Icma.az
close
up
RU
QƏRBİ AZƏRBAYCANDA İLK MİLLİ MƏTBUAT ORQANI: “LƏK LƏK”

QƏRBİ AZƏRBAYCANDA İLK MİLLİ MƏTBUAT ORQANI: “LƏK LƏK”

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Qədim mədəniyyətə, zəngin ədəbi irsə malik olan İrəvanda milli mətbuatın yaranması ictimai-ədəbi fikir tariximizin inkişafında özünəməxsus yer tutur. XIX əsrin sonlarında İrəvanda yaşayan azərbaycanlı ziyalılar maarifi, mədəniyyəti, ədəbiyyatı inkişaf etdirməyin  yolunu  ilk  növbədə məhz mətbuatda - ana dilli mətbuatın yaranmasında  görürdülər. Onlar bu yolda ardıcıl mübarizə aparır, əvəzsiz xidmətlər göstərirdilər. İrəvanda Azərbaycan mətbuatının, maarifçilik hərəkatının, ictimai-bədii fikrinin aparıcı simaları Mirzə Ələkbər Elxanov, Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə, Axund Əhmədov, Mirzə Əlixan Şəmsil Hükəma, Hacı Seyid  Rza Əmirzadə, Axund Məmmədbağır Qazızadə, Abbas Razi Məmmədzadə, Cabbar Əsgərzadə, Əli Məhzun Rəhimov, Mirabbas Mirbağırov, Mirməhəmməd Mirfətullayev, Məmmədvəli Qəmərlinski, Mirzə Cabbar Məmmədzadə, Axund Əbülhəsən Qazızadə, Həsənzadə Mirzə Hüseyn İrəvani, Asəf bəy Şəfibəyov, Məmmədəli Nasir, Həsən bəy Qazıyev, Əkbər Rizayev və burada yaşayıb-yaradan onlarla bu kimi maarifpərvər ziyalılar öz səslərini xalqa çatdırmaq üçün ana dilində qəzet, jurnal təsis etməyin vacibliyini aydın dərk edib, bu ideyanın gerçəkləşdirilməsinə ciddi səy və təşəbbüs göstərir, bu yolda qələmləri ilə mübarizə aparırdılar. İrəvanda ana dilli mətbuat orqanının yaranması isə günün ən vacib məsələsinə çevrilmişdi. Bunu həm də mövcud dövrün ictimai-siyasi, ədəbi-mədəni proseslərində baş verən mütərəqqi dəyişikliklər də zəruri edirdi. Lakin İrəvanda Azərbaycanın ictimai, ədəbi-mədəni həyatının ən mühüm hadisələrindən olan milli mətbuatın yaranması XX əsrin əvvəllərinə təsadüf edir. İrəvan şəhərində yaşayıb-yaradan ziyalılarımız XX əsrin ikinci on illiyində bu böyük missiyanı, məsuliyyəti öz üzərlərinə götürdülər və Azərbaycan dilində fəaliyyət göstərəcək mətbuatın əsasını qoydular. İrəvanda milli mətbuatın yaranması ideyasını gerçəkləşdimək ilk dəfə artıq nəinki İrəvanda, bütün Cənubi Qafqazda, hətta onun hüdudlarından kənarda tanınmış, yetkin qələm sahibi, jurnalist, şair Cabbar Əsgərzadə və Mirməhəmməd Mirfətullayevə nəsib olmuşdur.

Jurnalın nəşri ilə onlar, əslində bir vətəndaş olaraq xalqın qarşısında yaranmış problemləri  aradan qaldırmağa, onları həll etməyə və ideyalarını həyata keçirməyə çalışmışdır. Onların əsas məqsədlərindən biri də soydaşlarımızın əksəriyyətinin düçar olduğu dini fanatizm bəlasına və cəhalətə qarşı satirik üslub ilə mübarizə aparmaq idi. “Lək-lək” və onun səhifələrində çıxış edənlər çətinliklə də olsa bu məqsədlərinə uğurla nail olurdular. Hələ “Lək-lək”in nəşrinə icazə alınmamışdan xeyli əvvəl Cabbar Əsgərzadə İrəvanda jurnal buraxmaq barədə yaxın dostu, görkəmli ziyalı və mühərrir Məmmədəli Sidqi ilə məsləhətləşmiş və məktublaşmışdı. Cabbar Əsgərzadənin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Məmmədəli Sidqiyə aid fondda ona ünvanladığı 40-dan artıq məktubu saxlanılır. Cabbar Əsgərzadənin yazdığı məktublar Azərbaycan dilində ərəb əlifbası ilə yazılmışdır. Bu nümunələrin hər birində Sidqiyə hörmət, qardaş məhəbbəti duyulur. “Lək-lək”lə bağlı müəyyən məsələlərə aydınlıq gətirmək üçün bu epistolyar nümunələr fakt və sənəd olaraq çox qiymətlidir. Cabbar Əsgərzadə məktublarında “Kəlniyyət”, “İqbal”, “Dirilik”, digər qəzet və jurnalların durumu, məsləki, dövrün ziyalıları Salman Mümtaz, Seyid Hüseyn, Əliqulu Qəmküsar, Zülfüqar Hacıbəyov, Hüseyn Minasazov, Mirzəağa Əliyev və başqaları haqqında öz fikirlərini Məmmədəli Sidqi ilə paylaşır. Həmin məktublarla tanış olduqda aydın olur ki, Cabbar Əsgərzadə və Mirməhəmməd Mirfətullayev “Lək-lək”in nəşrinə uzun müddət hazırlasmışlar. Bu cəhətdən Cabbar Əsgərzadənin Məmmədəli Sidqiyə göndərdiyi 4 dekabr 1913, 18 fevral 1914, 16 yanvar 1914-cü il tarixli məktubları səciyyəvidir. O birinci məktubunda “Lək-lək” adlı satirik jurnal çıxarmaq istəyini və bu barədə öz fikir və düşüncələrini Məmmədəli Sidqiylə bölüşür. Məktubların bir neçəsi “Lək-lək” jurnalına məhz molla nəsrəddinçilərin cəlb edilməsi ilə əlaqədardır. Bu epistolyar nümunələrdə nəşrinə başlayacaq jurnalın ətrafına daha çox molla nəsrəddinçilərin cəlb edilməsini Məmmədəli Sidqiyə bildirir. Məcmuənin sanballı, qüsursuz nəşri üçün Cabbar Əsgərzadənin bu məsələdə daha çox arxalandığı qüvvə məhz molla nəsrəddinçilər idi. Bu məqsədlə daha çox tanıdığı molla nəsrəddinçi yazarların jurnalda iştirakına nail olmaq üçün Məmmədəli Sidqidən onların ünvanlarını xəbər alır və tanımadıqları ilə isə tanış etmələrini xahiş edir. Cabbar Əsgərzadənin Məmmədəli Sidqiyə ünvanladığı digər məktublarında “Lək-lək” məcmuəsinin daha geniş coğrafiyada yayılması, basqa əlaqədar məsələlərlə bağlı məsləhətləşmələr və fikir mübadilələri də öz əksini tapmısdı. Məktublaşmalardan aydın olur ki, “Lək-lək”in meydana gəlməsində və yayılmasında Cabbar Əsgərzadənin ən yaxın məsləhətçisi və istiqamətvericisi Məmmədəli Sidqi olmusdur.

1905-ci ildə noyabr ayının 24-də çar hökuməti  mətbuat və nəşriyyat haqqında  yeni qanun imzaladı. “Yeni qayda”ya görə qəzet və jurnal çıxarmaq istəyən şəxs yerlərdə qubernator, yaxud da qəza rəisindən (qradonaçalnik) icazə ala bilərdi. İcazə alma müddəti isə iki həftə müəyyən olunmuşdu. Qabaqcıl ziyalılar çar hökumətinin bu güzəştindən bacarıqla istifadə etməyə çalışmış, qəzet və jurnallar nəşr etmək sahəsində fəaliyyətə keçmişlər.

1913-cü ilin noyabr ayının əvvəlində Cabbar Əsgərzadə  İrəvan qubernatoru Tizenhauzen qraf Vladimir Fedoroviçə ərizə ilə müraciət edərək Azərbaycan dilində “Lək-lək” adlı həftəlik məcmuə dərc etməyə icazə verməyi xahiş edir. O ərizə ilə birlikdə jurnalın məramnaməsini də İrəvan qubernatoruna təqdim etmişdi. Amma Cabbar Əsgərzadənin və Mirməhəmməd Mirfətullayevin nəşr etmək istədiyi jurnala icazənin verilməsi İrəvanda mətbuat müfəttişliyinin yaratdığı əngəl səbəbindən bir qədər gecikdirilmişdi. İrəvanda milli mətbuatın yaranması ilə bağlı Tiflis Mərkəzi Dövlət arxivinin 480-ci fondunda “İrəvanda tatar dilində qəzet nəşr etmək haqqında” fondun siyahısının 968 nömrəli qovluğunda 6 vərəqdən ibarət olan işdə İrəvanda ilk Azərbaycan dilli mətbuat barədə məlumatlar öz əksini tapmışdır. 

Cabbar Əsgərzadənin epistolyar nümunələrindəki bəzi fikirlərindən aydın olur ki, o, jurnalın müdiri - məsulu olmaq istəməmiş, Mirməhəmməd Mirfətullayevin redaktorluğu ilə nəşr edilməsini daha məqsədəuyğun hesab etmişdir. O, bu barədə yazır: “Mən heç vaxt müdir adını üstümə götürmək istəmiyordum və istəmərəm də. Ancaq o razı olmadı. Hərgah mən də razı olmasaydım, o bu fikrindən vaz keçəcəkdi. O cənab hər xərci öz öhdəsinə olaraq “Lək-lək” adına bir məzhəkə jurnalı çıxarmaq istiyor”. Bu fikirlərdən həm də aydın olur ki, məcmuənin nəşri Mirməhəmməd Mirfətullayev tərəfindən maliyyələşdirilmişdir. Amma Mirməhəmməd Mirfətullayevin təkidindən və onların arasında razılıq əldə olunduqdan sonra Cabbar Əsgərzadə jurnalın redaktoru vəzifəsini öz öhdəsinə götürüb, hər iki tərəqqipərvər ziyalı bir cəbhənin döyüşçüsü kimi eyni ideyalar uğrunda, İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin inkişafında öz qələmi və əməli fəaliyyətləri ilə çiyin-çiyinə yaxından iştirak etmisdilər.

Məlumat üçün onu da qeyd edək ki, “Lək-lək” satirik jurnalının 2, 4-8, 10-12-ci nömrələri Əlyazmalar İnstitutunun Dövri mətbuat fondunda “9M-637” şifrəsi altında, Mirzə Fətəli Axundov adına Milli Kitabxananın arxivində isə jurnalın cəmi 2 nömrəsi mühafizə olunur.  

Uzun sürən mübarizələrdən sonra “Lək-lək” satirik məcmuəsinin nəşrinə İrəvan qubernatoru tərəfindən 21 yanvar 1914-cü il tarixdə jurnalın öz proqramına uyğun olaraq icazə verilmişdir. Məcmuənin proqramında 10 - 1. baş məqalələr: 2. Şeirlər; 3. şəhər işləri; 4. Qafqaz xəbərləri; 5. teleqramlar; 6. felyetonlar; 7. poçt qutusu; 8. elanlar; 9. xarici xəbərlər; 10. Daxili xəbərlər şöbəsindən ibarət olmaqla hər həftə nəşr olunacağı bildirilirdi. Belə aydın proqramla mətbuat aləminə qədəm qoyan “Lək-lək” satirik jurnalı sonadək öz proqramına sadiq qalmışdır. “Lək-lək”in nəşri İrəvanda fəaliyyət göstərən mətbuat müfəttişliyi tərəfindən nəzərdən keçirilirdi. “Lək-lək”in yaranma prosesinə nəzər saldıqda onun nəşrinə Cabbar Əsgərzadə, Mirməhəmməd Mirfətullayev və İrəvanın açıq fikirli, qabaqcıl ziyalılarının hələ neçə ay əvvəlcədən hazırlaşdığını görürük. Hətta onlar “Lək-lək”in məslək və ideya, tərəqqipərvər istiqamətini də əvvəlcədən müəyyən etmişdilər. Hələ “Lək-lək”in nəşrindən bir müddət əvvəl Cabbar Əsgərzadə jurnal barədə, onun abunəsi üçün “İqbal” qəzetində və digər mətbuat orqanlarında elan vermişdir. “Lək-lək”in nəşrindən iki ay əvvəl Cabbar Əsgərzadə 4 dekabr 1913-cü il tarixdə İrəvandan Bakıya məslək və yaxın dostu Məmmədəli Sidqiyə göndərdiyi məktubunda  jurnalın ideya istiqaməti barədə yazırdı: “Məsləkimiz gərək məlumunuz olsun “Molla Nəsrəddin”dir. Amma səliqəmiz ayrı-ayrı vəziyyətlərdir”. Cabbar Əsgərzadənin Məmmədəli Sidqiyə yazdığı məktublar və yazışmalar həm də onlar arasında olan ibrətamiz məfkurə, ideal dostluğun möhkəmliyinə və səmimiliyinə aydın şahidlik edir. 1914-cü ilin fevral ayının 22-də Qərbi Azərbaycan mədəniyyəti və mətbuatı tarixində əlamətdar bir hadisə baş verdi. Həmin gün İrəvan ziyalılarının illər boyu həsrətlə gözlədikləri ilk mətbuat nümunəsi meydana çıxdı.

Davamı növbəti sayımızda...

Cəlal Allahverdiyev,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyun 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri