Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənilər Qızıl şəfəq qəzetinin redaktorunu güllələmişdilər

Qərbi Azərbaycan Xronikası: Ermənilər Qızıl şəfəq qəzetinin redaktorunu güllələmişdilər

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Nazim Mustafa olub.

O, Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il 22 iyul tarixində ilk nömrəsi işıq üzü görən, Azərbaycan Milli Mətbuatının əsasını qoyan "Əkinçi" qəzetinin fəaliyyətindən bəhs edib. Bildirib ki, görkəmli maarifpərvər ziyalıların cəmləşdiyi "Əkinçi" qəzetinin nəşri 150 il bundan öncə bütün Qafqazda geniş əks-səda doğurub. Onun sözlərinə görə, həm "Əkinçi" ilə, həm də ondan sonra işıq üzü görən "Molla Nəsrəddin" satirik jurnalı, "Kaspi" qəzeti və digər mətbu orqanlarla tarixi Azərbaycan ərazisinin hər bir yerindən ziyalılar əməkdaşlıq ediblər. Bu mənada İrəvanda yaşayıb-yaradan qələm sahibləri də müxtəlif imzalarla bu mətbu orqanlarda məqalələr dərc etdiriblər. Həmin yazılarda Qərbi Azərbaycan ərazisində baş verən hadisələr, o cümlədən ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələr, insanların qarşılaşdığı problemlər öz əksini tapıb. Xüsusən "Molla Nəsrəddin" jurnalının İrəvandakı ədəbi mühitə böyük təsiri olub. Bu satirik jurnal Qərbi Azərbaycanda da mollanəsrəddinçilər nəslinin yetişməsinə təsir göstərib. Lakin ötən əsrin əvvəlində ermənilərin törətdiyi qırğınlar Qərbi Azərbaycanda ziyalı təbəqəsinə böyük zərbə vurub.

Tarixçi-alim N.Mustafa vurğulayıb ki, Qərbi Azərbaycanda nəşr olunan ilk mətbu orqan "Lək-lək" jurnalıdır. 1914-cü ildə İrəvanda Cabbar Əsgərzadənin redaktorluğu ilə işıq üzü görən bu satirik jurnal fəaliyyət göstərdiyi beş ay ərzində cəmi 12 nömrə ilə oxucuların görüşünə gəlib. Qərbi Azərbaycanda nəşr olunan ikinci mətbu orqan isə "Bürhani-həqiqət" jurnalı olub. 1917-ci ildə Əli Məhzunun redaktorluğu ilə İrəvanda işıq üzü görən bu jurnal isə cəmi 9 nömrə ilə oxucuları sevindirə bilib. Sonradan 1917-ci ildə "Cavanlar şurası", bolşeviklərin təsisçiliyi ilə 1918-ci ildə "Kommunist" qəzetləri qısa müddətdə çap olunub. O dövrdə belə mətbu orqanların nəşrində Sovet Ermənistanının ilk ədliyyə naziri, türk zabiti Süleyman Nurinin də özünəməxsus rolu olub. Bunun ardınca müxtəlif illərdə "Rəncbər", "Zəngi", "Qızıl şəfəq", "Sovet Ermənistanı" və sair qəzetlər işıq üzü görüb.

N.Mustafa qeyd edib ki, Fatma Əfəndiyeva Qərbi Azərbaycanda nəşr olunan "Zəngi" qəzetinin ilk qadın müxbiri olub. Onun sözlərinə görə, azərbaycanlı jurnalistlər Sovet Ermənistanında müxtəlif təzyiqlərlə üzləşiblər. Hətta ermənilər "Qızıl şəfəq" qəzetinin redaktorunu güllələyiblər. Bütün bu çətinliklərə baxmayaraq, Qərbi Azərbaycandakı yazarlar mövhumat və cəhalətə qarşı ciddi mübarizə aparıblar. Paralel olaraq maarifçiliyin təbliği onlar qarşısında duran əsas vəzifə olub. Tarixçi-alim deyib ki, azərbaycanlıların mədəniyyət mərkəzinə çevrilən "Sovet Ermənistanı" qəzetində tarixi torpaqlarımızda cərəyan edən ictimai-siyasi proseslər geniş əksini tapıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Ermənilər "Qızıl şəfəq" qəzetinin redaktorunu güllələmişdilər"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 İyul 2025 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri