Icma.az
close
up
RU
Qərb ölkələri Ermənistana görə əllərini çirkləndirmək istəmirlər İsrailli siyasətçi

Qərb ölkələri Ermənistana görə əllərini çirkləndirmək istəmirlər İsrailli siyasətçi

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Qafqaz ölkələri yalnız bölgənin ənənəvi etnik münaqişələrini aradan qaldırmaq və tam əməkdaşlıq etməklə üzləşdikləri təhlükələri neytrallaşdıra və Sovet İttifaqı dağılandan etibarən arzuladıqları sabitliyə çata bilərlər.

"Unikal" xəbər verir ki,  bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb. “Cənubi Qafqaz üçün təhlükələr” başlıqlı məqalədə göstərilib ki, Cənubi Qafqaz ölkələri əməkdaşlıq etsələr yerləşdikləri regiona nəzarəti gücləndirmək, eləcə də sülh və sabitliyə nail olmaq üçün lazımi geosiyasi tarazlığa nail ola biləcəklər. Təhlükəsizlik məsələlərində Azərbaycan, Gürcüstan və Ermənistan, iqtisadi sahədə Azərbaycan, Türkiyə və Gürcüstan, hətta Türk Dövlətləri Təşkilatı kimi siyasi birliklər son nəticədə Cənubi Qafqaz ölkələrinin maraqlarının xarici güclərin maraqlarını üstələməsinə gətirib çıxaracaq.

Qeyd olunub ki, ABŞ-nin qlobal münaqişələrdən çəkilməsi Cənubi Qafqaz kimi regionlarda geosiyasi gərginliyi artıraraq güc boşluğu yaradıb. Cənubi Qafqaza geosiyasi aspektdən baxsaq görərik ki, Avropa və Asiyanın ticarət yolları və dəhlizləri arasında yerləşən bu həyati əhəmiyyətli bölgədə bir çox siyasi qüvvələr Qərblə birləşməyə can atır. Sabiq nazir Ermənistanın “Qərbə yaxınlaşmaq” istəyinə baxmayaraq xarici siyasətinin güvən doğurmadığını vurğulayıb. Buna görə də artıq onu müdafiə etmək üçün heç bir Qərb dövlətinin “əllərini çirkləndirməyə” hazır olmadığını bildirib.

Yazıda həmçinin qeyd edilib ki, Rusiya bölgədə öz təsirini saxlamaqda maraqlıdır, Türkiyə Azərbaycanla sıx əməkdaşlıqdan faydalanmaq istəyir, Fransa birmənalı olaraq ermənilərə dəstək verir, İran isə pusquda durub uyğun məqam gözləyir. Belə bir vəziyyətdə bir neçə güc sözügedən coğrafiyaya bir-birinə qarşı müdaxilə etmək qərarına gələrsə, bu, xaos və sonsuz münaqişələrlə nəticələnəcək. Bu mənada Cənubi Qafqaz ölkələrinə xüsusən də Ermənistan və Azərbaycan arasında baş vermiş ikinci Qarabağ müharibəsindən sonrakı dövrdə ən arzuolunmaz şey qeyri-stabillikdir.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://thej.ca/2025/02/24/threats-to-the-south-caucasus/ 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Mart 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri