Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının “Qaçqınlıq və Qadınlar” mövzusunda Beynəlxalq Konfrans keçirildi FOTOLAR Yeni Gündəm

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının “Qaçqınlıq və Qadınlar” mövzusunda Beynəlxalq Konfrans keçirildi FOTOLAR Yeni Gündəm

Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1 mart 2025-ci il tarixində Qərbi Azərbaycan İcması Qadınlar Şurasının dəstəyi və təşkilatçılığı ilə online formatda “Qaçqınlıq və Qadınlar” mövzusunda Beynəlxalq Konfrans keçirmişdir.

“Yeni Gundem” xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində keçirilən bu konfransın məqsədi Mart ayının dünyada qadın haqları ayı olmasını nəzərə alaraq, beynəlxalq ictimaiyyətin diqqətini Qərbi Azərbaycandan erməni zülmündən qovulmuş Qərbi Azərbaycanlı qadınların pozulmuş hüququna cəlb etməkdir. Konfransa 12 ölkədən olmaqla, Azərbaycandan xaricdə diaspora fəaliyyətində çox böyük layihələr həyata keçirən 50-yə yaxın nüfuzlu Azərbaycan qadınları qatılmışdır. Konfransda 1987-91-ci illərdə Qərbi Azərbaycandan (indiki Ermənistandan) erməni vandallarının Azərbaycanlılara qarşı törətdiyi cinayət, etnik təmizləmə sayəsində doğma yurdlarından didərgin düşmüş və bugün ABŞ, Türkiyə, İngiltərə, Niderland, Belçika, İsveç, Kanada, Qazaxıstan, Özbəkistan, Fransada məskunlaşmış çox tanınmış və ictimai fəal xanım soydaşlarımız da iştirak edirdi. Konfransda İSESCO-nun Sosial və Humanitar elmlər departamentinin rəhbəri xanım Ramata Myabe və İSESCO-da fəaliyyət göstərən diplomat və beynəlxalq ekspert Dinara Quliyeva və xaricdə fəaliyyət göstərən Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Təşkilatının və Odlar Yurdu Təşkilatının rəhbərləri və üzvləri də iştirak edirdi. Konfrans öz işini Ulu Öndərimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qərbi Azərbaycana Qayıdışla bağlı çıxışları əsasında hazırlanmış “Biz mütləq Qərbi Azərbaycana qayıdacağıq!” adlı video filmə baxışla başladı. Konfransın moderatoru Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı konfrans iştirakçılarını salamladıqdan sonra onlara İcmanın, xüsusən də Qadınlar Şurasının məqsəd və vəzifələri, Fəaliyyət planı, 2022-ci il 24 dekabrdan bugünə Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlər haqqında ətraflı məlumat verdi. Məlahət İbrahimqızı minnətdarlıqla, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı qəti mövqeyi və prinsipiallığı sayəsində qısa müddət ərzində Qərbi Azərbaycana qayıdış Konsepsiyasının Qarabağ problemi kimi vahid milli ideologiyaya çevrilməsini qeyd etdi. Konfransın açılış hissəsində çıxış edən Qadınlar şurası Beynəlxalq əlaqələr üzrə Koordinasiya şurasının rəhbəri, millət vəkili Tənzilə Rüstəmxanlı çıxış edərək Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas prinsiplərini şərh etdi. O, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını sülh və barış manifesti adlandıraraq, qayıdışın Qərbi Azərbaycanlılara beynəlxalq hüququn verdiyi zəmanət olduğunu qeyd etdi. Konfransın proqramına uyğun olaraq, Kanadadan çıxış edən Azərbaycan Mədəniyyət və Sənət Mərkəzi və Kanada Azərbaycanlılar Evinin qurucusu və təsisçisi Lalin Həsənova Qərbi Azərbaycanlıların yerli xalq kimi pozulmuş hüquqlarının dünyada təbliğatının vacibliyini bildirdi. Azərbaycanla İSESCO arasında əməkdaşlığı xüsusi vurğulayan və Azərbaycanın İSESCO üçün önəmli ölkə olmasını qeyd edən İSESCO-nun Sosial və Humanitar elmlər departamentinin rəhbəri xanım Ramata Almamy Mbaye təqdimatında Qərbi Azərbaycan İcması ilə, xüsusən də Qadınlar Şurası ilə yaranmış yeni və uğurlu əməkdaşlığı gələcəkdə də davam etdirəcəyini bildirdi. Niderlanddan Ana Vətən Avropa Azərbaycanlı Qadınlar təşkilatının sədri Maisə Ağamirova Gündoğdu çıxış edərək Qarabağ həqiqətlərinin Avropada təbliğatında qazandıqları təcrübədən Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarının bərpasında istifadə edəcəklərini bildirdi.
İSESCO-da fəaliyyət göstərən diplomat və beynəlxalq layihələr üzrə tanınmış ekspert Dinara Quliyeva, Belçikadan İlahə Tağıyeva, İsveçdən Səadət Kərimi, Eluca Atalı, Türkiyədən Aysel Sadak, Nigar Ögeday, Elif Selçuk, Eda Günday, MHP millət vəkili adayı doktor Əsmayə Novruzova, Şəhla Bayramova, Niderlanddan Təranə Musayeva, Bostondan Laçın Babayeva, millət vəkilləri Səbinə Salmanova, Səbinə Xasayeva, Pərvanə Vəliyeva konfransda çıxış edərək ümummilli ideologiyamız olan Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsində qadınların xüsusi rolunu və verə biləcəyi töhfələri qeyd etdilər. Millət vəkili, Qadınlar şurasının Sosial Media üzrə İşçi qrupunun rəhbəri Günay Ağamalı çıxış edərək qadınlarımızın sosial media fəaliyyətini Qərbi Azərbaycana qayıdışın təbliğatına yönəltməyin vacibliyini qeyd etdi. Çıxış edənlər Azərbaycan diasporunun tanınmış fəal xanımlarının Qadınlar Şurasının çətiri altında beynəlxalq Şəbəkəsinin-Networking yaradılmasının günün və zamanın tələbi olduğunu qeyd etdilər. Konfransda irəli sürülən təkliflərin ümumiləşdirilərək gələcək fəaliyyət planına daxil edilməsi təklif olundu. Çox önəmli təkliflərin irəli sürüldüyü bu Konfransın sonunda konfrans iştirakçıları adından beynəlxalq təşkilatlara və dünyanın Birinci Xanımlarına Müraciət qəbul edildi. Müraciəti Kanadadan Azərbaycan diasporasında fəaliyyəti ilə seçilən aktivist, doktor Ruziyyə Ramazanova konfrans iştirakçılarının diqqətinə çatdırdı. Bu cür beynəlxalq konfransların və görüşlərin ardıcıl keçirilməsinin Qərbi Azərbaycana qayıdışa böyük töhfə verəcəyi önə çəkildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 01 Mart 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri