Icma.az
close
up
RU
Qərbdən Suriyaya həmlə: iki nazirin Colani ilə görüşünün pərdəarxası

Qərbdən Suriyaya həmlə: iki nazirin Colani ilə görüşünün pərdəarxası

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriya yenidən dünyanın gündəmindədir. Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbok və Jan Noel Barron Suriyaya birgə səfəri bu ölkəni yenidən maraq obyektinə çevirib. Onlar Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara (Colani) ilə görüşüblər.

Ekspertlər deyir ki, Suriya keçici hökumətinin siyasi dəstəklə yanaşı müxtəlif dövlətlərin maliyyə yardımına ehtiyacı var. Paytaxt Dəməşqin xaricində şəhərlərin az qala tən yarısı dağıntılar altındadır, su, qaz, elektrik, benzin yoxdur. Ona görə də Suriya keçici hökuməti maliyyə ayıra biləcək istənilən ölkə ilə əməkdaşlığa hazırdır. Təsadüfi deyil ki, Suriya keçici hökumətinin xarici işlər naziri ilk səfərini Səudiyyə Ərəbistanına edib.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Suriyada gərgin vəziyyət qısa müddətdə başa çatmayacaq:

“Çünki Suriyada bir sıra dövlətlərin maraqları var və İsrail Şamın yaxınlığına qədər olan əraziləri işğal edib. İsrail su ehtiyatlarının 30 faizdən artığını bu bölgədən təmin edir. Eyni zamanda Suriyanın bir sıra strateji ərazilərinə nəzarət imkanlarını əlində saxlayır. Həmçinin ABŞ-n yeni prezidenti Donald Tramp bildirdi ki, bizim Suriyada işimiz bitib.

Əli Zülfüqaroğlu

Bu o deməkdir ki, Suriyada yeni hökumət ABŞ-ın və İsrailin maraqlarına qarşı çıxmayacaq. Amma bu o demək deyil ki, Suriyanın yeni hökuməti yalnız hər hansı bir dövlətin təsiri altında fəaliyyət göstərəcək. Ona görə də ABŞ həm Suriyanın yeni hökumətinə, eyni zamanda Türkiyəyə qarşı da təzyiq imkanlarını əlində saxlamaq üçün YPG və PYD-nin ləğvinə qarşı çıxacaq. Yəni ABŞ-nin dəstəyi ilə fəaliyyəti davam etdiriləcək. Həmçinin Türkiyənin də el-Şaraa ilə yaxın münasibətləri var”.

Ekspert deyib ki, Bəşər Əsədin devrilməsində Türkiyənin də kifayət qədər rolu oldu:

“Azad Suriya ordusunun, el-Şaraanın dəstəyi kifayət qədər yüksək idi. Amma son proseslər göstərir ki, xüsusilə ilk səfərin Səudiyyə Ərəbistanına olması kifayət qədər önəmli bir hadisədir. Yəni iqtisadi problemlərin həlli ilə bağlı yeni administrasiya rəhbəri düşünür ki, Səudiyyə Ərəbistanı və körfəz ölkələri daha çox Suriyaya dəstək ola bilər. Bu baxımdan ilk səfər də Səudiyyə Ərəbistanına oldu. Hansı ki, bu ölkələr ABŞ-ın təsiri altındadır. Əlbəttə, bir sıra Avropa ölkələri də çalışır ki, Suriyada öz varlıqlarını qorusun. Ona görə də Fransa və Almaniyanın da aktiv fəaliyyətini təsadüfi hesab etmək olmaz.

Bundan sonrakı dönəm üçün Türkiyənin üzərinə kifayət qədər yük düşür. Yəni Suriyanın yeni administrasiyasını, əsas da Colanini nəzarətdə saxlamaq, onun Türkiyənin maraqlarına qarşı çıxmaması üçün fəaliyyət yürütmək və digər istiqamətlərdə addım atmaq. Doğrudur, Türkiyə Suriyada güclü mövqelərə sahibdir, amma bu o demək deyil ki, HTŞ lideri el-Şaraa yalnız Türkiyənin və ya ABŞ-ın maraqlarını həyata keçirəcək. Burada Suriya liderinin bir sıra istiqamətlərdə çoxşaxəli siyasət yürüdəcəyini proqnozlaşdırmaq olar. Bu da onu deməyə əsas verir ki, region ölkələri ilə yanaşı, Avropa və ABŞ da Suriyada öz mövqelərini möhkəmləndirmək üçün Suriyanın yeni hökuməti ilə sıx işləyəcəklər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Yanvar 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri