Icma.az
close
up
RU
“Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi” adlı fənn proqramının təqdimatı keçirilib Fotolar

“Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi” adlı fənn proqramının təqdimatı keçirilib Fotolar

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 18-də Azərbaycan Dillər Universitetində “Qafqazşünaslıq və Azərbaycan tarixi” kafedrasının əməkdaşları- Xatirə Hacıyeva, Namiq Kərimov və Ramin Quliyevin hazırladıqları “Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi” (magistratura pilləsi üçün) adlı fənn proqramının təqdimatı keçirilib.

Öncə Dövlət Himni səsləndirilib.

Qərbi Azərbaycanla bağlı hazırlanan videoçarx izlənilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, təqdimatın əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Qərbi Azərbaycanla bağlı hazırlanan elmi vəsaitlər, nəşrlər və proqramlar böyük önəm kəsb edir:

“Bu gün Azərbaycan böyük tarixi missiyanı uğurla davam etdirməkdədir. Qərbi Azərbaycana qayıdış və tarixi torpaqlarımıza yenidən qovuşmaq hər birimiz üçün vacib işdir. Bu mənada hazırlanan dərs vəsaitləri, elmi nəşrlər, fənn proqramları öz aktuallığı ilə seçilir.

Bu mənada “Həqiqətin onomastikası” kitabını qeyd etmək istərdim. Gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə– tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. 

Azərbaycan Dillər Universitetində “Qafqazşünaslıq və Azərbaycan tarixi” kafedrasının hazırladığı “Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi” adlı fənn proqramı da Qərbi Azərbaycanla bağlı görülən işin növbəti bariz nümunəsidir”.

Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli tədbirin əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış bu gün Azərbaycan xalqının ümummilli məsələlərindən biridir, ata-baba torpaqlarına qayıdış soydaşlarımızın ən ümdə amalıdır:

“Qərbi Azərbaycana qayıdış hər birimiz üçün xüsusi məna kəsb edir. Xalqımız əsrlər boyu tarixi torpaqlarında yaşamaq, öz hüquqlarını qorumaq üçün böyük fədakarlıq göstərsə də, müxtəlif dövrlərdə amansız sınaqlara, yurd itkisinə məruz qalmışdır.

XX əsrin sonu – XXI əsrin əvvəllərində qonşuluğa və bəşəri normalara zidd olaraq Ermənistan düşmən qüvvələrin himayəsi altında Azərbaycan torpaqlarının 20 faizini ələ keçirmiş və 30 il işğal altında saxlamışdır”. 

Daha sonra çıxış edənlər- millət vəkili Ceyhun Məmmədov, AME A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, “Qafqazşünaslıq və Azərbaycan tarixi” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Xatirə Hacıyeva, “Qafqazşünaslıq və Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov, “Qafqazşünaslıq və Azərbaycan tarixi” kafedrasının baş müəllimi Ramin Quliyev məruzələrlə çıxış ediblər.

Tədbir gələcək elmi əməkdaşlıq və silsilə tədbirlərin keçirilməsi ətrafında müzakirələrlə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri