Icma.az
close
up
RU
Qərb Azərbaycanda dövlətə olan inamı belə ETİRAF ETDİ

Qərb Azərbaycanda dövlətə olan inamı belə ETİRAF ETDİ

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyada tanınmış politoloqlar dünya üzrə ictimai etimadın necə dəyişdiyini araşdırıblar. 

Onlar 1958–2019-cu illəri əhatə edən dövrdə 143 ölkədən toplanmış 3377 sorğunu təhlil edərək beş milyondan çox insanın fikrini ümumiləşdiriblər. Məqsəd aydın idi, insanlar dövlətin əsas institutlarına-parlament, hökumət, məhkəmə, polis və s. necə baxır və bu münasibət zamanla necə dəyişir? Araşdırmanın nəticələri dünyanın nüfuzlu elmi jurnallarından biri – "BritishJournal of PoliticalScience" (CambridgeUniversity Press, 2025) tərəfindən dərc olunub. 

Bu nəticələr göstərir ki, bir çox ölkədə parlament və digər seçkili nümayəndəlik orqanlarına olan inam getdikcə azalır. Əvəzində isə icraedici hakimiyyətə, məhkəmə və polis kimi institutlara olan etimad ya sabit qalır, ya da artır. Bu böyük və əhatəli araşdırmada Cənubi Qafqaz regionu da diqqətdən kənarda qalmayıb və burada maraqlı, hətta simvolik bir ziddiyyət ortaya çıxır: 

Ermənistanda demokratik çıxışlar, bəyanatlar səslənsə də, real həyatda institutlara olan inam azalıb, insanlar siyasi sistemdən narazıdır, dəyişikliklərə ümid bəsləmirlər. Azərbaycanda isə bunun əksi müşahidə olunur: vətəndaşların dövlət institutlarına, xüsusilə də icraedici hakimiyyətə olan inamı artmaqdadır. 

Bu, sadəcə bir statistik nəticə deyil, bu, Azərbaycanın son illərdə ortaya qoyduğu effektiv idarəetmənin və cəmiyyətin bunu qəbul etdiyinin göstəricisidir. Başqa sözlə, Azərbaycanda dövlət vətəndaş etimadına əsaslanaraq fəaliyyət göstərir və bunu artıq beynəlxalq elmi dairələr də təsdiqləyir. 

Azərbaycan: Real nəticələrə əsaslanan etimad modeli 

Bəzi beynəlxalq qurumların və Qərb mediasının vaxtaşırı səsləndirdiyi tənqidlərə baxmayaraq, Azərbaycanda dövlət institutlarına xüsusilə parlamentə və ümumilikdə hakimiyyətə olan ictimai etimad durmadan artır. Britaniyalı alimlərin genişmiqyaslı araşdırmasında da bu fikir açıq şəkildə əks olunur: ölkədə dövlətə olan güvən təkcə qorunmur, həm də güclənir. 

Bu, sadəcə söz deyil bu, insanların gündəlik həyatda hiss etdiyi dəyişikliklərin və ümumi əhval-ruhiyyənin ifadəsidir. Azərbaycanda bu etimad artımı Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti ilə bağlıdır. Onun liderliyi natiqliklə deyil, konkret nəticələrlə ölçülür. 

Qarabağ Zəfəri, ərazi bütövlüyünün bərpası, Bakının müasirləşməsi, regionların inkişafı, irimiqyaslı infrastruktur layihələri və ölkənin beynəlxalq səhnədə qazandığı nüfuz - bütün bunlar vətəndaşlara dövlətin fəaliyyətini real şəkildə görmək və qiymətləndirmək imkanı verir. Tədqiqatda xüsusi vurğulanır ki, sabit idarəçilik modeli olan ölkələrdə o cümlədən Azərbaycanda parlament və digər dövlət strukturlarına olan inam artır. 

Bunun əksi isə bəzi “demokratik” ölkələrdə müşahidə olunur, harada ki, demokratiya sonsuz qalmaqalların, daxili çəkişmələrin və siyasi parçalanmaların pərdəsi altında faktiki iflic vəziyyətindədir. Azərbaycanda isə hakimiyyət bütöv bir mexanizm kimi qəbul edilir və fəaliyyəti milli maraqlar üzərində qurulub. 

Araşdırmada təqdim olunan qrafiklər göstərir ki, Azərbaycanda təkcə siyasi institutlara deyil, məhkəmə sisteminə və hüquq-mühafizə orqanlarına da ictimai etimad artmaqdadır. İnsanlar qanunun aliliyinə və təhlükəsizlik strukturlarının funksionallığına daha çox inanmağa başlayıblar. Azərbaycanın mövqeyi isə təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də getdikcə güclənir. Bakı həm Qərblə, həm də Şərqlə praqmatik və balanslı münasibətlər qurur. Enerji layihələrində mühüm tərəfdaş kimi çıxış edir, Avropa İttifaqı, Türkiyə, İsrail və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrini dərinləşdirir. 

Azərbaycanın xarici siyasəti ardıcıl, proqnozlaşdırıla bilən və qarşılıqlı hörmətə əsaslanır. Ölkənin səsi regional təşəbbüslərdə və qlobal platformalarda daha əmin və inandırıcı səslənir. Bu isə nadir hallarda rast gəlinən bir tarazlıqdır: ölkənin beynəlxalq nüfuzu onun daxilindəki ictimai etimadla əl-ələ verir. Azərbaycanda dövlətə olan güvən yalnız daxili siyasət deyil, eyni zamanda ölkənin dünya səhnəsində necə tanındığını da formalaşdırır. 

Ermənistan: Nəticəsiz demokratiya, güvən krizisi

Ermənistanla bağlı mənzərə getdikcə daha da aydınlaşır və düşündürücü bir ziddiyyət ortaya çıxır. 2018-ci ildə baş verən və “məxməri inqilab” adlandırılan hadisə ölkədə böyük ümidlər yaratmışdı. İnsanlar seçkilərin keçirilməsi, korrupsiyaya qarşı çağırışlar və medianın azadlaşması ilə nəyinsə dəyişəcəyinə inanmaq istədilər. Amma zaman keçdikcə bu ümidlər yerini ümidsizliyə verdi. İllər ötür, vədlər səslənir, amma nəticələr görünmür. 

Elitalar dəyişir, amma idarəetmə tərzi, qərarların qeyri-şəffaflığı və vətəndaşlardan uzaqlıq eyni qalır. Ölkə 44 günlük müharibədə ağır məğlubiyyətə məruz qaldı, bu, təkcə əvvəlişğal etdiyi ərazinin itkisi deyildi, həm də ictimai güvənin sarsılması idi. Xalqın dövlət institutlarına, xüsusən də parlamentə olan münasibəti bu gün dərin skeptisizmlə müşahidə olunur. Rəqəmlər göstərir ki, parlamentə olan etimad “sabit” sayılsa da, bu sabitlik müsbət deyil sadəcə dəyişməyən bir inamsızlıq səviyyəsidir. 

Baş nazir Nikol Paşinyanın “ədalətli dövlət” vədləri isə getdikcə daha çox boş ritorikaya bənzəyir. Reallıqda isə ölkədə güclü və effektiv demokratik institutlar qurulmayıb. Ermənistan bu gün kağız üzərində demokratiya olan, amma faktiki olaraq etimadsızlıq, sosial parçalanma və siyasi qeyri-müəyyənlik içində çırpınan bir ölkəyə çevrilib. 

Bu qeyri-sabitlik Ermənistanın beynəlxalq mövqeyinə də təsirsiz ötüşmür. Azərbaycan regional əməkdaşlıqda real tərəfdaş kimi qəbul olunduğu halda, Ermənistana maraq əsasən onu Bakıya qarşı alət kimi istifadə etmək istəyən xarici oyunçulardan gəlir. Bu “dəstək” isə nə sabitlik gətirir, nə də inkişaf, əksinə, ölkə daha çox manipulyasiya obyektinə çevrilir, iqtisadi baxımdan isə öz yerində sayır. Xaricdən edilən təsirlər çox vaxt sanksiyalar, təzyiqlər və regional sabitliyə qarşı yönəlmiş addımlarla müşayiət olunur. Bu gün Ermənistanda getdikcə daha çox insan səssiz, amma qəti şəkildə deyir: 

“İnqilab dəyişiklik gətirmədi”.Demokratik institutlar isə bir çoxları üçün sadəcə yeni məyusluqların yaşandığı səhnəyə çevrilib. Fon isə artıq aydındır. Azərbaycan vətəndaşların dövlətə olan güvənini ritorika ilə deyil, əməli işlərlə bərpa edən bir ölkə olaraq həm region daxilində, həm də daha geniş coğrafiyada nümunəyə çevrilir. 

Öz imkanlarına arxalanan, vədləri reallığa çevirən və cəmiyyətin inamını qazanan bir model olaraq fərqlənir. Ən vacib məqam budur ki, bu nəticələr nə Azərbaycanın dostlarından, nə də onu dəstəkləyən dairələrdən gəlir. Əksinə, illərlə Azərbaycanı tənqid edən, bəzən isə açıq-aşkar qərəz nümayiş etdirən Qərb elmi dairələri bu qənaətə gəlib.

Britaniyanın tanınmış politoloqları tərəfindən aparılan və dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri sayılan "BritishJournal of PoliticalScience" jurnalında dərc olunan araşdırma Azərbaycanda dövlətə olan inamın real şəkildə artdığını göstərir. Bu nəticə xüsusilə regionda davam edən informasiya savaşları fonunda və bu müharibələrin əsas hədəfinin çox zaman məhz Azərbaycan olduğunu nəzərə alsaq olduqca önəmlidir. 

Qərbin ikili yanaşması: etimadlı “avtoritarizm”, yoxsa nəticəsiz “demokratiya”? 

Maraqlı paradoks da buradadır: 

Qərb institutları öz kriteriyalarına əsaslanaraq bəzən elə özləri üçün də dolaşıq vəziyyət yaradırlar. Məsələn, "EconomistIntelligenceUnit" 2023-cü il demokratiya reytinqində Azərbaycanı 167 ölkə arasında 130-cu yerə salır və “avtoritar rejim” adlandırır. Bu reytinqlər çox vaxt bölgənin reallığından uzaq, standart şablonlara əsaslanır. Amma eyni zamanda britaniyalı alimlərin apardığı elmi araşdırma göstərir ki, Azərbaycanda parlamentə və ümumilikdə hakimiyyətə xalqın güvəni yüksəlir. 

Bəs bu necə baş verir? Bir ölkə azad sayılmır, amma vətəndaşları hakimiyyətə inanır, onu dəstəkləyir? Bu, doğrudan da sual doğurur. Cavab sadədir: 

Qərbdə “demokratiya” deyəndə çox zaman xalqın güvəni və real nəticələr nəzərdə tutulmur. Daha çox “doğru” görünən şüarlar, zahiri prosedurlar və ixrac edilən ideoloji modellər ön plana çəkilir. Amma həyat başqa şey tələb edir, xalqın inamı kağızda deyil, gündəlik təcrübədə, görülən işdə formalaşır. İnam sözlə yox, əməllə qazanılır, bunu isə Azərbaycan göstərir. 

Yuri Boçarov, israilli politoloq, siyasi elmlər namizədi, “Aziznews.com” saytının redaktoru 

Tərcümə etdi: Səbinə Uğur
"Cebheinfo.az" 

Açar sözlər: Yuri Boçarov "BritishJournal of PoliticalScience" demokratiya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri