Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları VİDEO

Qərbi Azərbaycan Xronikası: İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları VİDEO

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan xanlığının bayrağı və onun tarixi” adlı veriliş efirə gedib.
Bizim.Media xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov İrəvan xanlığının tarixindən və bayrağından söz açır.
Onun sözlərinə görə, İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları yer alıb:
“Səfəvi və Qacar türk sülalələrinin rəmzinin İrəvan xanlığının bayrağında olması müttəfiqliyi göstərir. İrəvan xanlıqlar içərisində ən güclü ordusu olan xanlıq olub. Müasir İrəvanın gerbi xanlığın bayrağından oğurluqdur. Aslan-günəş simvolu türk dünyasında hökmranlılığı bildirirdi. Aslan-günəş ilk dəfə Qızıl Orda bayrağında təsvir edilib. İrəvanı, onun tarixini zəbt edən ermənilər simvolikasına da əl qoydular.
Erməni əsilli şair və tərcüməçi Samvel Qriqoryan özü etiraf edir ki, gerbdə olan şir Zəngəzurdakı abidədən götürülüb və ermənilərə aid deyil. Aslan-günəş rəmzi erməni heraldika tarixinə ziddir. Nişapura gələn Qızıl Orda səfirinin əlində aslan-günəş bayrağı olub”.
Tarixçi deyib ki, tanınmış rus şərqşünası, türkoloq akademik Bartold İrəvanı 16-cı əsrdə salınmış türk şəhəri adlandırıb:
“O zaman erməni katolikosu İrəvan xanının razılığı ilə seçilirdi. Bütün mənbələr İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə türklərdən ibarət olmasını təsdiq edir. Rus mənbələri göstərir ki, İrəvan qalasının hökmdarları, əhalisi farslar deyil, azərbaycanlılar olub”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş noyabrın 13-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "Youtube" kanalında yayımlanıb.







Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Noyabr 2024 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see301

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see196

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see124

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see123

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri