Futbol üzrə Azərbaycan yığması Dünya Çempionatının son oyununda da meydanı məğlub tərk etdi
Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı il Dünya Kubokunun seçmə mərhələsində Azərbaycan və Fransa arasında D qrupunda keçiirlən son oyun komandamızın azarkeşləri üçün daha bir kədərli nəticə ilə yadda qalacaq. Məşqçi dəyişikliyindən və Santuşun istefaya göndərilməsindən və Ayxan Abbasovun baş məşqçi təyin edilməsindən sonra komandamızın oyununda bir canlanma hiss olunsa da hələlik qələbə üzünə həsrət qalmaqda davam edirik.
Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunun ilk dəqiqələrində komandamız daha cəsarətli oyun nümayiş etdirərək hesabı erkən açmağa nail olub.
Rəqib qapısına edilən hücumlardan birində, oyunun 4-cü dəqiqəində Renat Dadaşov Rəhman Daşdəmirovun ötürməsindən sonra güclü zərəbə ilə hesabı açıb. Amma bu, oyunda vurduğumuz yeganə qol olub. Meydanda tədricən üstünlüyü ələ alan franslzlar 17-ci dəqiqədə Jan-Filip Matetanın vurduğu qolla hesabı bərabərləşdiriblər. Bundan on üç dəqiqə sonra Maqnes Akliuş ikinci topu komandamızın qapısından keçirib. Oyunun sonlarında komandamızın qapısına daha bir qol vurulub. İkinci hissədə oyunda hesab dəyişməyib. Beləliklə Fransa yığması komandamıza 3:1 hesabı ilə qalib gəlib.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 17 Noyabr 2025 07:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















