Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir Xəbər saytı Son xəbərlər və Hadisələr

Qərbi Azərbaycan Xronikası: Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir" adlı süjetdə Bakıda keçirilən "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" II beynəlxalq konfransdan, Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə vurğuladığı məsələlərdən və erməni ekspertlərin fikirlərindən bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycan məsələsinə beynəlxalq diqqətin çəkilməsi və bu məsələnin beynəlxalq gündəmə daşınması baxımından mühüm addımlardan biri oldu. Konfransın ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin iştirakçılara müraciətində vurğuladığı mesajlar idi: "Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir".

Diqqətə çatdırılır ki, konfransda qəbul edilən yekun sənədi isə Qərbi Azərbaycanla bağlı növbəti beynəlxalq sənəd hesab etmək olar, çünki azərbaycanlıların öz yurduna qayıdış hüququnun təmin edilməsinin əks olunduğu sənədə 51 ölkənin təmsilçiləri imzalayıb.

Süjetdə qeyd olunur ki, Prezident İlham Əliyevin rəsmi İrəvana ünvanladığı son tələbi - Qərbi Azərbaycan İcması ilə danışıqların aprılması Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Erməni ekspertlər hesab edirlər ki, İrəvan hakimiyyəti gec-tez bu tələblə razılaşmalı olacaq: "Minlərlə azərbaycanlı Ermənistana qayıdacaq və Azərbaycanla Türkiyə onların hüquqlarının müdafiəsini öz üzərlərinə götürəcəklər. Geri qayıdacaq azərbaycanlıların hüquqlarını qorumaq üçün mexanizmlər yaradılacaq və tədricən Ermənistana nəzarəti ələ alacaqlar. Azərbaycan onların təhlükəsizliyini öz qüvvələri ilə təmin etmək istəyir. Bu isə Azərbaycan və Türkiyə qüvvələrinin Ermənistana daxil olması deməkdir. Beynəlxalq hüququn tələbi olan Qərbi Azərbaycana qayıdış baş tutacaq. İstisna deyil ki, bu məsələ artıq sülh sazişi layihəsində müzakirə edilir, növbəti mərhələdə söhbət prosesin praktiki müstəvidə həyata keçirilməsindən gedir. Prezident İlham Əliyev də tələb edir ki, "Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Artıq Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir. "Hraparak" Zəngəzurda yaşayan ermənilərə istinadən yazır ki, Azərbaycan radioları təkcə sərhəddə yox, bölgənin dərinliklərində də dinlənilir".

Sonda vurğulanır ki, özümüzdən öncə səsimizin Zəngəzurda eşidilməsi həm də böyük qayıdışın tezliklə baş tutacağının zəngidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Dekabr 2024 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri