Icma.az
close
up
RU
Qərb derbisinin bircə adı qalıb 3:0!

Qərb derbisinin bircə adı qalıb 3:0!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Turan Tovuz - Kəpəz (Gəncə) 3:0 (2:0)
1. Oleq Baklov - 6,0
88. Faiq Hacıyev (k) - 6,0
5. Roderik Miller - 5,5
32. Hayderson Urtado - 6,0
15. Emmanuel Hakman - 5,5
7. Xorxe Silva - 6,0
23. Alexandro Serrano - 5,5
(10. Xəyal Nəcəfov, 80) - qiymətsiz
19. Roberto Olabe - 5,5
(6. Fərid Yusifli, 68) - 4,5
21. Aleks Souza - 6,0
(99. İbrahima Vaci, 68) - 5,0
29. Filip Ozobiç - 6,5
(17. Rəhim Sadıxov, 80) - qiymətsiz
90. Jo Batista - 5,5
(11. Ayxan Hüseynov, 68) - 4,5
Ehtiyat oyunçular
41. Sergey Samok
13. Mehman Hacıyev
4. Şəhriyar Əliyev
2. Abdulla Rzayev
77. Veysəl Rzayev
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Filip Ozobiç
22. Məmməd Hüseynov - 5,0
27. Məqsəd İsayev - 5,0
38. Cefferson Bentu - 4,5
29. Dioqo Verdaşka - 5,0
7. Ehtiram Şahverdiyev - 4,5
(66. Arzu Atakişiyev, 75) - 3,0
6. Pedro Qomeş - 4,5
(55. Kresus Donqo, 70) - 3,5
4. Olavale Onanuqa - 3,5
11. Vitor Feyjao - 5,5
12. Mahamadu Ba (k) - 4,5
19. Otar Aptsiauri - 4,0
(10. Rinosuke Ohori, 46) - 3,5
9. Luis Paçu - 4,5
(23. Fərid Kələntərov, 88) - qiymətsiz
Ehtiyat oyunçular
1. Kasper Rosa
99. Əli Səmədov
88. Şakir Seyidov
17. Ümid Səmədov
15. Raul Məmmədov
20. Elcan Əbilov
21. Sadiq Şəfiyev
Məşqçi: Xaliq Mərdanov
Komandanın ən yaxşısı: Vitor Feyjao
Qollar: A.Souza, 33 (1:0, R.Olabe). J.Batista, 35 (2:0, F.Hacıyev), F.Ozobiç, 46 (3:0, A.Souza).
Vərəqələr: J.Batista, 25 (qeyri-idman hərəkəti). X.Silva, 52 (qeyri-idman hərəkəti). O.Aptsiauri, 45 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Əliyev (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov (Bakı).
28 sentyabr. Bakı. “Azərsun Arena”. 700 tamaşaçı (5800 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Bu oyunun afişası çox gurultulu səslənir. Qərb derbisi, ölkə futbolunda xüsusi çəkisi olan, çempionluqlar qazanan klubların dueli... Üstəlik bu oyun ərəfəsində “Kəpəz” baş məşqçisini də itirmişdi – Adil Şükürov istefaya göndərilmişdi. Məntiqlə komanda silkələnməli, özünə gəlməli, nəhayət, varlığını göstərməliydi.

Bu başqa məsələ ki, “Kəpəz”in nəinki qələbəyə, hətta xala da həsrət qaldığı mövsümdə “Turan Tovuz” baxımlı futbol göstərməsə də, qələbələr qazanmağı bacarır. Bəs hesabat turunun oyunu hansı axar üzrə cərəyan etdi? İş ondadı ki, həm “Turan Tovuz” baxımlı oynadı, həm də
“Kəpəz” Xaliq Mərdanovun rəhbərliyi altında da gözləntiləri qarşılamadı.
Əslində ilk 25 dəqiqə təxminən bərabər şəraitdə keçdi. İlk təhlükə nominal ev sahiblərindən gəldi. Ozobiçin kornerdən asmasını Batista zərbə ilə tamamladı. Lakin onun başla vurduğu zərbə “çərçivə”dən uzaq düşdü. 14-cü dəqiqədə isə Aptsiauri Feyjaonun ötürməsindən sonra qapıya zərbə endirdi. Top Urtadoya dəyərək meydanı tərk etdi. 20-ci dəqiqədə isə Məqsəd Xorxeni aldadaraq cərimə meydançasının kənarından qapıya zərbə endirdi, Samok düzgün reaksiya verdi. 12 dəqiqə ərzində hər iki tərəf rəqib qapısına yaxınlaşmağa çalışsa da, alınmırdı. Berdıyevin futbolçuları 32-ci dəqiqədə bunu bacardı. Ozobiçin asmasından sonra Olabe başla topu Souza üçün saxladı və onun zərbəsi ilə hesab açıldı - 1:0. Dörd dəqiqə sonra “Kəpəz”in xal ümidi bir qədər də azaldı. Faiq Hacıyevoin cinah ötürməsindən sonra
Batista başla topu qapıya göndərərək hesab arasındakı fərqi artırdı. Bundan sonra “Kəpəz”in futbolçuları tam ruhdan düşdü.
Xaliq Mərdanov 2-ci hissədə Ohorini meydan buraxmaqla oyunun axarını dəyişməyə çalışdı. Sadəcə, qolu yenə tovuzlular vurdu və bununla da oyunun taleyinə aydınlıq gəldi. Xorxe Silvanın cinahdan ötürməsini qəbul edən Souza topu Ozobiçə göndərdi və təcrübəli xorvat futbolçu hesabı 3:0-a çatdırdı. 48-ci dəqiqədə Souza daha bir qol vura bilərdi. Onun uzaqdan qapıya zərbəsini Məmməd çıxardı. 71-ci dəqiqədə isə meydana sonradan daxil olan Vaci komandasının dördüncü qolu vurdu. Lakin VAR-ın müdaxiləsindən sonra bu qol ləğv olundu. Belə ki, Ayxanın ötürməsi zamanı Vaci ofsaydda idi. “Turan Tovuz” qoldan “doymurdu”. Tovuzlular növbəti qolu vurmaq üçün alışıb-yanırdılar. Miller də 76-cı dəqiqədə uzaqdan qapıya zərbə vurdu, Məmməd bu dəfə də komandasınl xilas etdi. 81-ci dəqiqədə isə Rəhimin ötürməsindən sonra Vaci qapıçı ilə üz-üzə qalsa da, bu dueldən qalib ayrıla bilmədi.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri