Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib

Qərbi Azərbaycan Xronikası: Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Azərbaycan Göyçə gölünün suyundan istifadə edəcək" adlı süjetdə baş nazir Nikol Paşinyanın Ermənistan Konstitusiyasında Azərbaycana qarşı əks olunan ərazi iddialarından imtina edəcəklərini rəsmən açıqlamasından bəhs olunub.

Bildirilib ki, erməni baş nazir parlamentdə keçirdiyi mətbuat konfransında nəhayət, "Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir" deməsi rəsmi Bakının tələbində israrlı olduğundan və rəsmi İrəvanın manevr imkanlarının tükəndiyindən xəbər verir.

Deputatlar Anna Qriqoryan, Qeqam Manukyan, keçmiş səfir Edqar Qazaryan, Ermənistan Hərbi Sənaye Komitəsinin keçmiş sədri Avetik Kerobyan, şərhçilər Arman Abovyan, Vahram Atanesyan iddia edirlər ki, Müstəqillik Bəyannaməsinin Konstitusiyadan çıxarılması hazırkı Ermənistan dövlətinin ləğv edilməsi, bu ərazidə yeni dövlətin formalaşması deməkdir: "Azərbaycanın tələbləri bitməyib. Bunlardan biri sülh sazişi mətnindən kənarda müzakirə edilən Zəngəzur dəhlizi layihəsidir, digəri azərbaycanlıların Ermənistana (Qərbi Azərbaycana) qayıdışının təmin olunmasıdır. Ermənistan hakimiyyəti bu addımları ilə Azərbaycanın Sünikə (Zəngəzur), Vayots Dzora (Dərələyəz), Ararata (Vedi) və Qərbi Azərbaycan adlandırdıqları ərazilərə girişinə hüquqi zəmin hazırlayır. Paşinyan hakimiyyəti Bakının bütün tələblərini bundan sonra da icra edəcək. Hazırda Geqarkunikdə (Göyçə mahalı) yeni ərazilərin Azərbaycana qaytarılmasına hazırlıq gedir. Ermənistan ordusuna tapşırıq verilib ki, ərazilər Azərbaycana təhvil verilməsi üçün minalardan təmizlənməlidir. Tavuşda da əsgərlərə mövqelərini tərk etmək əmri verilib".

Sonda vurğulanıb ki, ermənilərin bu cür açıqlamaları qorxudan qaynaqlanır: "Onlar anlayırlar ki, üzərində yaşadıqları torpaqlar heç vaxt onlara məxsus olmayıb və cəmi 100 il öncə bu əraziləri zəbt etməyə başlayıblar, 37 il öncə isə azərbaycanlıları öz evlərindən deportasiya ediblər. Azərbaycan öz tarixi torpaqlarına qayıdışı təmin etmək istəyir və bu, beynəlxalq hüququn bütün normalarına uyğundur".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Aprel 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri