Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.
Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələlərinə dair keçirilən məsləhətləşmələrin yekunu üzrə üçtərəfli əməkdaşlıq proqramı imzalanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 19-da Afinada əvvəlcə Ermənistan və Yunanıstan arasında ikitərəfli məsləhətləşmələr, daha sonra isə Ermənistan-Yunanıstan-Kipr üçtərəfli məsləhətləşmələri keçirilib. Ermənistan Müdafiə Nazirliyindən məsləhətləşmələrdə Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Məsləhətləşmələr zamanı 2024-cü il ərzində müdafiə sahəsində əməkdaşlıq istiqamətində görülən işlərin nəticələri və 2025-ci il üçün planlar müzakirə edilib.
"Məsləhətləşmələrin sonunda 2025-ci il üçün Ermənistan-Yunanıstan ikitərəfli və Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq proqramları imzalanıb. Bu proqramlar silahlı qüvvələrin müxtəlif fəaliyyət sahələrində onlarla tədbiri əhatə edir", - məlumatda qeyd olunub.
Tərəflər müdafiə sahəsində məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsinin vacibliyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















