Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış: Nə zaman və necə?

Qərbi Azərbaycana qayıdış: Nə zaman və necə?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışları, xüsusilə də Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı ilə bağlı çağırışı həm  ictimaiyyətin, həm də beynəlxalq dairələrin diqqətini bu məsələyə yönəldib. 

1918–1991-ci illər arasında üç dalğa üzrə həyata keçirilmiş etnik təmizləmə nəticəsində azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi faktı indi beynəlxalq hüququn predmetinəçevrilməkdədir.Ermənistan Baş naziri Nikol Paşinyanın “İrəvan dialoqu”nda Qərbi Azərbaycan anlayışına qarşı sərgilədiyi ziddiyyətli və qərəzli münasibəti, Ermənistanın real sülh gündəliyinə nə qədər sadiq olduğu ilə bağlı suallar doğurur. 

Millət vəkili Məlahət İbrahimqızı “Cümhuriyət”-ə müsahibəsində Qərbi Azərbaycan məsələsinin tarixi kontekstdəəhəmiyyəti, regionda sülh və sabitliyə təsiri, habelə dövlətimizin bu istiqamətdə atdığı və atacağı addımlar barədə danışıb. 

Göyçə, Zəngəzur və digər bölgələrə qayıdış daim gündəmdədir

-Məlahət xanım, Qərbi Azərbaycana Qayıdış ideyası gündəmdədir. Sizcə, bu məsələnin cəmiyyətdə daha yaxşı anlaşılması üçün nə çatışmır?

-Bəzən cəmiyyətdə elə təsəvvür yaranır ki, guya Qərbi Azərbaycana Qayıdış prosesi yalnız 2022-ci ildə icmanın inzibati binasının açılışı ilə başlayıb. Bu, tamamilə yanlışdır. Qərbi azərbaycanlıların öz doğma yurdlarına, tarixi torpaqlarına qayıdışı məsələsi ümummilli liderimiz Heydər Əliyevdən başlayaraq həm onun rəhbərliyi, həm də cənab Prezident İlham Əliyevin 2002-ci ildən bu günə qədər apardığı siyasətdə hər zaman önəmli yer tutub.

Doğrudur, Qarabağ problemi həll olunana qədər  bu məsələ daha çox səsləndirilir, prinsipial mövqe kimi bəyan edilirdi. Ulu Öndər Heydər Əliyev dəfələrlə bu məsələyə toxunub. Cənab Prezident İlham Əliyev də onlarla çıxışında, həm ölkə daxilində, həm də beynəlxalq tədbirlərdə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın haqq səsinin müdafiəsinə qalxıb.

Xüsusilə vurğulanırdı ki, Ermənistan bir dəfə Azərbaycan torpaqlarında, İrəvanda  erməni dövləti qurub və ikinci dəfə Qarabağ ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.

Ümummilli liderimizin 2001-ci və ya 2002-ci illərin yayında Ağcəkənddə çıxışı zamanı da bu mövzuya toxunulmuşdu. Həmin vaxt Qərbi azərbaycanlılar üçün salınan yeni qəsəbənin istifadəyə verilməsi mərasimində o, açıq şəkildə bildirmişdi ki, Göyçə, Zəngəzur və digər bölgələrə qayıdış məsələsi daim gündəmdədir və bu istiqamətdə siyasət davam etdiriləcək.

2003-cü ildən sonra isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da sistemli və ardıcıl davam etdirilib.1991-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulması beynəlxalq müstəvidəsəsləndirilsə də, bu məsələ Qarabağ münaqişəsinin həllindən sonra birinci dərəcəli prioritetlərdən biri kimi qarşıya qoyulur. Prezidentimizin tez-tez vurğuladığı kimi:

"Mən nəyi, nə vaxt və necə etməyi yaxşı bilirəm". 

Bu ifadə yalnız böyük strateqlərə, uzaqgörən dövlət adamlarına xas olan bir yanaşmadır. Qeyd etmək lazımdır ki, həm Ümummilli liderimiz Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xüsusi fərmanlar imzalayaraq bu tarixə siyasi və hüquqi qiymət veriblər. Azərbaycan xalqına qarşı törədilən haqsızlıqlarınunudulmaması və tarixi ədalətin bərpası üçün dövlət səviyyəsində ardıcıl addımlar atılır.

Baş nazir Paşinyan və onun komandasındakılar passiv revanşistlərdir

- Beynəlxalq hüquqa görə, insanlar öz doğma torpaqlarına qayıtmaq hüququna malikdirlər. Bəs bu hüquq Qərbi azərbaycanlıların qayıdışı üçün necə istifadə oluna bilər?

- Vətən müharibəsindən sonra Azərbaycanın uzun illər işğal altında qalan torpaqları azad edildi. Bu, təkcəərazi bütövlüyümüzün bərpası deyil, həm də daha böyük bir prosesin – Qərbi Azərbaycana qayıdışın başlanğıcı oldu. Əslində, Qərbi Azərbaycan məsələsi hər zaman gündəmdə idi, lakin Qarabağ məsələsinin həllindən sonra bu məsələ artıq prioritetlər sırasına yüksəldi. 

Beləliklə, 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycana qayıdışın “geri sayımı” – beynəlxalq politologiyada “countdown” adlandırılan mərhələ rəsmi şəkildə başlandı.O gündən etibarən Prezidentimiz tərəfindən bütün beynəlxalq tribunalar səviyyəsində bu məsələ ardıcıl gündəmə gətirilir. Dövlət başçımız dəfələrlə vurğulayıb ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına sülh yolu ilə, ləyaqətli şəkildə və beynəlxalq hüquq çərçivəsində qayıdışı Azərbaycanın prinsipial mövqeyidir.

Hazırda Qərbi Azərbaycan İcması bu strategiyanı Prezidentin tövsiyələri əsasında hazırlanan konsepsiya əsasında həyata keçirir. Konsepsiyanın əsasını məhz barış yolu ilə qayıdış təşkil edir. Lakin Ermənistan tərəfi, xüsusilə də revanşist dairələr bu məsələyə qarşı qarayaxma və yalan informasiyalarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.  Lakin artıq dünya erməni siyasətinin mahiyyətini-saxtakarlığını, manipulyativ vədestruktiv mahiyyətini görür.

Azərbaycan 30 il ərzində Qarabağ məsələsini sülh yolu ilə həll etməyə çalışdı. Lakin Ermənistan buna anlayış göstərmədi. Nəticədə isə xalqımızın birliyi, dövlətimizin gücü və Prezidentimizin siyasi iradəsi sayəsində Azərbaycanın torpaqları azad olundu, tarixi ədalət bərpa edildi.

Bu gün artıq Qərbi Azərbaycan məsələsi ilə bağlı ciddi və sistemli işlər görülür. Qərbi Azərbaycan İcması tərəfindən beynəlxalq təşkilatlara ünvanlanan sənədlər getdikcə hüquqi və siyasi əhəmiyyət kəsb edir. Xüsusilə BMT-yə göndərilən sənədlər artıq üzv dövlətlər arasında yayılır və diqqətlə öyrənilir. Artıq "Qərbi Azərbaycan" ifadəsi beynəlxalq leksikona daxil olub, bu ifadə beynəlxalq konfrans və müzakirələrdə istifadə olunur.

Prezidentimizin də qeyd etdiyi kimi, Ermənistanda iki tip revanşist qüvvə var – biri aktiv, digəri isə passiv. Baş nazir Paşinyan və onun komandasındakılar passiv revanşistlərdir. Vaxtilə “Qərbi Azərbaycan” deyəndə, Tovuz, Kəlbəcər, Qazax kimi bölgələrimizi nəzərdə tutduğunu iddia edən Paşinyan əslində məsələdən yayınmağa çalışır, riyakarlıq nümayiş etdirirdi.

Lakin bu gün Qərbi Azərbaycan məsələsi artıq xalqımız tərəfindən də ümummilli ideologiya kimi qəbul edilir. Necə ki, Qarabağ mövzusunda millət bir yumruq kimi birləşdi, eyni mənzərə bu gün Qərbi Azərbaycan məsələsində də müşahidə olunur. Bu, həm dövlət qurumlarında, həm parlament səviyyəsində, həm də vətəndaş cəmiyyətində öz əksini tapır. Hər sahədə bu qayıdış ideyasına dəstək verilir və təqdirəlayiq işlər həyata keçirilir.

Ermənistan və onun havadarları nə qədər inkar etsələr də, artıq Qərbi Azərbaycan məsələsi bir reallıqdır. Bu reallıqla barışmaq onların qaçılmaz taleyidir. Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı tarixi və ilahi ədalətin bərpası deməkdir. Tarixi ədalətə söykənən mübarizə isə həmişə qələbə ilə nəticələnir. Bu, tarix boyu belə olub və belə də olacaq.

BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə açıq şəkildə qeyd olunur ki, hər bir insanın öz doğma torpağına qayıtmaq hüququ var. Bu hüquq fundamental insan hüquqlarından biridir və onu heç bir dövlət, heç bir təşkilat inkar edə və ya qarşısını ala bilməz.

Bu baxımdan Qərbi Azərbaycana qayıdış təkcə milli məsələ deyil, həm də universal hüquq vəədalət məsələsidir. Bu yolda Azərbaycan dövləti və xalqı birlikdə irəliləyir.

Bu, mərhələ deyil, bu, bizim açıq və birmənalı tələbimizdir

- Əgər hər bir insanın doğma yurduna qayıtmaq hüququ varsa, Ermənistan hökuməti Qərbi azərbaycanlıların bu hüququnu tanımağa niyə bu qədər müqavimət göstərir? Qayıdış reallaşarsa, bu ərazilərdə geri dönən əhalinin yerləşdirilməsi necə təşkil oluna bilər? Dağıdılmış kəndlərin və qəsəbələrin bərpası hansı resurslar hesabına olacaq?

- Ermənistan hökuməti rəsmi şəkildə Qərbi Azərbaycan İcmasının rəhbərini qəbul etməlidir. Qərbi Azərbaycan Konsepsiyasına qoyulan məsələlər Ermənistan tərəfindən beynəlxalq hüquq çərçivəsində qəbul olunmalıdır.

Ermənistan Azərbaycan xalqının tarixi torpaqları üzərində qurulsa da, biz nə özümüzün, nə də dünyanın hər hansı bir ölkəsinin ərazisində iddialıyıq. Bu gün həmin ərazi Ermənistan dövləti kimi dünya birliyi tərəfindən tanınır. 

Amma əsas məsələ 1987–1991-ci illərdə məcburi şəkildə öz yurdlarından qovulmuş, 300 mindən artıq azərbaycanlının yaşadığı kəndlərdə, qəsəbələrdə və şəhərlərdə yenidən yaşamaq hüququnun tanınmasıdır. Bu, mərhələ deyil, bu, bizim açıq və birmənalı tələbimizdir.

Şərait yaradılmalı və beynəlxalq hüquq çərçivəsində Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız öz doğma yurdlarına qayıtmalıdır. O dövrdə 24 rayonda azərbaycanlılar yaşayırdı. Azərbaycan dövləti onların qayıdışında təbii olaraq dəstək verəcək.  Bu gün Qarabağda quruculuq işləri necə aparılırsa, eləcə də Qərbi azərbaycanlılar öz doğma torpaqlarına dönəcək və Azərbaycan hökuməti onların yaşayış şəraitinin təminində öz töhfəsini verəcək.

Bir daha vurğulayıram, Azərbaycan dövləti bu gün yalnız öz əhalisinə deyil, həm də inkişaf etməkdə olan və ya etməmiş ölkələrə yardım göstərir. Qayıdış Konsepsiyası çərçivəsində biz Qərbi azərbaycanlıların səsini ucaldırıq. 

Bildiririk ki, biz Ermənistan dövlətinin qanunları çərçivəsindəhəyatımızı qurmağa, orada vaxtilə yaşamış və yerli əhali olmuş azərbaycanlılar kimi hüquqlarımızı bərpa etməyə çalışırıq. Onlar sadəcə orada yaşamayıb, həm də orada əhalinin çox hissəsini təşkil ediblər. Lakin zamanla davam edən deportasiyalar nəticəsində azərbaycanlıların sayı azaldıldı.

Biz o dövlətin vətəndaşı kimi hüquqlarımızı tələb edəcəyik. Təbii ki, bu hüquqlara Azərbaycan dilində təhsil almaq da daxildir. Azərbaycanda, yaxud Rusiyada və Fransada yaşayan ermənilər öz hüquqlarını necə tələb edirsə, biz də eyni hüquqları beynəlxalq hüquq çərçivəsində istəyirik.

Mədəni irs məsələsinə gəlincə, Azərbaycan hökuməti və müvafiq rəsmi qurumlar dəfələrlə bu sahədə cavabdeh beynəlxalq qurum – UNESCO-ya müraciət edib, monitorinq istəyib. Təəssüf ki, bu tələblər qarşısında susurlar. Bu isə bir daha onların ikili standartlarla hərəkət etdiklərinin bariz nümunəsidir.

Qarabağda Azərbaycanın mədəni irsinə vurulan zərərə görə beynəlxalq məhkəmələrə müraciət olunub və bu məsələlər gələcəkdə ölçülüb-biçilərək adekvat şəkildəcavablandırılacaq.

Zəngəzur dəhlizi isə mütləq olacaq. Bu, Azərbaycan xalqının və dövlətinin istəyi deyil, bugünkü dünya reallıqlarının vacib çağırışıdır. Azərbaycan bu reallığın mərkəzində – “Bir kəmər, bir yol” layihəsinin vacib qovşağında yerləşir. Bu, logistik, ticarət və iqtisadi baxımdan nəhəng bir layihədir və onun əsas hissəsi Azərbaycanın Orta Dəhliz üzərindəki mövqeyidir.

Ermənistan Zəngəzur dəhlizi və sülh müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, eləcə də konstitusiya dəyişikliyi məsələsində gecikdikcə, bu prosesdən özü ziyan görür. Azərbaycan isə hər gün inkişaf edir və güclənir, Ermənistan isə dalana dirənir.

Ermənistanın nə Türkiyə ilə diplomatik münasibətləri var, nə Azərbaycanla yolları açıqdır. Yeganə nəfəs yeri İrandır ki, o da sanksiyalar altındadır. Bu səbəbdən, Ermənistanın gecikdirdiyi hər bir gün onun özünə ziyan yazılır.

İndi hər ölkə öz başının çarəsinə baxır

-Paşinyan Ermənistanın Konstitusiyasında dəyişiklik etməsə, sülh müqaviləsi imzalanacaqmı? Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına qayıtması mümkün olacaqmı?

-Bu proses çox çəkməz. Artıq Paşinyan son günlər sosial media hesabında paylaşır ki, Ermənistan Konstitusiyası sülh müqaviləsinin imzalanmasına ciddi maneə yaradır. Əgər Ermənistan Konstitusiya Məhkəməsi bu məsələyə dair yetərli qərar qəbul etməsə, təbii ki, referendum keçiriləcək vəkeçirilməlidir. Çünki bir ölkənin konstitusiyasında başqa ölkənin torpağına iddia varsa, bu, beynəlxalq hüquqa tam ziddir.

Paşinyan deyir ki, Qərbi Azərbaycan yoxdur, Azərbaycanın qərb rayonları var. Bir müddət öncəyə qədər Paşinyan bu məsələdə özünü bilməzliyəvururdu. Həqiqətən də, bu ifadəni işlətmək istəmirəm, "özünü bilməzliyə qoymaq" nə deməkdir?  Amma artıq o, Qərbi Azərbaycan məsələsini qəbul edir. Biz inanırıq ki, Paşinyan yaxın zamanda Qərbi Azərbaycanın bir qrup təmsilçisini rəsmi şəkildə qəbul edəcək və danışıqlar başlayacaq.

Biz nə istəyirik? 44 günlük Vətən müharibəsindən sonra cənab Prezident Qarabağda kompakt şəkildə yaşayan ermənilər üçün hər cür şərait yaratdı. Xüsusi portal yaradıldı, Prezidentin səlahiyyətli nümayəndəsi təyin olundu, dəfələrləəlaqə üçün telefon nömrələri, əlaqə vasitələri elan olundu. 

Hər kəsə açıq şəkildə bildirildi ki, kim Azərbaycanın qanunları çərçivəsində, Azərbaycan bayrağı altında yaşamaq istəyirsə, buyursun. Hətta Xankəndidə keçiriləcək yerli seçkilərdə belə iştirak edə bilərdilər. Amma onlar bu fürsəti qəbul etmədilər, Ermənistana köçməyi seçdilər. 

Bu isə insan hüquqlarına ziddir. Çünki hər bir insan doğulduğu, yaşadığı ərazidə yaşamaq hüququna malikdir. Beynəlxalq hüquqa əsasən də istənilən şəxs öz istədiyi yerdə yaşamaq azadlığına sahibdir.

Ermənilər Prezidentimizin bu açıq çağırışını qəbul etmədilər. Amma biz onlar kimi davranmırıq. Onlar harada özlərinə kiçik bir fürsət tapsalar, dərhal o torpaqlarda düşmənçilik toxumu səpirlər. Azərbaycan xalqı isə öz torpağından heç vaxt könüllü ayrılmayıb. Qəlbən bu torpaqlara bağlıdır və Qərbi Azərbaycana qayıdış məsələsi bizim üçün vazkeçilməz bir hədəfdir.

Paşinyan artıq məcburdur. Onun başqa çıxış yolu yoxdur. Biz əminik ki, yaxın vaxtlarda Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüş olacaq. Beynəlxalq ictimaiyyət və təşkilatlar bu məsələdə ciddi bir təsir göstərə bilməyəcək. Onların sadəcə adı var, amma konkret mövqeləri, tədbirləri yoxdur. Ona görə də Prezidentimiz haqlı olaraq bildirdi: 

Qərbi Azərbaycana qayıdış məsələsi missiyamızdır. Beynəlxalq təşkilatlar illərlə Ermənistanı işğalçı kimi tanıdı, Azərbaycanın 20 faiz torpaqlarının işğal altında olduğunu bəyan etdilər, amma nəticə olmadı. Bu problemi nə həll etdi? Azərbaycan dövlətinin gücü, müzəffər Ordumuz, Ali Baş Komandanımız və xalqımızın birliyi.

İndi də beynəlxalq ictimaiyyət Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlıların qayıdışına dair Ermənistana “gözün üstə qaşın var” deməyəcək. Çünki dünya çox mürəkkəb və ziddiyyətli dövrdən keçir. Artıq o dövrlər keçdi ki, Ermənistanın nazı iləoynayırdılar, başını sığallayırdılar. İndi hər ölkə öz başının çarəsinə baxır. Rusiya-Ukrayna müharibəsi fonunda baş verən dəhşətli proseslər bunu hər kəsə göstərdi.

Ona görə də, hörmətli Prezidentimizin də dediyi kimi, Paşinyanın zəng etmədiyi, qapısını döymədiyi kimsə qalmayıb. Amma heç birindən də ona kömək gəlmir. Çünki bu gün dünya elə bir vəziyyətdədir ki, artıq beynəlxalq hüquq işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq iflic vəziyyətindədir. 

Ermənistan və Paşinyan doğrudan da öz xalqının xilası üçün bir yol axtarırsa, bu yol yalnız Türkiyəvə Azərbaycanla xoşniyyətli qonşuluq münasibətlərindən keçir. Biz beynəlxalq təşkilatlardan kömək, imdad gözləməməliyik. Bizim gücümüz xalqımızın birliyində, dövlətimizin qüdrətində və Prezidentimizin qətiyyətindədir.

Səbinə Uğur
​​​​​​"Cebheinfo.az"

Açar sözlər: Qərbi Azərbaycan Məlahət İbrahimqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 May 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri