Icma.az
close
up
RU
Qəpiklərdən istifadə azaldıqca onların istehsalına davam etməyin mənası da azalır AÇIQLAMA

Qəpiklərdən istifadə azaldıqca onların istehsalına davam etməyin mənası da azalır AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanda kiçik nominallı qəpiklərin praktik istifadəsi demək olar ki, minimuma enib. Xüsusilə 1 və 3 qəpikliklər real ödəniş prosesində çox nadir hallarda işlədilir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib. 
O qeyd edib ki, insanlar alış-veriş zamanı bu qəpikləri istifadə etmirlər:
“Ticarət obyektləri də onları dövriyyədə saxlamaqda maraqlı görünmür. Bu sikkələrin istehsalı isə dövlət üçün əlavə xərc yaradır. Bir çox hallarda onların istehsal maya dəyərinin nominal dəyəri ötüb-keçdiyi bildirilir. Bu, dövlət üçün iqtisadi baxımdan səmərəsiz bir vəziyyətə səbəb olur. İstifadə edilməyən qəpiklərin dövriyyədə saxlanması həm maddi, həm də logistika baxımından mənasız yükdür. Əgər kiçik nominallar dövriyyədən çıxarılsa, ölkə üçün əlavə qənaət imkanı yarana bilər. Nağd ödənişlər zamanı məbləğin yuvarlanması kimi sadə üsullar tətbiq edilə bilər. Belə yuvarlanma qiymət artımına ciddi təsir etməz və insanların gündəlik həyatında çətinlik yaratmaz. Bunun üçün əvvəlcədən aydın qaydalar hazırlanmalı və ictimaiyyət məlumatlandırılmalıdır. Qəpiklərdən istifadə azaldıqca onların istehsalına davam etməyin mənası da azalır. Pul dövriyyəsi daha səliqəli və səmərəli şəkildə təşkil oluna bilər. Kiçik nominallı qəpiklərin dövriyyədən çıxarılması Azərbaycan üçün həm məntiqi, həm də iqtisadi baxımdan real addımdır”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri