Icma.az
close
up
RU
Xoşbəxtlik puldan asılıdır?

Xoşbəxtlik puldan asılıdır?

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Psixoanalitiklər bu barədə nə deyirlər? 

Pul və xoşbəxtlik! Bu iki anlayış hər zaman müzakirə və mübahisə doğurub. Psixoanalitiklərin fikrincə xoşbəxtlik duyğusunun arxasında biokimyəvi proseslər, uşaqlıqdan formalaşan yaşam tərzi, bəzən də müasir dünyanın parıltılı həyat standartları dayanır. Lakin bu mövzunu araşdıran  psixiatriya və neyropsixologiya ortaya maraqlı, hətta bir qədər paradoksal nəticələr çıxarır. 

Əlbəttə, pulun rahatlıq bəxş etdiyini heç kim danmır. İnsan borcsuz yaşayanda, sağlamlığına görə narahat olmayanda, kirayə pulu, kredit kimi problemi olmayanda beyində kortizol, yəni stres hormonu kəskin azalır. 
İqtisadiyat üzrə Nobel mükafatı almış psixoloq Daniel Kanemanın fikrincə “xoşbəxtlik həddi” deyilən bir anlayış var. İnsan bəlli bir gəlir səviyyəsinə çatdıqdan sonra əlavə pul onun xoşbəxtlik səviyyəsini artıq yüksəltmir. Niyə? Çünki insan beyni yeni komforta ildırım sürəti ilə uyğunlaşır. Psixologiyada bu mexanizm “hedonistik adaptasiya” adlanır. Məsələn, nə vaxtsa arzuladığınız avtomobiliniz bir neçə aydan sonra sadəcə, “maşın” olur. Yəni, insan bir arzusuna çatdıqdan sonra beyni o yeniliyi normal kimi qəbul edir və əvvəlki həyəcanı söndürür.

Bundan sonra isə maraq dairəsinə qeyri-maddi amillər çıxır: azadlıq hissi, öz həyatını idarə etdiyini bilmək, sevildiyini hiss etmək, kiməsə lazım olduğunu görmək, maraq və məzmun dolu günlər yaşamaq. Neyropsixologiya bunu “daxili mükafat sisteminin doyma nöqtəsi” adlandırır. Yəni, maddi stimul
müəyyən yerə qədər işləyir, amma davamlı dopamin mənbəyi yaratmır.

Həm də psixoanalitiklərə görə insanı ən çox xoşbəxt edən əşyalar yox, gözəl yaşanmış ömürdən qalan xatirələrdir. Niyə? Çünki əşya köhnəlir, sıradan çıxır, unudulur. Xatirə isə insanda yaşayaraq zamanla daha gözəl, daha dəyərli görünür. Bir isti görüş, bir səyahət, bir xoş hadisə illər sonra belə, insana enerji verir. Həm də bu cür xatirələr insanlar arasındakı sosial bağları möhkəmləndirir.

Lakin “sosial müqayisə” adlı gözəgörünməz, güclü bir psixoloji tələ də var. Müasir sosial şəbəkələr bunu daha da kəskinləşdirir.  Analitiklərin fikrincə sosial şəbəkələrdə hamı öz həyatının yalnız gözəl anlarını paylaşır. Bu paylaşımları izləyənlər isə özünün adi, sönük, yorğun halını həmin parlaq vitrinlə müqayisə edir və nəticədə neqativ hislər yaşayır. Neyropsixoloqların fikrincə bu tələdən çıxmağın sadə, biraz da çətin yolu başqalarının həyatı ilə məşğul olmaqda yox, öz dəyərlərini zənginləşdirməkdədi. 

Bəli, yaşamaq üçün hər bir insanın yetərli miqdarda pulu olmalıdı,  əlbəttə. Təhlükəsizlik, sağlam qida, normal yaşayış mühiti olmadan xoşbəxtlik haqqında danışmaq çətindir. Ancaq pul bu binanın yalnız aşağı mərtəbəsidir. İnsani münasibətlər, məqsədlər, hədəfə çatmaq hissi, özünü reallaşdırma, maraq, yaradıcı enerji, mənalı günlər isə ancaq “üst mərtəbələrdə” olur.

Beləliklə, insanı xoşbəxt edən onun malik olduğu maddi nemətlər deyil, onları əldə edərkən yaşadığı xoş duyğular və bundan aldığı mənəvi həzzdir.

Murad Köhnəqala

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Noyabr 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri