Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Nazlı Qədirova: Dədəbaba yurduma balalarımla birgə qayıtmağı böyük həsrətlə gözləyirəm AZƏRTAC

Nazlı Qədirova: Dədəbaba yurduma balalarımla birgə qayıtmağı böyük həsrətlə gözləyirəm AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə, 7 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Qərbi Azərbaycanın əzəli türk yurdu, azərbaycanlıların dədə-baba torpağı olması həqiqətini çoxsaylı tarixi sübutlarla yanaşı, canlı şahidlərin yaşadığı, yaddaşında daşıdığı gerçək hekayələr də təsdiqləyir. Bu insanların şüurunda Qərbi Azərbaycan torpaqlarının xatirəsi qorunub saxlanılır, onları dinləyəndə çox mətləblər aydınlaşır, təfərrüatlar üzə çıxır. Taleyinə qaçqınlıq yazılan Qərbi azərbaycanlılardan olan Nazlı Qədirovanın doğulub, boya-başa çatdığı, ömrünün bir hissəsini qoynunda yaşadığı doğma yurduna sevgisindən, erməni məkrindən, məruz qaldığı deportasiya həqiqətlərindən deməyə sözü çoxdur.

Xatirindəkiləri AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Nazlı Qədirova 1958-ci ildə Basarkeçər rayonunun Sədənağac, sonrakı adı ilə Güney kəndində anadan olub. 10 uşaqlı ailənin üzvü olan Nazlı Qədirova ata yurdunu böyük həsrətlə yadına salır. “Kəndimiz Göyçə gölünün sahilində, Basarkeçər-Çubuxlu yolunun üstündə yerləşirdi. Səfalı təbiəti var idi, yayı da, qışı da gözəl keçirdi. Atam deyirdi ki, kəndimizin tarixi keçmişə dayanır. Güneydə 1988-ci ildə baş verən deportasiyaya qədər yalnız azərbaycanlılar yaşayıb, onların da sayı təxminən 1800-dən çox olub. Əkinçilik, tütünçülüklə məşğul olmuşuq, mal-qara saxlamışıq”, - deyə müsahibim bildirir.

Kənd ərazisindəki Bala yoxuş, Beşbarmaqlar, Daşlı təpə, Qarovul təpəsi kimi yerlər, Abbas, Qaya, Maral adları ilə adlanan bulaqlar da xatirindədir. Deyir ki, bu yerlərin gözəl mənzərəsindən doymaq mümkün deyildi. Güneyin təmiz havasını udub, suyundan içənlərin, səxavətli torpağında yetişən nemətlərdən dadanların ömrü uzun, canı sağlam olub. Sonradan Nazlı Qədirova Basarkeçər rayonunun İnəkdağı kəndinə gəlin köçüb. Həmsöhbətim orada keçirdiyi günlərin ömrünün ən qayğısız illəri olduğunu dilə gətirir. “Burada da 150 evdə ancaq azərbaycanlılar yaşayırdı. Əhali çox mehriban, bir-birinə gediş-gəlişli idi. Elə bilirdim ki, elə orada doğulub, boya-başa çatmışam. Kənd üç tərəfdən dağlarla əhatələnmişdi, ətəyi isə geniş düzənlik idi. Tütünçülüklə, heyvandarlıqla məşğul olurduq, meyvə bağlarımız var idi”,- deyən Nazlı Qədirova kəndin keçmişi barədə böyüklərdən eşitdiklərini də bugünkü kimi xatırlayır.

Kəndin əhalisi 1918–1920-ci, həmçinin 1948–1953-cü illərdə deportasiyaya məruz qalıb. “Sonralar ermənilər bu taleyi bizə də yaşatdılar. Deportasiyadan əvvəl çox gərgin vəziyyət yaranmışdı. Bir dəfə atışma səsi eşitdik, elə bildik ki, ermənilər hücum edib, süfrədən qalxıb, uşaqları da götürüb qarlı havada dağlara qaçmışdıq”, - deyə o söyləyir. Ermənilərin azərbaycanlılara qarşı təzyiqləri dözülməz hal alıb. Onları bezdirib, yurdundan didərgin salmaq üçün bacardıqları hər şeyi ediblər: “Bir dəfə ermənilər bizə mal-qara almağa gəlmişdilər. Çox yalançı idilər, dəfələrlə azərbaycanlıları qiymətdə aldatmağa çalışırdılar. Qaynanam da kürəkənini çağırmağa getdi ki, gəlib ermənilərlə o danışsın. Yadımdadır, ermənilərin bizə nifrətlə baxmasından çox qorxmuşdum. Azərbaycanlı uşaqları oğurladıqlarını eşitmişdik, ən çox övladlarıma görə ehtiyat edirdim. Sonda qaynanamgilə ən ucuz qiyməti təklif etdilər və əliboş getməli oldular”.

Müsahibim 1988-ci ilin qış aylarının onlar üçün böyük məşəqqətlə keçdiyini yadına salır. Deyir ki, həmin ərəfədə ermənilərin kəndlərə hücum edərək vəhşiliklər törətməsi barədə xəbərlər səngimək bilməyib. “Kişilər kəndi qorumaq üçün günlərlə növbə çəkirdilər, yuxularımız ərşə çəkilmişdi. Vəziyyət o qədər dözülməz hal aldı ki, canımızı götürüb, kəndimizi tərk etməli olduq. Biz 6 uşaqla bir təhər qaçıb, Gədəbəyə sığındıq. Sonra öyrəndim ki, qansızlar anamın qəbrini qoyub, Güneyi tərk etmək istəməyən yaşlı atamı vəhşicəsinə döyüblər. Oraya da, İnəkdağına da biz çıxan kimi özləri yerləşiblər”, - deyən müsahibim qəhərdən danışmaqda çətinlik çəkir. Nazlı Qədirova üçün çətin günlər bundan sonra da bitməyib. Bir müddət sonra yurd nisgilinə dözməyərək xəstə yatağına düşən həyat yoldaşını itirən Qərbi azərbaycanlı övladlarını əkin-biçinlə məşğul olaraq tək böyütməli olub. “Erməni zülmünə məruz qalan günahsız azərbaycanlılardan sadəcə biriyəm. Bilirəm ki, ədalət əvvəl-axır öz yerini tapacaq. Dədə-baba yurduma balalarımla birgə qayıtmağı böyük həsrətlə gözləyirəm və o günün gələcəyinə əminəm”, - deyə 66 yaşlı Nazlı Qədirova bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see497

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see218

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see200

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri