Icma.az
close
up
RU
Azərbaycan yeni rolda: Münaqişə dövlətindən sülh yaradan ölkəyə doğru Şərh

Azərbaycan yeni rolda: Münaqişə dövlətindən sülh yaradan ölkəyə doğru Şərh

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son vaxtlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeni rolda iştirakını müşahidə etməkdəyik.
İkinci Qarabağ savaşından sonra öz ərazi bütövlüyünü, suverenliyini bərpa edən Azərbaycan müharibədə olduğu kimi, sülh prosesinin də qalibi oldu. 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmasından sonra Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısı rolunda çıxış etməklə qlobal və regional miqyasda yeni reallıq yaradıb. Azərbaycan yaratdığı bu yeni reallıqdan irəli gələn çağırışlara uyğun olaraq qlobal və regional müstəvidə sülhə, təhlükəsizliyə və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığa öz töhfəsini vermək məqsədilə qlobal proseslərin fəal oyunçusuna çevrilib. Dünyanın aparıcı gücləri və dövlətləri də Azərbaycanın yeni nizamın formalaşmasında, qlobal sülhün və təhlükəsizliyin əldə olunmasında iştirakında maraqlıdır. Çünki beynəlxalq miqyasda Azərbaycan təcrübəsinə ehtiyac var”.

Bunu “Ölkə.az”a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanın qlobal fəal oyunçuya çevrilməsinin və dünya birliyi tərəfindən təqdir olunmasının digər mühüm cəhəti isə yürüdülən çoxvektorlu xarici diplomatiyadır. “Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşən Azərbaycan yürütdüyü çoxvektorlu diplomatiya nəticəsində bir-birinə rəqib olan güclər arasında uğurlu əməkdaşlıq körpüsü yarada bilib ki, bu da bütün tərəfləri qane edir. Yaradılan bu uğurlu əməkdaşlıq körpüsü isə öz növbəsində həmin güclər və ölkələr arasında dialoqlar yaratmağa imkan verir.

Bu səbəbdən də Bakı beynəlxalq miqyasda qlobal və humanitar problemlərin həllində dialoq mərkəzi kimi qəbul edilir. Dialoq mərkəzi kimi tanınan Bakı uğurlu dialoq məkanı kimi indiyədək bir-biri ilə qarşıdurma və böhran vəziyyətində olan ölkələr, təşkilatlar arasında vasitəçi rolunda çıxış edib. Məsələn, İsrail–Türkiyə, İsrail–Suriya, daha əvvəllər Rusiya və ABŞ arasında raketəleyhinə müdafiə sistemləri ilə bağlı strateji danışıqlar, həmçinin Rusiya–NATO danışıqları keçirilib.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, beynəlxalq aləmdə qlobal miqyasda sülh yaratma prosesində, qarşıdurma və münaqişə vəziyyətində olan ölkələr arasında etimad mühitinin yaranmasında Azərbaycanın böyük təcrübəsi var və beynəlxalq birlik bundan da faydalanmaq istəyir”, – o vurğulayıb.

Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı və orada ona göstərilən böyük etimad dediklərimizin göstəricisidir: “Sammitdə iştirak edən ölkə liderlərinin Azərbaycan liderinə çox yüksək səviyyədə səmimi münasibət göstərməsi və qarşılaması onu sübut edir ki, beynəlxalq birlik Bakının qlobal sülh və təhlükəsizliyə real töhfə verə biləcəyi inamdan irəli gəlir.

Digər tərəfdən, Azərbaycan artıq bir müddətdir ki, Yaxın Şərqdə sabitliyin yaranaraq inkişaf mərhələsinə qədəm qoyması istiqamətində region ölkələri ilə bir çox layihələr həyata keçirməkdədir. Konkret olaraq, Azərbaycan bu gün Suriyada sabitliyin yaranıb inkişaf mərhələsinə qədəm qoymasında yaxından iştirak edir. Azərbaycanın digər Yaxın Şərq ölkələri ilə də çox sıx əlaqələri mövcuddur. Bu da Azərbaycana Yaxın Şərqdə uzunmüddətli sülhün əldə olunması istiqamətində bölgə ölkələri arasında etimad mühitinin yaranması prosesində iştirakına böyük imkanlar yaradır.

Əminəm ki, Azərbaycan bu missiyanın öhdəsindən layiqincə gələ biləcək. Bu da cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın “orta güc” kimi dünyada daha fəal oyunçu qismində iştirakına gətirib çıxaracaq”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri