Icma.az
close
up
RU
Qərb Zelenskini əvəzləyir? Zalujnı müharibəni sona çatdıra bilər

Qərb Zelenskini əvəzləyir? Zalujnı müharibəni sona çatdıra bilər

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi taleyi ilə bağlı Qərb mərkəzlərində ciddi müzakirələrin getdiyi iddia olunur. Xüsusilə də ABŞ və Avropa İttifaqı dairələrində Zelenskinin istefaya göndərilərək onun yerinə Ukraynanın Böyük Britaniyadakı səfiri, sabiq Silahlı Qüvvələr baş komandanı Valeri Zalujnının gətirilməsi ssenariləri gündəmə gəlməkdədir. Bu iddiaları gücləndirən amillərdən biri də Zelenski hakimiyyətinin ölkədə korrupsiyaya qarşı mübarizədə beynəlxalq qurumlarla əməkdaşlığı məhdudlaşdırması və bu addıma qarşı Aİ-dən səslənən sərt tənqidlərdir. Müharibənin kritik mərhələsində olan Ukrayna üçün lider dəyişikliyi həm daxili siyasi tarazlığı, həm də beynəlxalq dəstəyi sarsıda bilər. Bəs Zelenskinin əvəzlənməsi nə dərəcədə realdır? Bu dəyişiklik baş verərsə, döyüş cəbhəsində və diplomatik masada nələr dəyişə bilər?

Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Kazım Kazımov bildirib ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra ilk dəfədir ki, Zelenskinin əvəzlənməsi iddiaları bu qədər gündəmə gəlir:

"Əlbəttə ki, Zalujnı güclü bir fiqurdur. O, müharibənin ən çətin dövrlərində Ukrayna ordusuna rəhbərlik edib və tamamilə Qərb standartları ilə müharibəyə yanaşan açıq sözlü bir generaldır. O cümlədən, 2023-cü ildə keçirilən rəy sorğusunda Ukrayna xalqının 88 faizi Zalujnının həm güclü liderlik qabiliyyətinə malik olduğunu, həm də yaxşı ordu rəhbər olduğunu vurğulamışdılar. Yəni o, reytinqi kifayət qədər yüksək olan bir şəxsdir".

"Lakin bu reytinqi ona çox uğur gətirmədi və o, 2024-cü ildə Volodimir Zelenski tərəfindən vəzifədən uzaqlaşdırıldı. Səbəb də bu idi ki, Rusiyanın yay hücumlarında Ukrayna ordusu hücumu dəf edə bilsə də, əks hücumda çox ciddi nailiyyətlər əldə edə bilməmişdi. O cümlədən payız kampaniyası da eyni şəkildə başa çatmışdı. Yəni 2024-cü ilin yay və payız ayları bir az səngər döyüşləri xarakterini aldığı üçün Ukrayna siyasi rəhbərliyini narahat etmişdi. Volodimir Zelenski də bu məsələ ilə bağlı Zalujnı ilə gərginlik yaşamışdı. Zalujnı isə bununla bağlı Zelenskinin özünü, yəni administrativ fəaliyyətini günahlandırmışdı. Belə olan təqdirdə isə siyasi rəhbərliyin sözü daha ağır oldu və Zalujnı vəzifədən uzaqlaşdırıldı. Hətta Ukraynanın daxilindən uzaqlaşdırılaraq Böyük Britaniyaya səfir təyin olundu. Bu da bir az "sürgün" xarakterini daşıyırdı. Çünki siyasətdə zaman-zaman diplomatik vəzifələr bir növ sürgün xarakteri də daşıyır", - deyə analitik vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Qərb Zelenskini Zalujnı ilə əvəz edə bilər:

"Çünki bunun üçün çox ciddi təsir vasitələri var. Qərb Ukraynaya həm maddi yardımlar edir, həm münaqişədə Ukraynanın reklamı aparılır, həm silah-sursat yardımı edilir və bütün bunların fonunda hakimiyyət dəyişikliyinə də gücü çatır. Lakin bir şey unutmaq olmaz ki, Zelenski də kifayət qədər güclü fiqurdur. Onun da müəyyən bir siyasi çəkisi var və müharibənin ilk günündən dövlətə rəhbərlik edir deyə, ən kiçik məsələləri belə bilir. Bu baxımdan, əgər belə bir dəyişiklik olsa da, mən hesab etmirəm ki, bu, Ukrayna üçün müsbət nəticələrlə yadda qalacaq", - deyə analitik fikrini yekunlaşdırıb.

Türkiyəli siyasi şərhçi Engin Özer də Oxu.Az-a açıqlamasında deyib ki, korrupsiya qanunu ilə bağlı dəyişiklik, yəni Zelenskinin səlahiyyətləri tamamilə öz əlinə keçirməsi Ukrayna cəmiyyətində ciddi narazılıq yaradıb:

"Digər tərəfdən, Zelenskinin diplomatiyadakı uğursuzluğu da diqqət çəkir. 2022-ci ildə İstanbul sülh danışıqlarında Ukraynanın müharibəni bitirməsi üçün son dərəcə əlverişli imkanlar var idi. Lakin Zelenski bu imkanları şəxsi təşəbbüsü ilə rədd etdi və nəticədə müharibə bu günə qədər davam edir. Bu isə xalq arasında ciddi narazılıq yaradıb".

"Bu gün gəldiyimiz nöqtədə müharibənin sona çatması üçün Rusiya tərəfinin əsas tələblərindən biri Zelenski rəhbərliyinin dəyişməsidir. Qərb də əslində Zelenskidən çox Zalujnı ilə işləməyi üstün tutur. O, Rusiya ilə ortaq məxrəcə gələrək artıq münaqişənin dondurulması istiqamətində irəliləyişə nail ola bilər", - deyə analitik diqqətə çatdırıb.

Müsahibimiz əlavə edib ki, qarşıdakı bir neçə həftə ərzində danışıqlarda irəliləyiş olmasa, Ukraynada rəhbərlik dəyişikliyi gözləniləndir:

"Yeni rəhbərlik çox güman ki, Ukraynada müharibənin gələcəyi ilə bağlı referendum keçirə və daha radikal qərarlar qəbul edərək müharibəni sona çatdıra bilər".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 İyul 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri