Icma.az
close
up
RU
Qənirə Ataşovanın günahlandırdığı plastik cərrah danışdı: Həkim kimi fəaliyyət göstərmirəm

Qənirə Ataşovanın günahlandırdığı plastik cərrah danışdı: Həkim kimi fəaliyyət göstərmirəm

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər saxta həkimlərlə mübarizə aparan Amerikada yaşayan jurnalist Qənirə Ataşova daha bir açıqlama yayıb. 
O, Ülviyyə İlyasova  adlı həkimin bir qadının ağır vəziyyətə düşməsində səbəbkar olduğunu iddia edib:
"Ülviyyə İlyasovanın qanunsuz apardığı cərrahi əməliyyat daha bir qadını ölümün pəncəsinə atıb. Noyabrın 14-də diplomu və tibbi təhsili olmayan Ülviyyə İlyasova qanunsuz şəkildə liposaksiya əməliyyatı həyata keçirilib. 1989-cu il təvəllüdlü, 35 yaşlı Bəsti Hacıyeva bu əməliyyatdan sonra ağır vəziyyətə düşüb. Ev şəraitində müalicə adı altında vəziyyəti daha da pisləşən Bəsti xanım bu gecə  "Liv Bona Dea" Hospitalın reanimasiya şöbəsinə, septik-şok diaqnozu ilə yerləşdirilib. Bəsti xanımın bədənində geniş infeksiya ocaqları aşkarlanıb, qanı zəhərlənib və həyatı ciddi təhlükədədir. Onun sağalıb-sağalmayacağı hələ də bilinmir. Bu faciənin ən düşündürücü tərəfi isə Ülviyyə İlyasovanın heç bir tibbi təhsili olmamasına baxmayaraq, əməliyyat aparmağa davam etməsidir.
Ona belə əməliyyatları öyrədənlər isə Azərbaycan Tibb Universitetini bitirmiş, özlərinə "həkim" deyən, lakin bu kimi qanunsuz işlərə şərait yaradan şəxslərdir.Bir daha aidiyyəti qurumlara çağırış edirəm. Saxta sertifikatlarla fəaliyyət göstərən və qanunsuz tibbi əməliyyatlar həyata keçirən şəxslərin fəaliyyəti dərhal dayandırılmalıdır.Gənc qadınların həyatını məhv edənlər məsuliyyətə cəlb olunmalıdır. Bu kimi hallara şərait yaradan "həkimlər" də qanun qarşısında cavab verməlidir.
Bəsti Hacıyeva ilə bağlı vəziyyət bir cəmiyyətin vicdan məsələsidir. Gənc qadınların həyatına biganə qalmaq olmaz. Liposaksiya cihazlarını ölkəyə gətirənləri araşdırmaq lazımdır. Savadsız insanlara lazer aparatı kimi cərrahi aparatları paylayanlar kimlərdir?". 
Həkim Ülviyyə İlyasova haqqında yayılan yalan xəbər barədə açıqlama verərək bildirib ki, bütün bu tənqidlər əsassızdır. O,  Bəsti Hacıyeva adlı bir xəstəni tanımadığını bildirib.  Ü.İlyasova bildirib ki, o ümumiyyətlə həkim kimi fəaliyyət göstərmir. O, eltisi vəfat edəndən sonra işindən öz istəyi ilə uzaqlaşdığını bildirib. 
Bəsti Hacıyevanın bacısı Aynurə xanım bu məlumatı təsdiq edərək bildirib ki, Ülviyyə xanım onun bacısını əməliyyat etdirməyib. 
Yekun olaraq Ülviyyə İlyasova ona atılan böhtanlardan dolayı polisə müraciət edəcəyini bildirib. (Milli.Az)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see160

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see132

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri