Icma.az
close
up
RU
“Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsinə yekun vurulub

“Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsinə yekun vurulub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 6 oktyabr, AZƏRTAC

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsinin icrası başa çatıb.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihəyə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yekun vurulub. Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də repressiya, soyqırımı və deportasiya qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

BAMF-nin qurucu sədri Umud Rəhimoğlu layihənin əhəmiyyətini vurğulayıb, Qərbi Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı törədilən soyqırımı və deportasiya hadisələri barədə danışıb.

Layihənin rəhbəri Tamxil Ziyəddinoğlu çıxışında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan tarixindən ayrı salınmış Qərbi azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək, gənc nəslin ata yurduna qayıdış ruhunu yaşatmaq olub. Layihə çərçivəsində bir sıra maarifləndirici və elmi tədbirlər keçirilib. İlk tədbir Zəngilanda şəhid Müşfiq Vəliyevin məzarını ziyarətlə başlayıb. Ardınca Laçın rayonunun Qarıkaha kəndində tənha şəhid məzarı ziyarət olunub, Qərbi Azərbaycanın Zəngəzur mahalından olan ziyalılarla görüşlər keçirilib.

Abşeron rayonunda təşkil olunan görüşlərdə Qərbi azərbaycanlı ziyalılar, gənclər və könüllülər iştirak ediblər. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ölümü öldürənlər” sənədli filmi nümayiş olunub və erməni daşnaklarının Qərbi Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımı və deportasiyalar barədə tələbələrə ətraflı məlumat verilib.

Tədbir sual-cavab və açıq müzakirə şəraitində davam edib. AzTV və İTV-nin əməkdaşı Akif Cabbarlının “Biz o şəhərə qayıdacağıq” məqaləsindən sitat gətirən Tamxil Ziyəddinoğlu doğma torpaqlara qayıdış arzusundan danışıb.

Daha sonra “Zəngəzur Cəmiyyətləri” İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalova, “Bütöv Azərbaycan” qəzetinin redaktoru İlham Məmmədli, Əməkdar jurnalist Azad Müzəffərli, yazıçı Azər Qismət, hüquqşünas Səməd Vəkilov, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva, jurnalist Əntiqə Rəşid (Aslan) və AMEA Folklor İnstitutunun əməkdaşı, dosent “Şakir Albalıyev layihənin əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, İctimai Birliyin “Dezinformasiyalar təhlükəsizliyimizə təhdiddir” və “Hərə bir əsgər, hər ev bir səngər” kimi layihələri də işğal dövründə vacib ictimai missiya yerinə yetirib. “Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi isə milli yaddaşın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.

Layihə rəhbəri, həmçinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya və Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə mənəvi və təşkilati dəstəyə görə təşəkkür edib.

Sonda layihənin icrasına dəstək göstərən Fikrət Orucov, Misir Aslanov və Vahid Gülmalıyev “Vətənoğlu” Fəxri Diplomu ilə təltif olunublar. “Güllə səsinə açılan qapı” kitabı BAMF kitabxanasına və tələbə-jurnalistlərə hədiyyə edilib. Rəssam Firdovsi Hacıyev isə çəkdiyi əsgər portretini Hərbi Jurnalistlərə təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri