Suriyanın yeni lideri Bəşər Əsədin təhvil verilməsini Putindən TƏLƏB EDƏCƏK? FOTO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyanın yeni lideri Əhməd əş-Şəraa Rusiyaya səfər edib və orada görüşlər zamanı keçmiş prezident Bəşər Əsədi Suriya hakimiyyətinə təhvil vermək tələbini irəli sürəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters yazıb.
Mənbə qeyd edir ki, Moskvada keçiriləcək görüşlərdə həmçinin Rusiyanın Suriyadakı hərbi bazalarının taleyi də müzakirəyə çıxarılacaq.
Bu məqamlar (Tartus dəniz bazası, Hmeymim hava bazası və Əsədin təhvil alınması) görüşün diqqət mərkəzində olacaq.
Amma ehtimal azdır ki, Rusiya Əsədi həqiqətən Suriya hakimiyyətinə verəcək, çünki hazırda Əsəd Rusiya tərəfindən sığınacaq alıb və Kremlin mövqeyi bu məsələdə sabit deyil.
Reuters bildirir ki, bu səfər Suriya-Rusiya münasibətlərində yeni dövrün başlanğıcı ola bilər, çünki strateji razılaşmalar və siyasi hədəflər yenidən tənzimlənməlidir.
Bizim.Media


