Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcması ın təklifini bəyəndi Dinləmə Kəlbəcərdə keçirilə bilər

Qərbi Azərbaycan İcması ın təklifini bəyəndi Dinləmə Kəlbəcərdə keçirilə bilər

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bir müddət əvvəl Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu”  adlı ictimai dinləmə keçirildi. Bu kontekstdə Modern.az saytı Qərbi Azərbaycana qayıdışla bağlı təkliflə çıxış edib. Təklif növbəti ictimai dinləmənin Kəlbəcərdə keçirilməsi ilə bağlıdır. Kəlbəcər coğrafi olaraq Qərbi Azərbaycana ən yaxın bölgələrdən biri olduğu üçün burada keçirilən ictimai dinləmə yalnız mənəvi deyil, həm də praktik əhəmiyyət daşıyacaq. Kəlbəcər müzakirələri zamanı Qərbi Azərbaycana qayıdış prosesinin yeni aspektləri - məsələn logistik və təhlükəsizlik məsələləri daha dərindən təhlil edilə bilər. .

Modern.az-ın təklifi Milli Məclisin deputatı, Qərb Azərbaycan İcmasının sədri Əziz Ələkbərli tərəfindən bəyənilib. O, saytımıza açıqlamasında bildirib ki, Kəlbəcərdə ictimai dinləmə keçirilməsi ilə bağlı təklif başadüşüləndir:

"Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmələrin keçirilməsi artıq ənənəyə çevrilib. Bu günə qədər 7 belə dinləmə keçirilib və həmin dinləmələrdə problemin müxtəlif aspektləri deputatların, Qərbi Azərbaycan İcmasının rəhbər şəxslərinin və ictimaiyyət nümayəndələrinin, ekspertlərin iştirakı ilə geniş müzakirə olunub. Modern.az-ın növbəti ictimai dinləmələrdən birinin Kəlbəcərdə keçirilməsi ilə bağlı təklifi başadüşüləndir. Niyə də ki yox? Əlbəttə, bunun üçün Kəlbəcərdə müvafiq infrastruktur, şərait olacağı təqdirdə bu təklif mütləq İcmamız tərəfindən nəzərdən keçiriləcək. Artıq xeyli vaxtdır ki, Azərbaycanımızın müxtəlif bölgələrində belə tədbirlər keçirilir. Hazırda biz Xankəndidəki Qarabağ Universitetində belə bir tədbirin keçirilməsini planlaşdırırıq".
 

İcma sədri Modern.az-ın Qərbi Azərbaycana qayıdış prosesində medianın rolunun artırılması ilə bağlı təklifinə də reaksiya verib:

"Bu, ilk gündən bizim diqqət mərkəzimizdə olan məsələdir. Aydındır ki, qayıdış prosesinin beynəlxalq səviyyədə tanıdılması və ictimai rəyə təsir üçün media əsas vasitələrdən biridir. İnanmıram ki, kim isə bunu inkar edə. O ki qaldı Milli Məclisin müvafiq komitəsində “Qərbi Azərbaycana qayıdış prosesində medianın rolu” mövzusunda ictimai dinləmə keçirilməsi məsələsinə, əlbəttə, bu da mümkündür və elə hesab edirəm ki, biz bu məsələni Milli Məclisin müvafiq strukturları ilə müzakirə edəcəyik. Əmin olun ki, bu mövzuda ictimai dinləmə keçiriləcəyi təqdirdə, əvvəlki dinləmələrdə olduğu kimi, jurnalistlər, media ekspertləri, dövlət rəsmiləri, QHT nümayəndələri mütləq iştirak edəcəklər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Mart 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

26 Sentyabr 2025 16:10see206

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see204

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see151

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see147

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see146

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see146

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see145

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see144

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see144

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see142

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see140

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see137

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see137

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see136

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see135

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see134

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see132

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see122

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri