Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Sayat Novanın erməni aşığı olduğunu təsdiq edən fakt yoxdur

Qərbi Azərbaycan Xronikası: Sayat Novanın erməni aşığı olduğunu təsdiq edən fakt yoxdur

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi filologiya elmləri doktoru, professor Salidə Şərifova olub.

O, ermənilərin mənimsəməyə çalışdığı türk aşığı Sayat Novanın həyat və yaradıcılığından söhbət açıb. Qeyd edib ki, Sayat Novanın milli mənsubiyyəti haqqında müxtəlif fikirlər mövcuddur. Onun azərbaycanlı, erməni, gürcü və s. millətlərə mənsub olması haqqında müxtəlif iddialar səsləndirilir. Lakin ədibin qələmə aldığı poetik nümunələrdə şairin özünü türk kimi təqdim etməsi diqqətdən yayınmır.

Professorun sözlərinə görə, Sayat Novanın türk olması amili bir çox tədqiqatçılarımız tərəfindən vurğulanıb. Professor Məhərrəm Qasımlı, həmçinin tədqiqatçılardan Lalə Cəmilli, Teymur Əhmədov, Əli Şamilov və başqaları öz əsərlərində konkret faktlara müraciət etməklə Sayat Novanın əsl türk aşığı, şairi olduğunu önə çəkiblər.

Alim S.Şərifova deyib ki, Sayat Novanın erməni aşığı olmasını təsdiq edən hər hansı tutarlı fakt, sübut yoxdur: "Ədibin yaradıcılığı ilə tanışlıq onu deməyə əsas verir ki, Sayat Nova Azərbaycan dilinin incəliklərinə dərindən bələd olub, öz ana dilində müxtəlif şeirlər qələmə alıb. Bütün bunlara baxmayaraq, təəssüf ki, Sayat Novanın erməniləşdirilməsinə cəhdlər onun qələmə aldığı poetik nümunələrdəki sözlərin erməniləşdirilməsində də açıq-aydın özünü göstərir. Məsələn, şairin erməni dilindən tərcümə edilmiş "Bayatı" poetik nümunəsində sözlərin erməniləşdirlməsi özünü əks etdirir. Poetik nümunədə istifadə edilən "hazara" sözünün işlənməsinə diqqət yetirək.

Sayat Nova yazır ki, "Hazara hazar gərək, Yanan qəlbə qar gərək. Eşq əlindən məcnunam, Mənə doğru yar gərək". "Hazar ermənicə min - miqdar deməkdir", - kimi "hazar" sözünün izahı verilir. Bənddə istifadə edilən "hazara hazar gərək" sətrini erməni dilində olan sözlərin mənası ilə təqdim etdikdə, bu sətrin şeirin o biri sətirləri ilə əlaqələnməsi özünü göstərmir. Hərfi tərcümə etsək "minə min gərəkdir", - kimi mənasını verir. Lakin Azərbaycan dilində "həzər" sözü işlənilib ki, mənası da saqınma, uzaq olma, ehtiyat etmə, qorunma, çəkinmə, özünü gözləmə və s. mənalarındadır. Sətirdə "qorumağa qorumaq gərək", - kimi fikir ifadə etməsi özünü göstərir".

Professor S.Şərifova aşıq Sayat Novanın yaradıcılığında üstünlük təşkil edən mövzulara da diqqət çəkib. Bildirib ki, ədibin ələviliyi təbliğ edən şeirləri daha çoxdur. Alim sonda vurğulayıb ki, türk aşığı Sayat Novanın unudulmaması, ermənilər tərəfindən mənimsənilməsinin qarşısının alınması üçün onun əsərləri Azərbaycanda yenidən nəşr olunmalı, orta və ali təhsil müəssisələrinin tədris proqramına salınmalıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Sayat Novanın erməni aşığı olduğunu təsdiq edən fakt yoxdur"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyun 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri