Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənistan Türkiyə ilə münasibətləri niyə normallaşdırmağa çalışır?

Qərbi Azərbaycan Xronikası: Ermənistan Türkiyə ilə münasibətləri niyə normallaşdırmağa çalışır?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Ermənistan Türkiyə ilə münasibətləri niyə normallaşdırmağa çalışır?" adlı süjetdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə toplantısından, Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycana qayıdışla bağlı hədəflər Xankəndidən edilib. Zirvə toplantısında Prezident İlham Əliyevin çıxışı, xüsusilə Qərbi Azərbaycanla bağlı dedikləri soydaşlarımızın öz ata-baba yurduna qayıdışının real olduğuna bir daha əminlik yaradır. Bu, həm İƏT-inüzv ölkələrinə Qərbi Azərbaycan məsələsinin təqdim edilməsi, həm də bu məsələnin beynəlxalq müstəviyə çıxarıldığı mesajının verilməsi deməkdir. İƏT-in 17-ci Zirvə toplantısının yekunlarına dair qəbul edilən Xankəndi Kommünikesində də Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.

Qeyd olunur ki, Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması və qəbul edilməsi Ermənistanda narahatlıqla izlənilir. Ermənistan mediasının "ictimai xadim" kimi təqdim etdiyi Armen Hovasapyan deyir ki, Qərbi Azərbaycan ifadəsi beynəlxalq ritorikaya tam şəkildə daxil edilib və bu reallıqlar Paşinyan hakimiyyətinin bacarıqsızlığının nəticəsidir.

Diqqətə çatdırılır ki, Ermənistanda əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizi ətrafında baş verənlərdir. "Karnegi" Fondunun yayımladığı "Ermənistan Türkiyə ilə münasibətləri niyə normallaşdırmağa çalışır?" adlı məqalədə qeyd olunur ki, Cənubi Qafqazda həll olunmamış əsas məsələ Asiyanı Avropa ilə birləşdirən nəqliyyat marşrutlarının taleyidir: "Bu marşrutların bəziləri Ermənistandan da keçə, Türkiyəni Azərbaycanla, daha sonra Ankaranın xüsusi marağı olan Mərkəzi Asiya ilə birləşdirə bilər. Ermənistan üçün bu layihədə iştirak son dərəcə vacibdir".

Azərbaycan üzrə erməni ekspert Armine Adibekyanın fikrincə, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi məsələsində razılaşacaq: "Paşinyan hakimiyyətinin icra edəcəyi tələblərdən biri də 300 min azərbaycanlının geri qayıtmasıdır. Onlar Paşinyanın yeni seçiciləri olacaqlar və daha sonra muxtariyyət məsələsi gündəmə gələcək".

Sonda vurğulanır ki, baç verən hadisələr bunu deməyə əsas verir: "Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana qayıdış yaxın gələcəkdə reallaşa bilər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: Ermənistan Türkiyə ilə münasibətləri niyə normallaşdırmağa çalışır?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyul 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri