Qərb mediası: Livan ərazisindən İsrail ordusunun çıxarılacağı ilə bağlı zəmanət alıb
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Livan hökuməti "Hizbullah" hərəkatının silahsızlaşdırılması müqabilində İsrail ordusunun ölkə ərazisindən çıxarılması və atəşkəsə riayət olunacağı ilə bağlı zəmanət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The National" qəzeti mənbəyə istinadla məlumat verib.
Bildirilir ki, Livan ABŞ-nin əsas tələbini - ölkədəki bütün silahlı qüvvələrin dövlətin nəzarətinə verilməsini qəbul etməyə hazırdır. Lakin bu addım yalnız Qərbin zəmanətlərinə əməl olunduğu təqdirdə atılacaq.
"Bizim əsas prioritetimiz atəşkəsin təmin edilməsi və İsrail ordusunun çıxarılmasıdır", - deyə mənbə bildirib.
Qeyd olunur ki, İsrail qüvvələrinin Livandan çıxarılması və sülhün təminatçıları kimi ABŞ və Fransa çıxış edirlər. Eyni zamanda, "Hizbullah" da silahlarını təhvil verməyə hazır olduğunu bildirib.
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın son Livan səfəri ilə bağlı mənbə qeyd edib ki, görüş gözləniləndən daha uğurlu keçib. Livan tərəfi ABŞ-nin təklifini dəstəkləyib, çünki bu, İsraillə münaqişəyə son qoymaq üçün imkan kimi qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 İyul 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















