Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Qərb UkraynaRusiya müharibəsindəki məğlubiyyətinin acısını Gürcüstandan çıxarmağa çalışır

Qərb UkraynaRusiya müharibəsindəki məğlubiyyətinin acısını Gürcüstandan çıxarmağa çalışır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Gürcüstanla Qərb arasında gərginliyin təməli Rusiyanın Ukraynaya hücumu zamanı qoyulub. O zaman Qərb Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhənin açılmasını tələb etsə də, Gürcüstan buna etiraz etdi və belə bir avantüraya getmədi. Zaman Gürcüstan hökumətinin qərarının doğru olduğunu göstərdi. Baxmayaraq ki, keçən ilin dekabrında Gürcüstan Avropa İttifaqına namizəd üzv statusuna malik oldu. Həmin dönəmdən tərəflər arasında da gərginlik səngimədi, əksinə bir az da artdı”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Oqtay Qasımov danışıb. Politoloq qeyd edib ki, bu dönəmdə Qərb Gürcüstanda maliyyələşdiyi öz tərəfdarlarını hökumətə təzyiq həyata keçirməyə vadar etdi və bu zaman Gürcüstan hökuməti də Qərbin maliyyələşdirdiyi təxminən 25 minə yaxın qeyri-hökumət təşkilatının ölkədə ciddi problem yaradacağını, məhz Qərbin maliyyəsinin təsiri altında bu addımlara getdiklərini gördü. “Xarici təsirlərin şəffaflığı” haqqında qanunu qəbul edildi ki, bu da məhz həmin təbəqə tərəfindən etirazla qarşılandı: “Eyni zamanda həmin təbəqə ilə bərabər biz Qərb nümayəndələrin də Gürcüstanda keçirilən etiraz aksiyalarına necə aktiv qoşulduqlarını və müdaxilə etdiklərini də xatırlayırıq. Bir çox ölkələrin xarici işlər nazirləri və səfirləri bu aksiyalarda iştirak edərək etirazçılara dəstək verdilər. Təbii ki, “Xarici təsirlərin şəffaflığı” qanunu qəbul olunandan sonra Gürcüstan hökuməti daha bir addım atdı və Gürcüstanda “ailə dəyərlərinin və milli dəyərlərin qorunması” ilə bağlı qanun qəbul etdi. Bu da LGBT və digər qeyri-ənənəvi və Qafqaz və gürcü cəmiyyəti üçün məqbul olmayan məsələlərin qanunla qadağan edilməsi idi ki, bu da Qərb, o cümlədən Gürcüstanda bir çox QHT-lər tərəfindən etirazla qarşılandı. Küçə etirazları ilə Gürcüstanda hakimiyyəti devirə bilməyən Qərb, bütün planlarını oktyabrın 26-da keçirilən keçirilən parlament seçkilərinə indekslədi. Bu seçkilərdən sonra qələbə çalan Gürcüstan hökumətini yenidən təzyiq altında saxladı və özlərinin də etiraf etdiyi kimi seçkilərdə rəqabətli şəraitin, azad şəraitin yaranmasına baxmayaraq, nəticələr Qərbi qane etmədiyi üçün seçkilərin nəticələrinin ləğv olunması yenidən keçirilməsini tələb etdilər”.

Oqtay Qasımov

Politoloq bildirib ki, Gürcüstan hökuməti bunları görür və müvafiq addımlar da atır. Bu gün Gürcüstanda vəziyyəti qəlizləşdirən əsas məsələ ondan ibarətdir ki, birincisi Gürcüstanda konstitusiyanı pozaraq faktiki olaraq siyasi proseslərə qarışmış bir prezident fəaliyyət göstərməkdədir: “Bu prezident seçkilərin nəticələrini tanımadığını, yalnız özünün legitim orqan olduğunu və istefa verməyəcəyini bəyan edib. Bu da prosesi mürəkkəbləşdirən əsas amillərdən biridir. İkincisi; həm müxalifət, həm iqtidar tərəfindən bir-birinə qarşı güzəşt edilməyəcəyi ilə bağlı bəyanatlar var ki, bu da siyasi dialoqun keçirilməsinin mümkünsüzlüyünü ortaya qoyur. Bu davəziyyəti daha çox çətinləşdirir. Məhz belə bir zamanda Gürcüstan hökumətinin Parlament iclasının keçirilməsi və hökumətin formalaşması, o cümlədən prezidentliyə namizədin müəyyən edilməsi kimi məsələlər etirazları bəlkə də arxa planda qoya bilərdi. Amma Gürcüstan baş nazirinin Avrointeqrasiya ilə bağlı verdiyi açıqlamanın cəmiyyətə doğru çatdırılmaması prosesə mənfi təsir etdi. Bu da hökumətin əleyhdarlarının əlinə müəyyən bir fürsət verdi. Belə ki, “Avropa İttifaqına inteqrasiya məsələsinin 2028-ci ilə qədər gündəmdən çıxarılması” ilə bağlı səslənən bəyanat və onun konteksdən çıxarılması təbii ki, Gürcüstanda etirazları "gücləndirdi. Çünki Gürcüstan cəmiyyətində Avropa İttifaqına vizasız gediş gəlişin olması olduqca mühüm bir məsələdir. Belə ki, Gürcüstan vətəndaşlarının əhəmiyyətli hissəsi məhz bu güzəştdən istifadə edərək, Avropada qısa müddətli işlər tapmaqla öz ailəsini dolandırır və Gürcüstan iqtisadiyyatına həm də töhfə verir. Məhz belə bir açıqlama vəziyyəti gərginləşdirdi. Hazırda müxalifətin və QHT-lərin davranışlarına baxanda - hansı ki, o təbəqə Qərbdən maliyyələşir - təxminən 11 il öncəki Ukraynada baş verənləri xatırlayırıq. Təəssüf ki, Gürcüstandakı vəziyyət hazırda olduqca mürəkkəbdir. Onun necə nəticələnəcəyi ilə bağlı hələlik qəti fikir demək çox çətindir. Nəzərə alsaq ki, xüsusən də diplomatik korpusda xeyli sayda istefalar var ki, bu da Gürcüstan hökumətinin mövqeyi çətinləşdirir. Amma digər tərəfdən hələlik güc strukturları, o cümlədən ordu hökumətin tərəfindədir, onun əmrlərinə tabe olur. Prezidentin avanturist çağırışları onlara təsir etməyib”-deyən politoloq hesab edir ki, bu da müəyyən qədər optimizm yarada bilər. Çünki qarşı tərəf israrlı şəkildə vəziyyəti gərginləşdirmək və bunu bir vətəndaş qarşıdurmasına çevirməyə çalışır. Gürcüstan prezidentinin universitet tələbələrindən sonra məktəblərə müraciəti və onların bu etiraz aksiyalarında zorakılığa meyl etməsi təhlükəli tendensiyadan xəbər verir”.

Oqtay Qasımov qeyd edib ki, Azərbaycan Gürüstandakı proseslərin tezliklə sonlanması və problemlərin siyasi dialoq yolu ilə həll olunmasından yanadır: “Gürcüstanda baş verən hadisələr bütün bölgəyə, o cümlədən Azərbaycan-Gürcüstan münasibətlərinə də bu və ya digər formada təsir edir. Çünki Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, Azərbaycanla icra etdiyi və edəcəyi xeyli sayda qlobal layihələr var”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri