Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdışın yolu görünür TƏHLİL

Qərbi Azərbaycana qayıdışın yolu görünür TƏHLİL

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəngəzur dəhlizinin açılması ilə tarixi ədalət bərpa olunacaq

Mövcud reallıq və ortada olan faktlar ondan ibarətdir ki, indiki Ermənistan adlı oyuncaq qurum Azərbaycanın bir hissəsi olub. Ancaq Azərbaycana qarşı tarixi düşmənçilik hissində olan məkrli qüvvələr müxtəlif bəhanələrlə ermənilərin Cənubi Qafqaza köçürülməsinə nail olmuşlar. Sonrakı proseslərdə göstərdikləri hərbi, siyasi, maliyyə dəstəyi ilə ermənilərin güclənməsinə və möhkəmlənməsinə nail olmaqla azərbaycanlıların terror və qətliamlarla sıxışdırılmasını həyata keçirmişlər. Sovetlər dağıldıqdan sonra isə ermənilərin özlərinə dövlət qurmalarına yardımçı olmuşlar. Lakin nə qədər saxtakarlığa və xarici dəstəyin göstərilməsinə baxmayaraq heç bir zaman indiki Ermənistanın tarixi Azərbaycan əraziləri olduğunu tarixi səlnamələrdən silmək mümkün olmayacaq. Nəhayət, elə bir tarixi gün gələcək ki, Qərbi Azərbaycana sahib çıxacağıq və insanlarımız yenidən öz doğma yurdlarına qayıdaraq normal yaşayışlarını bərpa edəcəklər. Nəzərə almaq lazımdır ki, indiki Ermənistanın hər çığırı, daşı, qayası, kənd və şəhərləri Azərbaycan xalqına məxsusdur. Təkcə Zəngəzur mahalında arxeoloji qazıntılar aparılsa, azərbaycanlıların mədəni irsinə aid olan on minlərlə tarixi abidələr, müxtəlif sənətkarlıq əşyaları, musiqi alətləri, qədim döyüş silahları, kənd təsərrüfatı alətləri, mətbəx ləvazimatları aşkarlamaq olar. Təkcə 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində aparılan siyahıyalınmaya görə bölgədə 396 məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib. 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdlarını tərk etdilər. Bu ərazilərdə azərbaycanlılara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində bu barədə demişdir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.

Prezident İlham Əliyev: “Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”

Arxiv sənədlərini araşdırarkən məlum olur ki, İrəvan və Zəngəzurda mövcud olan qəbiristanlıqlardakı nadir məzar daş nümunələri, tarixi qalalar azərbaycanlılara məxsusdur. Son iki yüz il ərzində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı aktları, vandal əməlləri nəticəsində əksər yaşayış məskənlərində olduğu kimi Zəngəzur və İrəvan quberniyalarında da olmuş azərbaycanlılara məxsus bütün mədəni irs dağıdılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında olarkən belə demişdir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır... Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”

Bəli, Qərbi Azərbaycana qayıdış günü uzaqda deyil. Əminliklə demək olar ki, Zəngəzur dəhlizinin açılması ilə qayıdışın müəyyən hissəsinin həyata keçirildiyini demək olar. Həm də dəhlizin açılması tarixi ədalətin bərpası olacaq. İyirminci əsrin əvvəllərində ermənilərə hərbi siyasi dəstək göstərən qüvvələr, o cümlədən Rusiya bölgədə azərbaycanlıların kütləvi şəkildə qətlini həyata keçirməklə Zəngəzurun boşaldılmasına və ərazinin Azərbaycandan qopararaq ermənilərə verilməsinə nail oldular. Bununla da Azərbaycanın Qərb rayonları ilə Naxçıvanın quru əlaqələri kəsildi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində imzalanmış 10 noyabr Bəyannaməsinə əsasən Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasını qəbul etmişdir. Zəngəzur dəhlizinin açılması ilə nəhayət Naxçıvan Muxtar Respublikası blokadadan çıxmış olacaq və türkdilli ölkələri birləşdirməklə yanaşı, Azərbaycanın strateji əhəmiyyətini də artıracaq. Bu isə türk dövlətlərin güclənməsinə və beynəlxalq aləmdə rolunun daha da artmasına təkan olacaq. Zəngəzur dəhlizinin bərpası Çindən, Hindistandan, Orta Asiyadan Türkiyə və Avropaya məhsullar daşınsın. Bu isə tarixi İpək yolunun bərpası deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin bərpa olunmasının əhəmiyyəti ilə bağlı BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasındakı çıxışında demişdir: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

Erməni vəhşiliyi tarixi sənədlərdə

Ermənilərin son 200 ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımları, vandalizm əməlləri barədə müasir dövrün araşdırmaçıları, tarixçiləri dəhşətə gəlirlər. Müxtəlif dövlətlərin hərbi-siyasi dəstəyinə arxalanan ermənilər özlərinə dövlət qurumu yaratmaq iddiası ilə Azərbaycan ərazilərində qətliamlar, soyqırımı aktları həyata keçiriblər. Ümumilikdə 2 əsr ərzində 2 milyondan çox azərbaycanlı qətlə yetirilmiş, yaralanmış, ömürlük şikəst olmuş, ev- eşiyindən didərgin düşmüşdür. 20-ci əsrdə ermənilər dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçiriblər. Yalnız 1918-ci il martın 30-dan aprelin 5-ə qədər ermənilər Bakı, Şamaxı, Quba, Şəki, İrəvan, Naxçıvan, Lənkəran və digər yaşayış məskənlərin də 450-500 minə yaxın azərbaycanlını qətlə yetiriblər. Rəsmi sənədlərə istinadən qeyd olunur ki, mart soyqırımı nəticəsində Bakıda 20 mindən çox azərbaycanlı amansızlıqla öldürülmüş, 30 minə yaxın insan isə yaralanmışdır. Bununla yanaşı, ermənilər "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da azərbaycanlılara qarşı soyqırımları həyata keçirdilər. Erməni vəhşiliyinin qurbanına çevrilən bölgələrimizdən biri də Şamaxı şəhəri olmuşdur. Daşnak-bolşevik hərbi birləşmələri tərəfindən Şamaxının 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdı. Erməni quldurları minlərlə dinc insanı qətlə yetirmişdir. Şamaxı qəzasının 53 kəndində ermənilər 12 min azərbaycanlını qətlə yetirmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya ilkin mərhələdə Şamaxıda törədilən erməni vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bununla torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Sovet bolşeviklərinin Azərbaycanı işğal etmələri və Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Havadarlarının Moskvada möhkəmlənməsindən istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Bu azmış kimi ermənilər müxtəlif vaxtlarda, o cümlədən də 1947-1953-cü illərdə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə hər cür vasitə və üsullardan istifadə etdilər. Bütün bunlar sovetlərin mövcud olduğu dövrdə baş verirdi. Sovet rəhbərliyi isə ermənilərin azərbaycanlılara qarşı tarixi vəhşiliklərinə göz yumurdular. Bəzən isə birbaşa və ya dolayısı yollarla ermənilərə yardım edirdilər. Nəticədə sovetlər dağılan ərəfədə Qarabağda separatizm gücləndi və Azərbaycana qarşı torpaq iddiaları baş qaldırdı. Lakin milli irsinə, dəyərlərinə, torpağına sahib çıxmağı bacaran Azərbaycan xalqı özünün lideri, Ali Baş Komandan, Fateh Sərkərdə, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə ermənilərin işğal etdiyi torpaqları azad etməyə nail oldu. Bu gün artıq erməni işğalından azad edilən və rahat nəfəs alan, yenidən qurulan Qarabağımız var. Elə bir Qarabağımız var ki, Prezident İlham Əliyevin dediyi kimi: “Biz əbədi olaraq Qarabağda yaşayacağıq”.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see473

Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı… Cəlalı həmişəlik İTİRDİK

17 Mart 2025 14:55see255

“Sabah” rekorda şərik oldu

17 Mart 2025 12:17see163

Sosioloq: Internat məktəblərindəki uşaqların vəziyyəti o qədər də ürəkaçan deyil

17 Mart 2025 14:59see128

Milyarder, hüquqşünas, diplomat, yoxsa əmlakçı? Bakıya səhərə yaxın gözlənilməz eniş edən Stiv Vitkof kimdir? (TƏHLİL)

17 Mart 2025 14:52see126

Rayonlara dolu və sulu qar yağacaq Sabahın havası

17 Mart 2025 12:42see124

Abşeronda yeni çəkilən yol su içində qalıb SƏBƏB NƏDİR?

17 Mart 2025 14:41see122

ABŞ Rusiyaya qarşı qurulan beynəlxalq qrupu tərk edir

17 Mart 2025 10:54see121

Hikmət Babaoğlu: “Dövlətimizin imkanları var ki, həmin şəxsləri Azərbaycana gətirsin”

17 Mart 2025 15:15see121

Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə FOTOLAR

18 Mart 2025 06:03see121

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see119

TƏBİB: "Xızıda yol qəzasında xəsarət alanlar Bakıdakı tibb müəssisəsinə təxliyə olunub" YENİLƏNDİ

17 Mart 2025 15:05see118

Donald Tramp martın 18 də Vladimir Putinlə danışacaq

17 Mart 2025 12:02see118

İnter Mayami liderliyə qalxıb

18 Mart 2025 00:16see117

Dünyanın sonu bu vaxt olacaq: Alimlər tarixi hesablayıblar

17 Mart 2025 15:10see117

Elm və təhsil naziri Şabranda vətəndaşları qəbul edib

17 Mart 2025 15:14see117

Novruz milli birliyə və həmrəyliyə çağırış edir Yeni Gündəm

17 Mart 2025 12:14see117

NATO ölkələrindən biri Ukraynaya hərbi yardımın uzadılmasını istisna edib

17 Mart 2025 12:02see117

ABAD məhsulları ABŞ bazarında

17 Mart 2025 14:45see116

ABŞ dan dəhşətli fırtına: azı 40 nəfər ölüb

18 Mart 2025 00:33see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri