Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub

Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun reallaşdırdığı “Qərbi Azərbaycana qayıdış haqqı” layihəsi çərçivəsində “Qərbi Azərbaycan əhalisinin doğma torpaqlarına qayıtmasının hüquqi əsasları” mövzusunda seminar keçirilib.
Reyting.az
xəbər verir ki, seminar 04 iyul 2025-ci ildə AMEA-nın A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda reallaşıb.
Tarix və Etnologiya İnstitutunun direktor müavini professor İlqar Niftəliyev seminarın günümüzün aktual bir probleminə həsr edildiyini deyib.

Direktor müavini Azərbaycanın öz ərazisində dövlət suverenliyini tam bərpa etməsi ilə böyük regional və ümumdünya miqyaslı problemlərin həllində ölkəmizin qlobal uğurlarından da söz açıb.
Layihənin rəhbəri İbrahim Əliyev məruzəsində Cənubi Qafqazda Rusiya imperiyasının yeritdiyi siyasətin mahiyyətinə və nəticələrinə diqqət yönəldib, bu siyasətdə erməni amilinin oynadığı rolu bur daha əyani şəkildə, konkret faktlarla sadalayıb.
Xüsusi qeyd edilib ki, ermənilərin regiona məqsədyönlü şəkildə köçürülməsi vaxtından və dövlət quruluşundan asılı olmayaraq dönmədən aparılıb, Rusiya imperiyası, Sovet dövləti və hazırkı Rusiya Federasiyasının siyasətində elə bir ciddi fərq olmayıb.
Cənubi Qafqazın erməniləşdirilməsi, azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması tariximizin son 200 ilinin ən ağrılı məsələlərindən biridir. Ərazilərimizin işğalı və onun iki imperiya arasında bölüşdürülməsindən sonra işğalçıların Azərbaycanın dövlətçiliyinin məhv edilməsinə, onun azadlıq ruhunun qırılması, müstəqillik iradəsinin məhvinə yönəlmiş məqsədyönlü siyasəti xalqın tarixində qara bir zolaq kimi keçir. Hər bir atılan addım, qəbul edilən qərar, həyata keçirilən məkrli siyasət həmin dövlətlərin burada ağalıqlarını əbədiləşdirmək məqsədinə xidmət edib.

Məruzəçi diqqqəti 200 illik asılılıq dövründə Azərbaycan xalqının keçmiş olduğu təkamül prosesinə yönəldib. Qeyd olunub ki, tarixə bütöv nəzər saldıqda bu xalqın düşdüyü bəladan qurtuluşu istiqamətində irəliləyişini görə bilərik. Həmin dövrün tarixini vərəqlədikcə, bir birini əvəz edən mərhələlərin, dirçəliş prosesinin boy artımını görməmək mümkün deyil. Bu təkamülün yekunu günümüzün reallığı olan Azərbaycan Respublikasının yaranması və öz haqlarını addım-addım təsdiq etməsidir. Azərbaycanın müasir dövrdə atdığı addımların, o cümlədən əhalinin vaxtilə məhrum edildiyi doğma torpaqlarına qayıdışın hüquqi əsaslarının araşdırılması diqqət mərkəzinə gətirilib.
Məruzə ətrafında müzakirələr zamanı Tarix və Etnologiya İnstitutunun professorları İlqar Niftəliyev, Qasım Hacıyev, Hacı Həsənov, Mayis Əmrahov, Ramil Ağayev, Sahibə Budaqova çıxışlarında problemin vacib məqamlarına toxunub, bu istiqamətdə aparılan işlərin vacibliyini qeyd ediblər.
Çıxışlarda yeni dünya nizamının formalaşdığı indiki məqamda Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında güclü bir xətt yeridildiyi vurğulanıb, onun uğurla nəticələnəcəyinə inam ifadə olunub.
Onu da qeyd edək ki, tədbirdə qoyulan məsələlər geniş müzakirə olunub və çıxışların KİV-də işıqlandırılması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 İyul 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri