Icma.az
close
up
RU
“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları”

“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları”

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şamaxıda elmi-praktik konfrans keçirilib

Konfrans çərçivəsində “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının III cildinin təqdimatı olub

Şamaxı Rayon İcra Hakimiyyətinin, Sosial Tədqiqatlar Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” elmi-praktik konfrans və “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının III cildinin təqdimatı keçirilib.

Tədbirdən öncə Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə nəşr edilmiş kitablardan ibarət sərgi ilə tanışlıq olub. Həmçinin filialın kitabxanasına Qərbi Azərbaycan tarixi və mədəni irsinə dair kitablar hədiyyə edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbiri açan filialın direktoru dosent Tünzalə Yusifova Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşündəki çıxışının, eyni zamanda, elm adamları və tədqiqat mərkəzlərinə ünvanlanmış bir tapşırıq olduğunu bildirib. Filialın direktoru qeyd edib ki, Prezidentin qarşıya qoyduğu yeni milli hədəfi həyata keçirmək istiqamətində fəaliyyətə cəmiyyətin bütün təbəqələrinin qoşulması nəticəsində Qərbi Azərbaycan məsələsinin siyasi, elmi, tarixi və strateji baxımdan tədqiq və təbliği ümummilli məsələyə çevrilib. Çıxışda xüsusi vurğulanıb ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Keşkənd icmasının sədri professor Mahirə Hüseynovanın rəhbərliyi altında Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova qeyd edib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti Azərbaycanın tarixi torpaqlarına olan bağlılığını bir daha gücləndirir. Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlər, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və tarixi haqlarını müdafiə etmək, bu prosesin hüquqi və beynəlxalq müstəvidə dəstəklənməsi çox önəmlidir. Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə bir sıra təşəbbüslər həyata keçirilir, bu da xalqın kimliyini və tarixini yaşatma baxımından müsbət addımdır. Bugünkü tədbir isə əzəli torpaqlarımızın tarixi və mədəni irsini bərpa etmək məsələlərinə bir daha elmi baxış sərgilədi.

Sonra çıxış edən Sosioloji elmlər doktoru Əfqan Vəliyev bildirib ki, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı elmi-tədqiqat əsərində İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş, hazırda Azərbaycanın indiki ərazisində yaşayan azərbaycanlıların tarixi və maddi-mədəni irsi araşdırılıb. Digər iki cilddə olduğu kimi, Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanan bu əsər təkcə indiki Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsinin miqyasını, statistikasını göstərməyə hesablanmayıb, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri, onların pasportunu ortaya çıxarmağa, milli tariximizin yaddaşını yenidən bərpa etməyə cəhd olunub. III cilddə ilk dəfə 20 kateqoriya üzrə Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olan 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 12 qəbirüstü abidə, 7 qəbirüstü sənduqə abidə, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, 2 sərdabə, 3 etnoqrafik-arxeoloji abidə, 10 qəbirüstü heykəl, 4 arxeoloji abidə, 2 körpü, 5 daşüstü kitabə, 2 mədrəsə, 2 dini məktəb, 2 məhəllə, 14 qayaüstü təsvir və qədim yaşayış məskənləri və 4 bazilikanı əhatə edən 144 dəyərli və mühüm abidə haqqında dolğun və ətraflı məlumat verilib. Bunlardan 32 abidə dağıdılıb, 42 abidə xaraba qalıb, 70 abidə isə mənimsənilib.

Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov çıxışında Qərbi Azərbaycan torpaqlarına qayıdışın tarixi köklərinə nəzər salıb. Qeyd edib ki, Türkmənçay sülh müqaviləsindən sonra erməni əhalisinin Qərbi Azərbaycanda yerləşdirilməsi əslində ərazinin Azərbaycandan kənarlaşdırılması məqsədini güdürdü. Həmçinin qədim toponimlərimizin tarixdən silinməsi məsələsi digər mühüm faktlardan biridir.

Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı bildirib ki, Qərbi Azərbaycanın maddi-mədəni irsinin elmi və tarixi baxımdan tədqiq olunması və təbliğ edilməsi tarixşünaslığımızda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmağa, milli yaddaşımızın bütövləşməsinə imkan yaradacaq, Vətən müharibəsindəki tarixi Qələbə ilə ruhu oyanmış bugünkü və gələcək nəsillərin yaddaş bütövlüyü Qərbi Azərbaycana qayıdış yolunda maneələri aradan qaldıracaq.

Sonda Qərbi azərbaycanlı olan və Şamaxıda məskunlaşan İsmət Yusubov və Rahib Qasımov çıxış edərək Qərbi Azərbaycana qayıdış istiqamətində ölkədə aparılan işlər, gənclərin maarifləndirilməsini yüksək qiymətləndiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Aprel 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri