Icma.az
close
up
RU
Qərb Rusiya toqquşması: Gürcüstan “rəngli inqilab”a sürüklənir?

Qərb Rusiya toqquşması: Gürcüstan “rəngli inqilab”a sürüklənir?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

“Cebheinfo.az” xəbər verir ki, səsvermə prosesi paytaxt Tiflis, Kutaisi, Batumi, Poti və Rustavi də daxil olmaqla 64 bələdiyyədə keçirilir.

Bələdiyyə orqanlarına ümumilikdə 2058 yerli şura üzvü seçiləcək. Lakin seçki prosesi hakimiyyət və müxalifət arasında ciddi siyasi qarşıdurma ilə müşahidə olunur.

Seçkilərin demokratikliyinə şübhə edən Qərbyönümlü müxalifət partiyaları bu yarışdan imtina edib. Artıq 8 siyasi partiya seçkiləri boykot edib. Ona görə də seçkilərdən sonra Gürcüstanda müxalifətin kütləvi etiraz aksiyalarına başlayacağı gözlənilir.

Hətta müxalifətin hakimiyyəti devirmək üçün “məxməri inqilaba” cəhd edəcəyi proqnozlaşdırılır. Artıq eks-prezident Mixail Saakaşvilinin liderlik etdiyi “Vahid Milli Hərəkat” partiyası, “Dəyişiklilər Uğrunda Koalisiya”, “Federalistlər” partiyası və bəzi müxalifət qrupları hökuməti dinc yolla devirmək məqsədi ilə Tbilisinin mərkəzində mitinq elan ediblər.

Öz növbəsində, hakimiyyət də müxalifətin aksiyasına qarşı cavab tədbirləri hazırlayıb. Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyi və asayişi qorumağa hazır olduğunu bəyan edib:

“Tiflisdə keçirilməsi planlaşdırılan mitinqlə əlaqədar müvafiq polis bölmələrinin əməkdaşları paytaxtın müxtəlif yerlərində səfərbər edilib”, - deyə nazirliyin yaydığı məlumatda qeyd edilir.

Daxili İşlər Nazirliyi planlaşdırılan mitinqin təşkilatçılarını və iştirakçılarını aksiyanı Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş çərçivədə keçirməyə, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyə və onların xidməti vəzifələrinin icrasına mane olmamağa çağırıb.

“Lelo-Güclü Gürcüstan” müxalifət koalisiyasının liderlərindən biri Badri Caparidze vətəndaşları seçkilərdə fəal olmağa çağırıb. O, seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirrib ki, əzmkarlıq olmasa, heç bir dəyişiklik baş verməyəcək.

Hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyasının Tiflis şəhər meri postuna namizədi Kaxa Kaladze seçki məntəqəsində səs verdikdən belə deyib:

“Bu gün bu ölkədə sülhü həqiqətən qoruya biləcək yeganə qüvvə “Gürcü Arzusu – Demokratik Gürcüstan”dır. Şəhərin inkişafını həqiqətən davam etdirə biləcək yeganə qüvvə “Gürcü Arzusu - Demokratik Gürcüstan”dır”. 

Müxalifət fəallarına hücumların başladığı xəbər verilir. Oktyabrın 3-ü axşam saatlarında Tiflisdə “Vahid Milli Hərəkat” partiyasının gənclər təşkilatının lideri İqor Narmaniya hücuma məruz qalıb.

O, digər fəallarla planlaşdırılan etiraz aksiyaları ilə bağlı açıqlama verməyə hazırlaşarkən bir qrup şəxs Metexi körpüsündə onu teleskopik dəyənəklə döyüblər. Müxalifət fəallarının bildirdiyinə görə, 15 yaşlı fəala fiziki təzyiq göstərilib.

Gürcüstan DİN insidentin iştirakçılarından birinin saxlanıldığını və dindirilmək üçün polisə aparıldığını bildirib. “Vahid Milli Hərəkat” partiyası isə hakimiyyəti inqilabi yolla dəyişməyə çağırış edib. 

Səsvermə başa çatdıqdan sonra Tiflis də daxil olmaqla bir sıra şəhərlərdə müxalifət etiraz aksiyalarına başlayacaq. Ötən ilin may ayında Gürcüstanda “Xarici agentlər haqqında” Qanunun qəbul olunmasından sonra və bir il öncə keçirilən parlament seçkilərindən sonra müxalifətlə hakimiyyət arasında növbəti böyük siyasi gərginliyin yaşanacağı gözlənilir.

Bu, hadisələr yalnız Gürcüstandaxili proseslər baxımından deyil, həm də geosiyasi kontekstdə nəzərdən keçirlir. Yəni aksiyaların bütövlükdə regiondakı vəziyyətə də təsir edə biləcək nəticələr doğura bilər.

Çünki 2024-cü ildə olduğu kimi, bu dəfə də Qərb Rusiyayönümlü Bdzina İvanişvili hakimiyyəti ilə mübarizədə müxalifətə siyasi dəstək verir. Lakin ötən ildən fərqli olaraq, ABŞ-də Bayden adminstrasiyası artq hakimiyyətdə deyil.

Prezident Donald Tramp isə inqilabi proseslərə siyasi və maliyyə dəstəyi ayırmağa qarşıdır. Buna baxmayaraq, Tramp administrasiyası İvanişvili iqtidarına loyal münasibət göstərmir. Bayden dövründən İvanişvili ilə ABŞ arasında yaranmış “soyuq”luq hələ davam edir.

Hazırda Rusiya ilə ciddi geosiyasi və hərbi qarşıdurmada olan İttifaq isə həm Qara dəniz regionunda, həm də Cənubi Qafqazda möhkəmlənmək üçün Gürcüstan müxalifətinə mümkün olan dəstəyi əsirgəməyəcək. Rusiya da öz növbəsində, Qərbin aktivləşməsinin qarşısını almağa çalışacaq.

Ona görə də bələdiyyə seçkilərindən sonra hazırda Ermənistanda və Zəngəzurda daha çox müşahidə olunan Qərb-Rusiya qarşıdurmasının geosiyasi episentrinin Gürcüstana keçəcəyi ehtimal edilir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Gürcüstan “rəngli inqilab”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri