Icma.az
close
up
RU
Qərbi Azərbaycana dair arxiv sənədləri tədqiq edilir

Qərbi Azərbaycana dair arxiv sənədləri tədqiq edilir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərbi Azərbaycanla bağlı tarixi, etnoqrafik və demoqrafik reallıqların elmi əsaslarla araşdırılması istiqamətində aparılan tədqiqatlar son dövrdə yeni mərhələyə qədəm qoyub. Bu tədqiqatlar deportasiya siyasətinin nəticələrinin sənədləşdirilməsi, tarixi yaddaşın bərpası və faktların sistemli şəkildə elmi dövriyyəyə daxil edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AMEA-nın İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrinin Qərbi Azərbaycan mövzusu üzrə işlər “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Eyni zamanda, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşündə verilən tapşırıq və tövsiyələr əsasında bu istiqamətdə görülən işlər barədə əhatəli hesabat hazırlanaraq müvafiq qurumlara təqdim edilib.

AMEA-dan verilən məlumata görə, tədqiqatlar çərçivəsində Qərbi Azərbaycan tarixinin müxtəlif mərhələlərini əhatə edən elmi nəşrlər hazırlanıb, tarixi faktlar və arxiv materialları sistemləşdirilib. Xüsusilə deportasiya prosesləri, toponimlərin dəyişdirilməsi və mədəni irsin məhv edilməsi ilə bağlı faktlar elmi sənədlər əsasında araşdırılıb və nəşrlərdə əksini tapıb.

Bu istiqamətdə aparılan işlərin mühüm hissəsini arxiv araşdırmaları təşkil edir. 1948–1953 və 1988–1991-ci illərdə Qərbi Azərbaycan ərazisindən azərbaycanlı əhalinin deportasiyası ilə bağlı ölkə arxivlərindən 800-dən artıq sənəd toplanılaraq elektron məlumat bazasına daxil edilib. Bu materiallar deportasiya siyasətinin miqyasının və sistemli xarakterinin elmi şəkildə sübut edilməsinə imkan yaradır.

Eyni zamanda, Qərbi Azərbaycan mövzusu üzrə onlarla elmi məqalə dərc olunub, beynəlxalq və respublika səviyyəli konfranslarda məruzələr təqdim edilib, elmi-tədqiqat işləri aparılıb. Aparılan araşdırmalar kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırılıb, televiziya proqramlarında analitik müzakirələr təşkil olunub.

Qeyd edək ki, Qərbi Azərbaycanla bağlı aparılan bu tədqiqatlar tarixi ədalətin bərpası, milli yaddaşın qorunması və gələcək nəsillərə faktlara əsaslanan tarixin təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Mart 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri