Icma.az
close
up
RU
Qərb Cənubi Qafqazı təsir altında saxlamaq üçün çirkin oyunlar qurub deputat AZƏRTAC

Qərb Cənubi Qafqazı təsir altında saxlamaq üçün çirkin oyunlar qurub deputat AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 dekabr, AZƏRTAC

Cənubi Qafqazı barıt çəlləyinə döndərmək istəyən Qərb dövlətləri bunun üçün bacardıqları hər şeyi edirlər. Azərbaycanda siyasi sabitliyi, xalq-dövlət birliyini poza bilməyən dairələr öz çirkin siyasətlərini Gürcüstan və Ermənistanda həyata keçirməyə çalışırlar. Ermənistanı silahla təmin etməklə, Gürcüstanda isə siyasi qarşıdurma yaratmaqla Cənubi Qafqazda sülh və sabitliyi pozmağa çalışan qüvvələrin bu oyununa Azərbaycan seyrçi qala bilməz, çünki aparılan çirkin siyasətin mənfi təsirləri bizim də təhlükəsizliyimizi təhdid edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Avrasiyada, xüsusilə, nəqliyyat qovşaqlarını nəzarətdə saxlamaq üçün regionun hər üç ölkəsində iğtişaşlar törətmək niyyətində olan Qərb bütün həssas dönəmlərdə, o cümlədən COP29 ərəfəsində Azərbaycana qarşı fəaliyyətini gücləndirsə də, evə yenə əliboş qayıtdı: “Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqın ona etimadı hər cür pis planların pozulmasında əsas faktordur. Yunanısan, Hindistan, Fransa və ABŞ-dan aldığı silahlardan ruhlanaraq yenidən baş qaldırmağa çalışan İrəvan qonşuları ilə münasibətlərini gərginləşdirir ki, bu da onu sülhdən uzaqlaşdırır. Məşhur rus yazıçısı Çexovun məşhur deyimi var: “Əgər teatr tamaşasında birinci səhnədə divardan tüfəng asılıbsa, əmin olun ki, son hissədə həmin silahdan atəş açılacaq”. Əgər Ermənistan bu gün sürətlə silahlanırsa, deməli, nə vaxtsa ondan istifadə edəcək. Kimə qarşı? Şübhəsiz ki, o silahlar Ermənistanın döyüş meydanında biabırçı şəkildə uduzduğu Azərbaycana qarşı tuşlanacaq. Artıq biz Ermənistanda buna hazırlığın işartılarını görürük. Son günlər Ermənistan hərbçilərinin Yuxarı Şorca (Basarkeçər rayonu) kəndində yeraltı tunellər qazması, Yunanıstanın Ermənistana zenit-raket sistemləri, o cümlədən “S-300”lər verməsi bizi narahat etməyə bilməz. Bakı bütün bu təxribatlar, pozuculuq oyunlarına imkan vermək niyyətində deyil. Çünki biz Ermənistanın silahlanmasının acı nəticələrini bir neçə dəfə dadmışıq. Biz tarixi səhvlərimizi bir daha təkrarlamaq istəmirik”.

Mehriban Vəliyeva Gürcüstanda baş verən siyasi qarşıdurmanın ssenarilərinin də Qərb paytaxtlarında hazırlandığını vurğulayıb: “Qərb müstəqil xarici siyasət yürütmək istəyən Gürcüstan hökumətinin iradəsini qırmaq, özünün təsiri altına salmaq üçün hər cür təhdid vasitələrindən istifadə edir.

Gürcüstanda “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının əldə etdiyi qələbəni tanımayan Qərb seçkinin nəticələrindən məyus oldu. Hələ bir müddət öncə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə müzakirəsindən sonra hərəkətə keçən Qərb dairələri özünün proksi və trol ordusunun gücündən istifadə etməklə Tbilisidə aramsız aksiyalar təşkil etdi. Bu aksiyalar hazırda daha radikal formada davam etdirilir. Ermənistandan sonra Gürcüstanda oyuncaq hökumət formalaşdırmaq istəyən Qərb dövlətləri Cənubi Qafqazı Rusiya ilə mübarizə poliqonuna çevirmək istəyir. Ukraynanı “ağ günə” çıxaran Qərb indi də eyni ssenarini Gürcüstanda təkrarlamaq istəyir. Nə yaxşı ki Gürcüstan hökumətində oynanılan çirkin siyasətin mahiyyətinə varan və ona qarşı çıxan qüvvələr var. Öncə qeyd etdiyimiz kimi, Cənubi Qafqazda oynanılan çirkin siyasət bizi narahat etməyə bilməz.

Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. “Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!”

Prezidentin bu çağırışı hər zaman üçün aktualdır və regionu qarışdırmaq istəyən Qərb dairələrinə ciddi mesajdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri