməliyyat etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://publika.az
archiveBu xəbər 28 Noyabr 2024 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri