Icma.az
close
up
RU
Qərbi Azərbaycandan olan 75 yaşlı Xanım nənə: Ömür vəfa etsə, dədəbaba yurduma qayıdacağam AZƏRTAC

Qərbi Azərbaycandan olan 75 yaşlı Xanım nənə: Ömür vəfa etsə, dədəbaba yurduma qayıdacağam AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Gəncə, 2 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Zaman dayanmır, yaxşısı və pisi ilə bütün yaşananlar keçmiş adını qazanır. Elə hadisələr var ki, onlar tarixə yazılır, qan yaddaşına çevrilir, neçə-neçə nəsillər tərəfindən xatirələrlə bir-birinə ötürülür. Ötən əsrdə Qərbi Azərbaycandan soydaşlarımızın dəfələrlə didərgin salınması da unudulmur və unudulmayacaq. Öz dədə-baba yurdundan zorla qovulan 100 minlərlə azərbaycanlıdan biri də 75 yaşlı Xanım Həsənovadır.

Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən olan soydaşımız AZƏRTAC-ın bölgə müxbirinə doğma yurddundan, oradakı xatirələrindən danışıb. Çoxuşaqlı ailədə dünyaya göz açan Xanım nənə ömrünün ən qayğısız, gözəl illərinin Gözəldərədə keçdiyini bildirir: “Kəndimiz mənzərəli yerdə idi, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşirdi. Qışı soyuq, yayı sərin keçirdi.

Atam, anam zəhmətkeş idilər, bizi halal əməkləri ilə böyüdüblər. Kəndimizin əhalisi əsasən əkinçilik, heyvandarlıqla dolanırdı, meyvə bağlarımız var idi”. Xanım Həsənovanın sözlərinə görə, 1988-ci ildə baş verən deportasiyaya qədər kənddə ancaq azərbaycanlılar yaşayıb. Yurd yerində hər kəs biri-biri ilə mehriban dolanıb. “Kənddə əhalinin sayı 1000-dən çox idi. Bütün adət-ənənlərimizi yaşadırdıq, böyüyə hörmət saxlayırdıq, uşaqlara qayğı ilə yanaşırdıq. Ailə bağlarımız möhkəm idi, yaxşı gündə, pis gündə qohum-əqraba bir yerə toplanırdı. Bayramlarımız, toylarımız üçün bütün qadınlar yığılıb təndirxanada lavaş, çörək bişirirdik, ocaqda dadlı yeməklər hazırlıyırdıq. Birliyimiz, şuxluğumuz var idi”, - deyən həmsöhbətim ata yurdunun gözəlliklərini vəsf etməkdən doymur. Kolxozda işləyən Xanım nənə o yerlərin havasının, suyunun təmiz, torpağının münbit olduğunu deyir: “İnsanlarımız uzunömürlü idilər, xəstəlik nədir bilmirdik. Kartof, kələm əkirdik, meyvəmiz bol olurdu, dağlardan şəfalı otlaq yığırdıq. Mal-qara, ev quşları saxlayırdıq. Məhsulumuzu bir-birimizə pay verirdik, rayon mərkəzinə satmağa da aparırdıq. Erməniləri də elə orada görürdük. Özlərinə lazım olanda ikiüzlülük edirdilər, sonralar isə içlərində bəslədikləri kin-küdurət üzə çıxdı”.

Xanım Həsənova bildirir ki, yaşlı nəslin nümayəndələri dəfələrlə 1919-cu ildə azərbaycanlıların ermənilərin təcavüzünə məruz qalaraq kənddən deportasiya olunmaları haqqında danışıblar. Buna baxmayaraq, insanlar yenə də növbəti dəfə belə bir zülmə məruz qalacaqlarını ağıllarından belə keçirməyiblər: “Nə biləydik ki, qaçqın adını daşımaq bizə də qismət olacaq. 1988-ci ildə riyakar ermənilərin bizə münasibəti dəyişmişdi. Hər yolla bizi bezdirməyə çalışırdılar, malımızı almaq üçün ən ucuz qiymətlər deyirdilər, kəndi tərk etməyimizi istəyirdilər. Rayon mərkəzinə gediş-gəliş təhlükəli hala gəlmişdi. Kəndin kişiləri gecələr yatmır, evlərə keşik çəkirdilər”.

Müsahibimimiz söyləyir ki, azərbaycanlılar kənddəki son günlərini gərginlik və təşviş içərisində keçiriblər. Sonda təzyiqlərə dözməyərək dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalıblar. “Daşnakların Vartana kəndinə hücum edib bir ailəni vəhşicəsinə qətlə yetirdiklərini eşitdik, 10-dan çox adamı yandırmışdılar, bizi də belə taleyin gözlədiyini demişdilər. Kəndimizdən qovulduq, atamın qəbri, ev-eşiyimiz, nəyimiz vardısa hamısı orda qaldı, canımızı ancaq qurtardıq”, - deyən Xanım nənənin gözlərində yaş gilələnir...

O deyir ki, gizlənə-gizlənə birtəhər Qazaxa gələ biliblər, 4 ay Şəmkirdə yaşayıb, sonradan Gəncəyə üz tutublar. “Həyat yoldaşım başımıza gələnlərlə heç cür barışa bilmirdi, bir müddət sonra dünyasını dəyişdi. Qızım ailəli olsa da, 3 məktəbli oğlumun yükü üzərimdə qaldı, onları zülmlə böyütməli oldum. Ömrüm boyunca yurd həsrəti çəkdim. Bu gün də nəvələrimə kəndimizdən danışıram. Qoy bilsinlər ki, oralar tarixi torpaqlarımızdır”, - deyən 75 yaşlı Xanım nənə ömrü vəfa etsə, övladları və nəvələri ilə birgə dədə-baba kəndinə ləyaqətlə qayıdacağına çox inandığını bildirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri