Icma.az
close
up
RU
Xronika: Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər

Xronika: Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Qıpçaqavəngdə olan kitablar Qıpçaq dilində, erməni əlifbası ilə yazılıb" adlı veriliş efirə gedib.

Verilişdə Şörəyel mahalının Ərtik bölgəsindəki Qıpçaq kəndindəki vəngin, arman-türk xristian məbədinin saxtalaşdırılan tarixindən, Çar Rusiyasının əli ilə ermənilərin qıpçaq tarixinə sahib çıxmasından, erməni tarixçi və araşdırmaçıların bununla bağlı etiraflarından bəhs olunub.

Bildirilib ki, XIX əsrdə erməni vilayətinin yaradılması ilə Çar Rusiyası Mxitaristlərə erməni tarixini yazmağı tapşırıb. Türklər tenqriçi məbədlərini kilsələrə çevirib, duaları türk dilində ediblər. Erməni katolikosu etiraf edib ki, biz xristianlığı albanlardan 270 il sonra qəbul etmişik. XIX əsrdən başlayaraq ermənilər Qıpçaq və Alban kilsələrini dağıdıb, saxtalaşdırıb erməni abidəsi ediblər. "Qıpçağavəng" məbədlər kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər.

Qeyd olunub ki, 1850-ci ildə ermənilər vandallıq edərək Qıpçaq məbədi ənənəsini dağıdıb, Hariçvank, yəni qədim türk ritualları icra olunan yerdə xristian məbədi tikiblər. Erməni tarixçiləri etiraf edirlər ki, "Qıpçaq ermənisi" anlayışı uydurmadır, gerçəyi əks etdirmir. Yalandan "Erməni-qıpçaq" dedikləri xristianlığı qəbul edən qıpçaqlardır.

Diqqətə çatdırılıb ki, "Qıpçağavəng" monastrında olan kitablar qıpçaq dilində erməni əlifbası ilə yazılıb. Dünyada ilk "Qıpçaq kitabı" 1618-ci ildə qıpçaq dilində erməni hərfləri ilə çap olunub. Ermənilər gürcü çarı Tamaranın adından istifadə edib qıpçaq tarixini saxtalaşdırıblar.

Erməni araşdırmaçıların sözlərinə görə, Qıpçaq kəndində yaşayan ermənilər özlərini qazaxların törəməsi hesab edirlər. Ermənilər bu kəndə 200 il qabaq gəlib və vəngi qıpçaqlar tikiblər.

Xristian qıpçaqlarına haylar "dönmə" deməklə dəqiq sərhədləri müəyyən ediblər. Ermənilərə qarışan xristian qıpçaqlar türk adətləri ilə yaşayırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Dekabr 2024 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri