Qərbi Azərbaycan Xronikası: Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
jurnalist Rufik İsmayılovun budəfəki müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) şöbə müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov olub.
O, Qərbi Azərbaycanın yetişdirdiyi şəxsiyyətlərdən biri - filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən Mirzəyevin həyat və fəaliyyətindən söhbət açıb.
İ.Bayramov vurğulayıb ki, professor H.Mirzəyevin geniş elmi fəaliyyəti filologiyanın bütün sahələrini əhatə edib. Xüsusən dilçiliyimizdə feil bəhsini H.Mirzəyev qədər dərindən araşdıran ikinci alim olmayıb.
Müsahib professor H.Mirzəyevin doğulub boya-başa çatdığı Dərələyəz mahalından, Qovuşuq kəndindən, bu yaşayış məntəqəsinin tarixindən də danışıb. Bildirib ki, buradakı tarixi abidələr Dərələyəzin köklü sakinlərinin azərbaycanlılar olduğunu sübut edir. O, ermənilərin Qərbi Azərbaycanda, o cümlədə Dərələyəzdə vandalizm aktları törətdiyini dilə gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 04 Noyabr 2025 07:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















