QƏRAR VERİLDİ: Yəməndə husilərə qarşı quru əməliyyatları başlayacaq? KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Aİ Qırmızı dəniz əməliyyatları zamanı quru zərbələrini planlaşdırmır”.
KONKRET.az xəbər verir ki, bu barədə “Euractiv” portalına Aİ missiyasının nümayəndəsi məlumat verib.
“Aspides” üzvləri hər hansı quru zərbələri həyata keçirmirlər və ya planlaşdırmırlar. Onların hərəkətləri gərginliyin azaldılmasına yönəlib. Missiyanın əsas məqsədi ticarət gəmilərini qorumaq, beynəlxalq hüquqa uyğun şəkildə müdafiəni təmin etməkdir. Hücuma istənilən cavab beynəlxalq dəniz və ya hava məkanı ilə məhdudlaşacaq”.
Onun sözlərinə görə, ötən ilin fevralından bəri “Aspides” qüvvələri 700-dən çox gəmini müşayiət edib. Onlardan 410-na xüsusi diqqət yetirilib.
Martın 15-də ABŞ prezidenti Donald Tramp Yəmən ərazisinin təxminən üçdəbirinə nəzarət edən husilərə qarşı hərbi əməliyyata başladığını açıqlayıb. Tramp qərarını husilərin Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumu ilə izah edib. Əməliyyatda Qırmızı dənizdə yerləşən Harri Truman təyyarədaşıyan gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu iştirak edir. Yəməndə Ənsar Allah hərəkatının nəzarətində olan ərazilərə mütəmadi olaraq zərbələr endirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 26 Mart 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















