Icma.az
close
up
RU
QƏRAR VERİLDİ, AMMA BİR İLDİR İCRA OLUNMUR... 44 günlük savaşda rabitəçi işləyən vətəndaş öz haqqını ala bilmir

QƏRAR VERİLDİ, AMMA BİR İLDİR İCRA OLUNMUR... 44 günlük savaşda rabitəçi işləyən vətəndaş öz haqqını ala bilmir

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan Hacıyev Mehman Mahmud oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:

“Mən, Hacıyev Mehman Mahmud oğlu, yazaraq səlahiyyətli qurumların diqqətinə çatdırıram ki, kürəkənim Məmmədov Ülfət Müzəffər oğlu 44 günlük Vətən müharibəsi zamanı rabitəçi qismində "N" saylı hərbi hissədən qaynar nöqtələrə ezam olunmuşdur. İşlədiyi hərbi hissə komandirinin "xidmətləri" sayəsində 2024-cü ilin iyun ayına bunu təsdiq edən sənədlər Veteranlıq komissiyasına təqdim edilməmişdir.

Məcburiyyət qarşısında qalıb prokurorluq orqanlarına şikayət etdim. Hərbi hissə komandiri bir neçə günün ərzində qanuni sənədləri Veteranlıq komissiyasına təqdim etdi.

Kürəkənimin döyüş əməliyyatlarında rabitə təminatı üzrə tapşırıqları icra etməsini təsdiq edən "Məlumat arayış"ının surətini müraciətimə əlavə edirəm.

2024-cü ilin iyun ayında Veteranlıq komissiyasında sənədlərə baxılmış, müsbət rəy verilmiş və razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilmişdir.

Amma indi də yağışdan çıxıb, yağmura düşmüşük. Belə ki, artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir. Bununla əlaqədar döymədiyim qapı qalmayıb. Döydüyüm qapılar da mənim müraciətimi  fəaliyyətsizliyindən şikayət etdiyim Veteranlıq komissiyasına göndərirlər. Onlar da mənə eyni məzmunlu cavab məktubları yazmaqla kifayətlənirlər.

Belə şaiyələr gəzir ki, "ya gərək zərin ola, ya da zorun". Əsgər balalarımızın döyüş əməliyyatlarında rabitəsiz qalmamaları üçün həyatını təhlükəyə atan kürəkənim bir ananın tək oğludur. Aygün Kazımova kimilərinin Müharibə Veteranı olduğu bir zamanda artıq 5 ilə yaxındır ki, mərhəmət sorağında, gözləri yollardadır".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyul 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri