Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Bismark əlini tribunaya vurub erməniləri Berlin konfransından qovdu Xəbər saytı Son xəbərlər və Hadisələr

Qərbi Azərbaycan Xronikası: Bismark əlini tribunaya vurub erməniləri Berlin konfransından qovdu Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Bismark əlini tribunaya vurub erməniləri Berlin konfransından qovdu" adlı veriliş efirə gedib.

BAKU.WS xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov Çar Rusiyasının Qərbi Azərbaycanda etnik təmizləmə siyasətindən söz açır.

Bildirilir ki, İrəvan quberniyasının əraziləri keçmiş İrəvan və Naxçıvan xanlıqların torpaqları idi.

O deyib ki, Rusiya iki türk imperiyası - Osmanlı və Qacarlar arasında erməni bufer zonası yaratdı: "Qərbi Azərbaycana təkcə ermənilər deyil, duxoborlar və subotniklər də köçürüldü. Rusiya imperiyası yerli etnik türklərə və onların mədəniyyətinə, toponimlərinə qarşı genosid törədib. Çar Rusiyası öz köçürdüyü erməniləri bölgənin etibarlı xalqı hesab edib, onlara tarix, ərazi yaratdı".

Onun sözlərinə görə, Ukrayna mənşəli rus sərkərdəsi İvan Paskeviç I Nikolaya "bizim apardığımız bu siyasət yerlərdə yerli əhalinin qıcığına səbəb olacaq" xəbərdarlığını edib: "Rusiyanın xarici işlər nazirinin cavabı isə belə olub ki, bizim məqsədimiz Cənubi Qafqazda ermənilərə dövlət yaratmaq deyil, türklərə qarşı sipər qurmaqdır".

Tarixçi diqqətə çatdırıb ki, alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs olan Otto fon Bismark əlini tribunaya vurub erməniləri Berlin konfransından qovub.

Z.Əmrahov sonda Rusiyanın Qərbi Azərbaycanda etnik təmizləmə siyasətindən, türk dövlətləri arasında bufer zonası yaratmaq üçün ermənilərin Qafqaza gətirilməsindən söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 27-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "Youtube" kanalında yayımlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Noyabr 2024 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri