Icma.az
close
up
RU
Qərbdən siyasi dəstək alan Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə birliyinin hədəfi bəllidir

Qərbdən siyasi dəstək alan Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə birliyinin hədəfi bəllidir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələləri üzrə məsləhətləşmələrdən sonra üçtərəfli əməkdaşlıq proqramı imzalanıb. Bildirilib ki, məsləhətləşmələrdə Ermənistan Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

“Ermənistan, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası arasındakı hərbi əməkdaşlığın adətən iki istiqaməti olur. Həm müdafiə, həm də hücum istiqaməti olur. Ümumi olaraq həm Ermənistanın, həm Yunanıstanın, həm də Cənubi Kipr Rum Administrasiyasının Azərbaycan və Türkiyə kontekstindəki həm hərbi, həm siyasi istiqamətdə yanaşmalarına baxsaq, o zaman belə bir mənzərə ortaya çıxır ki, bu hərbi əməkdaşlığın daha çox aqressiv tərəfi, daha sonra hücum tərəfi, və yaxud Azərbaycan-Türkiyədən ibarət qruplaşmanı gücləndirməmək məqsədi daşıyır”.

Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Nazim Cəfərsoy danışıb. Siyasi şərhçi qeyd edib ki, Türkiyə və Azərbaycan üçün burada daha çox aqressiv, neqativ vəziyyət önə çıxır. Çünki, hər üç ölkənin həm Azərbaycan, həm də Türkiyəyə yönəlik çox neqativ və təhlükə formalaşdıra biləcək mövqeyi var. Nazim Cəfərsoy bildirib ki, bu çərçivədə Yunanıstan və Cənubi Kiprin Türkiyəyə yönəlik və Ermənistanın da həm Azərbaycan, həm Türkiyəyə yönəlik tərəfini və Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini də nəzərə alsaq, ortaya belə bir məsələ çıxır ki, bu müdafiə əməkdaşlığından daha çox Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinə yönəldilmiş həmlə olaraq xarakterizə eləmək olar.

Nazim Cəfərsoy

“Məsələnin birinci hissəsi budur. İkinci hissəsi, bu hərbi əməkdaşlığın ana motivi Azərbaycan və Türkiyə, müəyyən mənada Şimali Kipr Türk Cümhuriyyəti əleyhdarı olmağında kim maraqlıdır? Bu məsələdə əsas motivasiya bu ölkələrin özlərindən gəlsə də, düşünürəm ki, həm Avropada, həm də Amerikada dərinləşdirilməsini istəyən qüvvələr var. Məsələn; Avropa üçün çox maraqlı olar ki, Cənubi Qafqazda varlığını gücləndirsin. Bu çərçivədə Cənubi Kipr Rum Adminstrasiyasının Avropa İttifaqı üzvü olduğunu nəzərə alsaq, bu əməkdaşlıq Ermənistanda - Cənubi Qafqazda Avropa Birliyinin də gücünün artması deməkdir. Eyni zamanda Avropa Birliyinin lider ölkələrindən olan Fransanın da bökgədəki təsir dairəsinin və nüfuzunun artması deməkdir. Nəticədə Avropanın bu məsələdə maraqlı olduğunu düşünə bilərik. Avropa Birliyi monitorinq qrupu ilə bölgədə varlığını sürdürməyə çalışır və Ermənistanla get-gedə dərinləşən bir münasibətlər sistemi qurmağa çalışır. Bu kontekstdə Gürcüstanda AB-nin təsir imkanları qalır və bunu gücləndirmək üçün Rusiya ilə mübarizə davam edir”-deyə siyasi ekspert əlavə edib.

Nazim Cəfərsoyun sözlərinə görə,  məsələnin Amerika tərəfinə baxdığımız zaman eyni fikri demək mümkündür.

“Amerika həm Rusiya kontekstində, həm İran kontekstində, həm də Türkiyənin artan nüfuzu kontekstində, xüsusilə Cənubi Qafqazda Ermənistan üzərindən nüfuzunu artırmağa çalışır. Yunanıstan və Cənubi Kipr Rum Adminstrasiyasının bu çərçivədə nüfuzunun artması, dolaylı olaraq ABŞ-da nüfuzunun artmasına xidmət edir. ABŞ-dakı həm erməni lobbisi, həm də yunan lobbisi bu cür əməkdaşlıqda maraqlı tərəflər olaraq görünürlər. Fransadakı erməni lobbisinin də bu cür əməkdaşlıqda maraqlı olacağını da demək olar.

Ümumiyyətlə, Qərbdə son dövrlər yunan və erməni lobbilərinin təsiri altında olan müxtəlif siyasətçilərin bu üçlü ittifaqa həm ideolojik, həm siyasi, həm yeri gəldiyi zaman qanunvericilik çərçivəsində müəyyən dəstək verdiyini, hətta bunu təşvik etdiyini görmək mümkündür”-deyə Nazim Cəfərsoy qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see486

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see315

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see281

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see209

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see191

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see155

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see146

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see144

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see135

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see135

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri