Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Qərbi Azərbaycan Xronikası: Cənubi Qafqazın yeni Çernobılı Metsamor Xəbər saytı Son xəbərlər və Hadisələr

Qərbi Azərbaycan Xronikası: Cənubi Qafqazın yeni Çernobılı Metsamor Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Cənubi Qafqazın yeni Çernobılı: "Metsamor" adlı süjetdə rəsmi İrəvanın "Metsamor" Atom Elektrik Stansiyasının istismar müddətini 2036-cı ilə qədər uzatmaq qərarından, bu məqsədlə 2025-ci il dövlət büdcəsindən 150 milyon dolların ayrılması planından bəhs olunur.

Bildirilir ki, Ermənistanın "Metsamor"la bağlı rəsmi açıqlaması Bakıda dünyanın iqlim problemlərinin müzakirə edildiyi vaxt bütün regionumuz üçün ekoloji fəlakətin davam etdiriləcəyinin etirafı hesab oluna bilər: "COP29 qlobal iqlim fəlakətlərinin qarşısını almaq üçün çıxış yollarının tapılması platformasıdır. Bu platformaya ev sahibliyi edən Azərbaycan 30 ildən çox Ermənistanın ekoloji hücumlarına da məruz qalıb. Qarabağın işğaldan azad edilməsindən sonra 30 il ərzində Ermənistanın törətdiyi və gizlətdiyi ekosid fəlakəti əyani şəkildə ortaya çıxdı. Eyni ssenari - təbiətin məhv edilməsi, bunun şüurlu və məqsədyönlü şəkildə baş verməsi tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda - Ermənistan adlanan ölkədə davam edir".

Qeyd olunur ki, "Metsamor" AES bunun ən dəhşətli nümunələrindən biridir və bu, Cənubi Qafqazın yeni Çernobılı adlandırılır: "Çünki istismar müddətini çoxdan başa vurmuş AES-in fəaliyyəti bütün çağırışlara baxmayaraq, Ermənistan hökuməti tərəfindən dayandırılmır. Beynəlxalq ictimaiyyət "Metsamor"un bağlanması üçün Ermənistan hakimiyyətinə çağırışlar etsə də, Paşinyan hakimiyyəti sələflərindən də irəli gedərək, AES-dən 2036-cı ilə qədər istifadə edəcəyini söyləyir.

Süjetdə diqqətə çatdırılır ki, "Metsamor" AES bütün region ölkələri üçün "atom bombası" təhlükəsini yaradır: "Burada baş verə biləcək sızıntı, yaxud hansısa partlayış təkcə Ermənistanı yox, regionun bütün ölkələrini II Çernobıl təhlükəsi ilə üz-üzə qoyacaq. Azərbaycandan 120, Gürcüstandan 120, Türkiyədən 16, İrandan 60 kilometr məsafədə yerləşən "Metsamor"un hələ də fəaliyyət göstərməsi regionun ekoloji mühitini məhv edir".

Sonda vurğulanır ki, Ermənistan bütün bu beynəlxalq tələblərə məhəl qoymadan, "Metsamor"un istismar müddətini uzatmaqda israrlıdır: "Bu qərar dünya üçün "SOS" olmalıdır, çünki "Metsamor"un fəaliyyəti regionda ekosid təhlükəsini hər keçən gün artırır və bütün regionun ekologiyası üçün "atom bombası" riskini aktual olaraq saxlayır".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 14-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "YouTube" kanalında yayımlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Noyabr 2024 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri