Icma.az
close
up
RU
Qərb öz raketləri ilə Kursk vilayətinə gətirilmiş Şimali Koreyalıları vurmağa Ukraynaya icazə verdi

Qərb öz raketləri ilə Kursk vilayətinə gətirilmiş Şimali Koreyalıları vurmağa Ukraynaya icazə verdi

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ rəsmiləri: "Prezident Baydenin qərarı böyük dəyişiklikdir"

ABŞ rəsmi mənbələri prezident Co Bayden Ukrayna haqqında qərarını "böyük dəyişiklik" adlandırıblar. Bu haqda ABŞ-ın kəşfiyyat agentlikləri və təhlükəsizlik məsələləri ilə bağlı araşdırmaçı jurnalist Julian Barnes "The New York Times" nəşrində yazıb.

Artıq məlumat verildiyi kimi, prezident Bayden Ukraynaya ABŞ-dan aldığı ATACMS raketləri ilə Rusya ərazisindəki hədəfləri vurmağa icazə verib. Li Figaro isə yazmışdı ki, Böyük Britaniya və Fransa da Ukraynaya verdikləri Storm Shadow и SCALP ilə bağlı eyni qərarı veriblər.

Julian Barnes öz məqaləsində ABŞ rəsmilərinə istinadən yazır ki, bu silahlardan Kursk vilayətinə gətirilmiş Şimali Koreya hərbçilərinə qarşı istifadə olunacaq. Eynilə Böyük Britaniya və Fransa da həmin şərtlə icazə veriblər.

Başqa sözlə, bu, Rusiyanın dərinliklərindəki başqa hədəflərə aid deyil, yalnız Şimali Koreyadan gətirilmiş əsgərlərə aiddir. Bəzi məlumatlarda Kursk vilayətində Şimali Koreya əsgərlərinin 10 min nəfər olduğu göstərilir. Ukrayna prezidenti Volodimir Zelenski isə bu rəqəmin 11 min olduğunu deyir.

Yeri gəlmişkən, məqalə müəllifi yazır ki, Zelenski Qərb mediasının bu haqda xəbərlərinə də reaksiya verib. Zelenski deyib ki, zərbələr sözlə endirilmir: "Öz sözünü raketlər özləri deyəcək".

Ancaq prezident Baydenin bu qərarından Amerikada heç də hamı razı qalmayıb. Bu haqda Barnes də öz məqaləsində yazır: "ABŞ-da bəzi siyasətçilər hesab edir ki, Ukraynanın Amerika silahlarından transsərhəd əməliyyatlarında istifadə etməsi Rusiya prezidenti Vladimir Putini Birləşmiş Ştatlara və müttəfiqlərinə cavab verməyə sövq edə bilər".

Yeni seçilmiş prezident Donald Trampın ətrafında isə bu məsələyə birbaşa şərh verilməyib. Trampın keçid komandasının nümayəndəsi, kommunikasiyalar üzrə direktor Stiven Çunq CNN kanalına deyib ki, yeni seçilmiş prezident Moskva ilə Kiyev arasında danışıqları təşkil edəcək: "Prezident Trampın seçkiqabağı kampaniya zamanı dediyi kimi, o, hər iki tərəfi danışıqlar üçün birləşdirə biləcək və müharibənin və qətllərin dayandırılması üçün işləyəcək yeganə adamdır". Bu da o deməkdir ki, Tramp nə Baydenin qərarını dəstəkləyir, nə də buna qarşı çıxır.

Məqalədə deyilir ki, Rusiya Kursk bölgəsində Şimali Koreya əsgərləri də daxil olmaqla 50 min nəfərlik qoşunla hücuma keçib. Məqsəd Trampın andiçmə mərasiminə qədər Ukrayna qoşunlarını Rusiya ərazisindən çıxarmaqdır. ABŞ, Böyük Britaniya və Fransanın öz silahlarından Ukraynanın Kurskda istifadə etməsinə icazə verməsi də məhz Ukrayna qoşunlarının bu hücumu dəf etməsinə kömək məqsədi daşıyır. Ancaq Rusiya və Şimali Koreya bunu ABŞ və onun müttəfiqləri ilə müharibə kimi qəbul edəcək, ya yox, bu da hələ sualdır.

Seyid Əhmədli, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri