Icma.az
close
up
RU
Müstəqil dövlətdə sahibkarlığın hüquqi əsasları

Müstəqil dövlətdə sahibkarlığın hüquqi əsasları

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dünən Bakıda İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”ndə “Sahibkarlar Günü”nə həsr olunmuş “Konstitusiya və suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib.

Dövlət rəsmiləri, iş adamları və biznes strukturları rəhbərlərinin iştirak etdikləri toplantıda ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, dövlət tərəfindən sahibkarlığa yaradılan imkanlar və beynəlxalq ticarətə dair məsələlər müzakirə olunub. Çıxış edən natiqlər son illər Azərbaycanda qeyrineft sektorunun inkişafı, dünya bazarlarına çıxış, gələcək perspektivlər haqqında fikir mübadiləsi aparıblar.

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çıxışında ölkəmizdə iqtisadi inkişafın yeni, mühüm mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbənin ardınca suverenliyimizin bərpa olunması, yeni regional gündəmin bəlli olması, regionda kommunikasiyaların açılması və onların inkişaf etdirilməsi sahəsində atılan addımlar Azərbaycan iqtisadiyyatı və sahibkarlar qarşısında yeni üfüqlər açıb.

İşğaldan azad edilmiş ərazilərdə yeni iş yerlərinin açılması üçün bir sıra mexanizmlərin qəbul edildiyini bildirən şöbə müdirinin sözlərinə görə, ümumbəşəri dəyərləri rəhbər tutan Konstitusiyamızın mülkiyyətin qorunması, azad sahibkarlığın inkişafı və digər vacib konsepsiyalar kimi bir sıra vacib təminatları özündə əks etdirir.

Qarşıda duran əsas vəzifələrdən birinin ölkəyə xarici investisiya axınının təmin edilməsindən ibarət olduğunu bildirən G.Kərimov sahibkarları bu məsələdə fəal rol oynamağa səsləyib. O, son illər ölkəmizdə qəbul olunmuş qanunların xarici investorların cəlb edilməsi üçün mühüm sənədlər kimi xarakterizə edərək bildirib ki, bu sahədə sahibkarların da xüsusi fəallığına ehtiyac var. Bildirilib ki, son zamanlar bir sıra qanunların qəbul edilməsi, o cümlədən emissiyalar və dövlətözəl tərəfdaşlığı haqqında, arbitraj haqqında qanunların qəbul edilməsi Azərbaycanda xarici investisiyaların təşviqi istiqamətində mühüm rol oynayıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Rəqəmsal iqtisadiyyatı ölkəmizin əsas iqtisadi istiqamətlərdən biri kimi xarakterizə edən nazir müavininin sözlərinə görə, ölkəmizdə yeni çağırışlara, gələcəyin trendlərinə uyğun biznes strategiyaları qurulmalı, insan resursları daha da inkişaf etdirilməlidir: “Müasir texnologiyalardan istifadə, məhsul və xidmətlərdə yenilikçi yanaşmaların tətbiqi mühümdür. Bu kontekstdə gənc sahibkarların təşəbbüsləri dəstəklənir, startap ekosisteminin gücləndirilməsinə, eləcə də yaşıl layihələrə xüsusi diqqət yetirilir”, – deyə o əlavə edib.

İqtisadiyyatımızın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonasının mərhələli şəkildə investorların istifadəsinə verildiyini bildirən birinci müavin deyib ki, burada yaradılmış mövcud əlverişli şərait, təklif olunan iş adamalarının marağını getdikcə artırır. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, eləcə də iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft məhsullarının istehsalı 26 faiz artıb, ölkənin strateji valyuta ehtiyatlarının həcmi 73 milyard dolları ötüb.

Azərbaycanın xarici iqtisaditicarət əlaqələrinin genişlənməsinin sahibkarlarımız üçün əlavə imkanlar açdığını vurğulayan E.Əliyev daha sonra bildirib ki, Prezident İlham Əliyevin bugünlərdə Çinə səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın Genişləndirilməsi haqqında Bəyannamənin imzalanması, vizasız rejimin tətbiqi, həmçinin, hüquq, yaşıl inkişaf, alternativ enerji, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədinin imzalanması Azərbaycanın Asiya bazarına çıxması, regionu yaxından tanıması və yeni əməkdaşlıqlar qurması baxımından çox əhəmiyyətlidir.

Nazir müavini, həmçinin ölkəmizin beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində də sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması və KOB-ların dəstəklənməsi istiqamətində mühüm işlər gördüyünü, Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər tərəfdaşların texniki və maliyyə dəstəyi nəticəsində bir sıra proqram və layihələr həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu proqramlar çərçivəsində sahibkarlara güzəştli maliyyə alətlərinə çıxış, biznes bacarıqlarının artırılması, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyata keçid istiqamətində dəstək göstərilməsi nəzərdə tutulur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edərək bildirib ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsasında sahibkarlığın inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması dayanır. Diqqətə çatdırılıb ki, Azərbaycanda ümumi daxili məhsul istehsalında qeyri-netf sektorunun payı 81,4 faiz, xidmət sahəsinin payı 71,4 faiz, kənd təsərrüfatının payı isə 99,4 faiz artıb. “Sərmayə qoyuluşunun artması, yeni aqroparkların istifadəyə verilməsi və digər iqtisadi tədbirlər büdcə gəlirlərini artırmaqla yanaşı əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub”, – deyə o əlavə edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə çıxışında bildirib ki, bu ilin yanvarın 1nə olan məlumata əsasən, Azərbaycanda 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb. Bundan əlavə, hazırda ölkədə 212 mindən artıq hüquqi şəxs statusuna malik sahibkarlıq subyektinin fəaliyyət göstərdiyini diqqətə çatdıran konfederasiya rəhbərinin sözlərinə görə, bu, əvvəlki illə müqayisədə 7,1 faiz artım deməkdir. Qeyd olunub ki, son illər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin sürətlə inkişaf etməkdədir.

Sahibkarların qarşılaşdığı məsələlərin operativ şəkildə həllinə nail olmaq üçün yaradılan əlverişli mexanizmlərdən biri də Əməkdaşlıq Şuralarının olduğunu vurğuylayan M.Musayev deyib ki, hazırda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq Şuraları fəaliyyət göstərir. Bu şuralar sahibkarların qaldırdıqları məsələlərin həllində müstəsna rola malikdir və dövlətözəl dialoqunun ən işlək mexanizmlərindən biridir.

Konfransda, həmçinin Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin İcraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “PAŞA Holding” MMCnin Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytac Qasımova və başqaları çıxış edərək fikir və mülahizələrini bölüşüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri