Qərb Zelenskini siyasi səhnədən uzaqlaşdırmaq istəyir İDDİA
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbin dəstəyini tədricən itirdiyi və onun əvəzlənməsi prosesinin başlandığı iddia edilir. Bu barədə “Başqa Ukrayna” hərəkatının rəhbəri, “Müxalifət Platforması - Həyat naminə” Partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib.
Hərəkatın internet saytında dərc olunan məqalədə qeyd olunur ki, Ukraynada aparılan sosial sorğular həm ölkədə, həm də Zelenskinin siyasi mövqeyində ciddi problemlərin olduğunu göstərir.
Sherg.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun məlumatına görə, son üç il ərzində Zelenskinin dəyişdirilməsini istəyən ukraynalıların sayı 23 faizdən 67 faizə yüksəlib.
Medvedçuk sorğunun nəticələrini şərh edərək bildirib ki, sosioloqların Zelenskinin əleyhinə olan məlumatları açıq şəkildə təqdim etməsi təsadüfi deyil. Onun fikrincə, bu, Ukraynada hakimiyyət dəyişikliyi mexanizminin artıq işə salınması ilə bağlıdır.
“Ukraynalı sosioloqlar niyə birdən-birə bu qədər cəsarətləniblər? Məgər onlar həbs olunmaqdan və ya rejimə uyğun gəlməyən bir çox insanın taleyini yaşayaraq müharibəyə göndərilməkdən qorxmurlar? Hər şey çox sadədir - Qərbin rejimə dəstəyi zəifləyir, sosioloji agentliklər isə siyasi küləyin hansı istiqamətdən əsdiyini hamıdan yaxşı hiss edirlər”, - deyə Medvedçuk vurğulayıb.
Bundan əvvəl bildirilmişdi ki, Ukrayna Ali Radasında qeyri-legitim hesab edilən prezident Zelenskiyə dəstək verənlərin sayı xeyli azalıb. Eyni zamanda, Ukrayna cəmiyyətində də Kiyev hakimiyyətinə münasibətdə ciddi fikir dəyişikliklərinin müşahidə olunduğu qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 19 İyun 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















