Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏT ETDİ Yeni Gündəm

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏT ETDİ Yeni Gündəm

Icma.az, Yenigundem saytına istinadən bildirir.

BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏT ETDİ.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının “Qaçqınlıq və Qadınlar” mövzusunda təşkil etdiyi və 12 ölkədən, 50-yə yaxın qadın fəalın qatıldığı Beynəlxalq Onlayn Konfransında qəbul edilmişdir)

1 mart 2025

Biz, dünya ictimaiyyətinin təntənə ilə qeyd etdiyi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Qərbi Azərbaycan İcması Qadınlar Şurası tərəfindən 1 mart 2025-ci il tarixində təşkil olunmuş “Qaçqınlıq və Qadınlar” mövzusunda Beynəlxalq Onlayn Konfransın iştirakçıları olaraq, beynəlxalq ictimaiyyətə bu müraciəti qəbul edirik. Biz beynəlxalq diqqəti azərbaycanlıların, xüsusilə də qadınlar və uşaqların, Ermənistanın ərazisindəki əzəli yurdlarından zorla qovulmasının yaratdığı ağır iztirablara yönəltməyi hədəfləyirik. Bu müraciətlə biz haqq-ədalətin və sülh yolu ilə qayıdış hüququmuzun təmin olunması, mədəni irsimizin qorunmasına dair və qadınların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1325 saylı qətnaməsinə və beynəlxalq hüququn ümumi norma və prinsiplərinə uyğun olaraq öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyasına dəstək verilməsi üçün tələblərimizi ifadə edirik.

Ermənistan ərazisində bir zamanlar əksəriyyət təşkil etmiş və ən sonuncusu 1987-1991-ci illərdə olmaqla, sistematik və tam şəkildə zorakı etnik təmizləmənin bir neçə dalğası ilə öz yurdlarından zorla çıxarılmış Qərbi azərbaycanlılara qarşı tarixi ədalətsizliyi qətiyyətlə pisləyərək;

Evlərini, dolanışıq vasitələrini və icma bağlarını itirmiş, bunun nəticəsində dərin travma və ailə-mədəni davamlılığın pozulması ilə üzləşmiş qadın və uşaqların dərin iztirablarını qeyd edərək;

Ermənistanın Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsinə vurduğu zərbələri, xüsusilə də 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş və Qərbi Azərbaycanda əsasən qadınlar tərəfindən geniş tətbiq olunan xalçaçılıq sənətinə vurduğu zərəri böyük narahatlıqla qeyd edərək;

Bu irsə vurulan zərbənin yalnız mədəni faciə deyil, həm də qaçqın düşmüş azərbaycanlıların öz kimlik və irslərinə olan hüquqlarının pozulması olduğunu təsdiqləyərək;

BMT Təhlükəsizlik Şurasının münaqişələrin qadınlara mənfi təsirinin aradan qaldırılmasını və qadınların qayıdış və reinteqrasiya proseslərində rol verilməsini nəzərdə tutuan 1325 saylı qətnaməsini xatırladaraq;

Ədalətin və sülhün bərqərar olması, qadınlara qarşı zorakılığın aradan qaldırılması, onların sosial-iqtisadi inkişafda rolunun artırılmasına xidmət edən müvafiq Dayanıqlı İnkişaf Məqsədlərinə istinad edərək

Biz beynəlxalq ictimaiyyətə müraciət edirik ki:

Ermənistan tərəfindən qovulmuş azərbaycanlıların məsələsini prioritet vəzifə kimi tanısın və onların beynəlxalq insan hüquqları konvensiyalarında təsbit edilmiş müddəalara uyğun olaraq təhlükəsiz və ləyaqətli şəkildə öz əzəli yurdlarına qayıtmasını dəstəkləsin; BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun olaraq, qaçqın düşmüş azərbaycanlı qadınların qayıdış və reinteqrasiya proseslərini dəstəkləmək üçün tədbirlər görsün, qayıtdıqdan sonra onların sosial və iqtisadi imkanlara çıxışını təmin etsin; Qeyri-maddi mədəni irsimizin, xüsusilə də xalçaçılıq sənətinin qorunması və dirçəldilməsi üçün proqramlar həyata keçirsin, qayıtdıqdan sonra bu sahədə qaçqın qadınlara alətlər, təlimlər və məkanlar təmin edərək onların bu ənənəni davam etdirməsinə şərait yaratsın və mədəni kimliyimizin gələcək nəsillərə ötürülməsinə dəstək versin; Qaçqınlığın yaratdığı nəticələrin aradan qaldırılması və azərbaycanlılar üçün ədalətin bərpası üçün diplomatik müdafiə, humanitar yardım və texniki əməkdaşlıq vasitəsilə ciddi səylər göstərsin, qadın və uşaqların ehtiyaclarını prioritet kimi nəzərə alsın.

Biz, Azərbaycan Hökumətinin Ermənistan tərəfindən qovulmuş keçmiş məcburi köçkünlərin vəziyyətinin yüngülləşdirilməsi istiqamətində atdığı addımları qətiyyətlə dəstəkləyir, onlar üçün həyata keçirilən Böyük Qayıdış Proqramını və Ermənistanın otuz illik işğalından azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yüksək qiymətləndiririk;

Biz, Azərbaycan Hökumətinin beynəlxalq humanitar yardımla bağlı aktiv fəaliyyətini alqışlayır və bu fəaliyyətin qadınlar və uşaqların çəkdiyi çətinliklərin azaldılmasında mühüm rol oynadığını vurğulayırıq;

Biz, Qərbi Azərbaycan İcması Qadınlar Şurası olaraq, icmamızın hüquqlarını müdafiə etmək, qaçqın vəziyyətinə düşmüş Qərbi Azərbaycan qadınlarının və uşaqlarının səslərini qlobal səviyyədə eşitdirmək və icmamızın doğma torpaqlarına qayıdıb yenidən çiçəklənməsi üçün mübarizə aparmağa davam edəcəyimizi bildiririk;

Biz, həmrəylik və dəstək gözləntisi ilə bu müraciəti hökumətlərə, beynəlxalq təşkilatlara və vətəndaş cəmiyyətinə geniş şəkildə yayılmağı qərara alırıq.

Biz bu müraciəti 1 mart 2025-ci ildə Qərbi Azərbaycan İcması Qadınlar Şurası tərəfindən təşkil olunmuş “Qaçqınlıq və Qadınlar” adlı Beynəlxalq Onlayn Konfransda yekdilliklə qəbul edərək, ədalət, ləyaqət və sülh uğrunda həmrəyliyimizi ifadə edirik.

Qərbi Azərbaycan İcması Qadınlar Şurası

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 01 Mart 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see134

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri