Icma.az
close
up
RU
“Qərbi Azərbaycana aparan yollar”

“Qərbi Azərbaycana aparan yollar”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

3 oktyabr 2025-ci il tarixində saat 11:00-da Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatında “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin” maliyyə dəstəyi ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilir.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra layihənin rəhbəri Mehdi Mehdiyev çıxış etdi. O, öz çıxışında tədbirə gəlmiş qonaqları və tədbir iştirakçılarını salamladı və iştirak üçün öz minnətdarlığını bildirdi. Sonra o, Qərbi Azərbaycandan məcburi deportasiyaya məruz qalmış soydaşlarımızın öz doğma ata yurdlarına qayıtmalarının vacibliyindən danışdı və bu məsələni beynəlxalq aləmdə hüquqi prizmalara arxalanaraq həyata keçirməyin vacibliyini bildirdi. YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyevə söz verildi. Çıxışında o, Azərbaycanın müstəqilliyinin təhlükə altında olması zamanı xalqın təkidi ilə Ulu Öndərimiz ikinci dəfə hakimiyyətə gətirildi. Hakimiyyət gəldikdən sonra ordu quruculuğuna, ölkəmizin mövcudluğuna görə iqtisadiyyatımızın inkişafına görə addım atmağa başladı. Belə ki, “Əsrin mqaviləsi” bağlandı. Azərbaycanın iqtisadiyyatı inkişaf etməklə yanaşı ordu quruculuğuna böyük rol verildi. 2003-cü ildə Ulu Öndərimizin səhhəti ilə bağlı prezident seçkilərində namizədliyini geri götürərək YAP tərəfindən İlham Əliyevin namizədliyi irəli sürüldü və həmin seçkilərdə 77,7% ilə prezident seçildi. Ulu Öndərimizin davamçısı İlham Əliyev ordu quruculuğuna önəm verərək Qafqazda ən güclü ordu yaratdı.

Bunun nəticəsi olaraq işğal altında olan 20% torpaqlarımız işğaldan azad edildi və bu gün Azərbaycan Zəngəzur dəhlizinin azad olunması uğrunda hüquqi müstəvidə mübarizə aparır. Daha sonra “Qərbi Azərbaycana aparana yollar” adlı kitabı təqdim etmək üçün müəllif, professor, t.ü.e.d. Şikar Qasımova söz verildi. O çıxışında mövzunun aktuallığından o cümlədən türkdilli dövlətlər arasında bu məsələni təbliğ edilməsinin vacibliyindən danışdı. Kitabın gələcəkdə nəşrinin çoxaldılmasına ehtiyac olduğunu vurğuladı. Sonradan mövzu üzrə müzakirələr başladı. Çıxış edənlər bu mövzunun işıqlandırılmasında əməyi olan hər bir kəsə öz minnətdarlıqlarını bildirdilər. Layihə üzrə tərəfdaş Türkiyə-Azərbaycan Dosluq İşbirliyi Vəqfinin (TADİF) icraçı direktoru Əvəz Səfərov öz çıxışında hər iki təşkilat arasında dostluq, tərəfdaşlıq olmasından, bundan sonra da bu istiqamətdə birgə layihələr həyata keçirəcəklərindən danışdı. O cümlədən, TADİV-in başkanı Aygün xanımın salamlarını çatdırdı və bu günkü tədbirə üzrlü səbəbdən gələ bilməməsini vurğuladı. Tədbirin əsas məqsədi Qərbi azərbaycanlıların tarixi taleyi, deportasiya proseslərinin ictimai-siyasi nəticələri və onların doğma yurdlarına qayıdış hüququnun beynəlxalq-hüquqi aspektlərinin müzakirə edilməsidir. Bu müzakirələr, Qərbi Azərbaycan mövzusunda ictimai şüurun artırılması və milli yaddaşın qorunmasına xidmət edəcək.

Görüş çərçivəsində həmçinin “Qərbi azərbaycanlıların deportasiyası və onların qayıdış haqqı” adlı yeni kitabın təqdimatı keçiriləcək. Kitabda Qərbi azərbaycanlıların məcburi köçürülməsi, deportasiya proseslərinin tarixi-siyasi kökləri və bu məsələnin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi ətraflı şəkildə əks olunub.

Təşkilatçılar bildirirlər ki, tədbirin iştirakçıları arasında ictimai-siyasi xadimlər, elm adamları, QHT nümayəndələri, media təmsilçiləri və vətəndaş cəmiyyəti fəalları yer alacaq. Onların iştirakı, mövzunun daha geniş işıqlandırılmasına və müzakirələrin səmərəli aparılmasına şərait yaradacaq.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi bütün maraqlı tərəfləri bu əlamətdar tədbirdə fəal iştirak etməyə dəvət edir. Tədbir Qərbi Azərbaycan mövzusunda ictimai diqqəti cəlb etməklə yanaşı, tarixi ədalətin və beynəlxalq hüquqi prinsiplərin müdafiəsinə töhfə verməyi hədəfləyir.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Oktyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see446

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see226

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see201

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see187

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see186

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see185

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see182

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see181

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see180

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see180

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see179

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see177

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see172

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see171

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see171

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see171

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see166

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see165

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see165

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri