Icma.az
close
up
RU
Qərbi Azərbaycanın mədəni irsi qayıdışın yoluna işıq salır

Qərbi Azərbaycanın mədəni irsi qayıdışın yoluna işıq salır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Filialın direktoru dosent Tünzalə Yusifova məclisi giriş sözü ilə açaraq son 200 ildə Azərbaycan xalqının başına gətirilən faciələrdən, soyqırımlarından, deportasiyalardan danışıb. Qərbi Azərbaycan məsələsinin həmişə gündəmdə olduğunu, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu məsələnin daha da aktuallaşdığını dilə gətirib. O, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacaqlarına dərin inam yaratdığını vurğulayıb.

Konfransda ADPU-nun ibtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov “XIX əsrdə və XX əsrin əvvəllərində İrəvanda maarifçilik hərəkatı” mövzusunda məruzə edib. Professor XIX əsrin əvvəllərində xalqımızın milli faciəsinin əsasına çevrilən Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrinin mahiyyətindən, ermənilərin Qərbi Azərbaycana köçürülmələrindən, sonrakı dövrdə qədim türk torpaqlarında oyuncaq erməni dövləti yaradılmasının xalqımız üçün faciəli nəticələrindən geniş söz açıb. Məruzədə davamlı ruslaşdırma, xristianlaşdırma siyasəti yeridən çar Rusiyasının bu bölgədə açdığı qəza, rus-tatar məktəbləri, progimnaziya, gimnaziya və müəllimlər seminariyasının fəaliyyəti də yer alıb.

İrəvandakı maarifçilik hərəkatının milli-mədəni qaynaqlarını şərh edən məruzəçi bu hərəkatın formalaşmasında Azərbaycan xalqının zəngin elmi-mədəni və folklor ənənələrinin, İslam Şərqinin elmi-fəlsəfi mərkəzləri olmuş xüsusilə məktəb və mədrəsələrin və o dövrün ictimai-siyasi proseslərinin də önəmli rolunu vurğulayıb. Qeyd edilib ki, İrəvan maarifçilik mühitinin Azərbaycana bəxş etdiyi böyük din xadimləri, ­maarifçilər, ziyalılar öz fəaliyyətləri ilə yalnız dini və dünyəvi təhsilin inkişafına deyil, həm də milli-mədəni kimliyin qorunub saxlanmasına və yeni nəsillərin maariflənməsinə dəyərli töhfələr verib.

ADPU-nun ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev Professor Fərrux Rüstəmovun Qərbi Azərbaycanın təhsil tarixi ilə bağlı tədqiqatlarının toplandığı  “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” və “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” kitablarının bölgənin mədəni irsinin öyrənilməsinə töhfə olduğunu söyləyib. 

Elmi məclisdə qeyd edilib ki, Qərbi Azərbaycanın mədəni irsinin qorunub yaşadılması soydaşlarımızın doğma yurdlarına qayıdışı uğrunda ümumxalq mübarizəsinə mənəvi dəstək qazandırır.

T.RÜSTƏMLİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 02:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri