Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Qıpçaqvəng kompleksində abidələri dağıdıb, erməni kilsəsinə çeviriblər Xəbər saytı Son xəbərlər və Hadisələr

Qərbi Azərbaycan Xronikası: Qıpçaqvəng kompleksində abidələri dağıdıb, erməni kilsəsinə çeviriblər Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Qıpçaqavəngdə olan kitablar qıpçaq dilində, erməni əlifbası ilə yazılıb" adlı veriliş efirə gedib.

BAKU.WS xəbər verir ki, verilişdə Şörəyel mahalının Ərtik bölgəsindəki Qıpçaq kəndindəki vəngin, arman-türk xristian məbədinin saxtalaşdırılan tarixindən, Çar Rusiyasının əli ilə ermənilərin qıpçaq tarixinə sahib çıxmasından, erməni tarixçi və araşdırmaçıların bununla bağlı etiraflarından bəhs olunur.

Bildirilir ki, XIX əsrdə erməni vilayətinin yaradılması ilə Çar Rusiyası Mxitaristlərə erməni tarixini yazmağı tapşırıb. Türklər tenqriçi məbədlərini kilsələrə çevirib, duaları türk dilində ediblər. Erməni katolikosu etiraf edib ki, xristianlığı albanlardan 270 il sonra qəbul ediblər. XIX əsrdən başlayaraq ermənilər qıpçaq və alban kilsələrini dağıdaraq, saxtalaşdırıb erməni abidəsi ediblər. "Qıpçağavəng" məbədlər kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər.

Qeyd olunur ki, 1850-ci ildə ermənilər vandallıq edərək Qıpçaq məbədi ənənəsini dağıdıb, Hariçvank, yəni qədim türk ritualları icra olunan yerdə xristian məbədi tikiblər. Erməni tarixçiləri etiraf edirlər ki, "Qıpçaq ermənisi" anlayışı uydurmadır, gerçəyi əks etdirmir. Yalandan "Erməni-qıpçaq" dedikləri xristianlığı qəbul edən qıpçaqlardır.

Diqqətə çatdırılır ki, "Qıpçağavəng" monastrında olan kitablar qıpçaq dilində erməni əlifbası ilə yazılıb. Dünyada ilk "Qıpçaq kitabı" 1618-ci ildə qıpçaq dilində erməni hərfləri ilə çap olunub. Ermənilər gürcü çarı Tamaranın adından istifadə edib qıpçaq tarixini saxtalaşdırıblar.

Erməni araşdırmaçıların sözlərinə görə, Qıpçaq kəndində yaşayan ermənilər özlərini qazaxların törəməsi hesab edirlər. Ermənilər bu kəndə 200 il qabaq gəlib və vəngi qıpçaqlar tikiblər.

Xristian qıpçaqlarına haylar "dönmə" deməklə dəqiq sərhədləri müəyyən ediblər. Ermənilərə qarışan xristian qıpçaqlar türk adətləri ilə yaşayırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Dekabr 2024 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri