Icma.az
close
up
RU
Qənirə Ataşovanın oğlu ABŞ da ağır qəza keçirdi Fotolar

Qənirə Ataşovanın oğlu ABŞ da ağır qəza keçirdi Fotolar

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın oğlu Ceyhun avtomobil qəzası keçirib.

Axşam.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat yayıb. O, qəza zamanı övladının ciddi xəsarət almadığını bildirib: 

"Amerikaya tez qayıtmağımın səbəbi Ceyhunun məzuniyyətinə çatmaq idi. Enişə az qalmış Ceyhundan zəng aldım: “Ana, olanlara görə üzr istəyirəm. Mən Niko ilə birlikdə ağır qəza keçirdim”.

17 iyun mənim üçün həm qorxu, həm də şükür günü oldu. Ceyhun dostu Niko ilə 15 iyun gecəsi Virciniyada ağır avtomobil qəzası keçirib. Onlar Vest Virciniyada digər dostlarının göl evində, Austinin atasının dəvəti ilə toplanmışdılar.

Qəza baş versə də, mən Azərbaycanda olduğum üçün dərhal narahat etməyiblər. Maşının vəziyyətini görəndə yalnız bir şey düşündüm: Allah bu iki gənci bizə yenidən bağışlayıb.

Polisin araşdırmaları göstərdi ki, nə alkoqol, nə də başqa bir problem olmayıb. Ceyhun yola çıxan maralı vurmamaq üçün sükanı kənara çevirərkən təkər yağış sularının yığdığı çökəkliyə düşüb, maşın bir neçə dəfə aşıb və qəza baş verib. Gənclər 911-ə zəng ediblər.

Niko və Austinin valideynləri xəstəxanaya gəliblər. Niko yüngül xəsarət alıb. Ceyhun da ciddi problem olmadan vəziyyəti nəzarətdə saxlanılıb.

Bu gün həm də Ceyhunun və Nikonun məzuniyyət günü idi. Məzuniyyət paltarı qəzaya düşən maşında qaldığı üçün dostların köməyi ilə yeni bir geyim tapdıq və mərasimə hazırlaşırıq.

Bu gün bir daha anladım ki, həyatda ən böyük nemət övladının sağ-salamat yanında olmasıdır. Allaha sonsuz şükürlər olsun. Allah bütün balaları qorusun.

Bu maşını Ceyhuna 18 yaş hədiyyəsi etmişdim və tam yararsız vəziyyətə düşüb… Şükür, min şükür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://axsam.az
archiveBu xəbər 17 İyun 2026 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri